Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1085/2021 15.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Hüquqi şəxs «xxxx» İstehsalat Müəssisəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Pİ-nin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Polis İdarəsi X3 Şöbəsi tərəfindən «xxxx» İstehsalat Müəssisəsi barəsində xx xxxx 2021-ci il tarixli, AP N ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, «xxxx» İstehsalat Müəssisəsi hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş «xxxx» İstehsalat Müəssisəsinin və protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Sumqayıt şəhər polis idarəsi X3 şöbəsi tərəfindən «xxxx» İstehsalat Müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görəvəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs olan «xxxx» İstehsalat Müəssisəsi -nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 əməkdaşı tərəfindən tərtib olunmuş protokoldan görünür ki, «xxxx» İstehsalat Müəssisəsinə məxsus **-AE-*** dövlət qeydiyyat nişanlı «İsuzu Ecobus» avtobus markalı nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 08.15-də Sumqayıt şəhəri, N.Nərimanov küç. 100də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 əməkdaşı tərəfindən xx xxxx 2021-ci il tarixdə «xxxx» İstehsalat Müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş AP seriyalı ******* №li inzibati xəta haqqında protokolda **-AE-*** dövlət qeydiyyat nişanlı «İsuzu Ecobus» avtobus markalı avtomobilin inzibati xəta törədilərkən idarə edən fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan «xxxx» İstehsalat Müəssisəsi tərəfindən 5 (beş gün) müddətində verilməsini təmin etmədiyi göstərilsə də, «xxxx» İstehsalat Müəssisəsi həmin sorğuya cavab vermişdir. Məhkəməyə təqdim edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət X1 xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, «xxxx» İstehsalat Müəssisəsi sürücülər barədə Sumqayıt şəhər Polis İdarəsi Dövlət X2 məlumat vermiş, protokol səhvən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, «xxxx» İstehsalat Müəssisəsi -nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhər Polis İdarəsinin X3 Şöbəsi tərəfindən «xxxx» İstehsalat Müəssisəsi barəsində xx xxxx 2021-ci il tarixli, AP N ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətindəşikayət verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1085/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1085/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver