Məhkəmə qərarları › İş №3(060)-1085/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1085/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1085/2025 21.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (direktoru) X2 iştirakları ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Prokurorluğu Binəqədi Rayon Prokurorluğu tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında 29 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Prokurorluğu Binəqədi Rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştiak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (direktoru) X6 izahatında bildirmişdir ki, o, Şəxs MMC-nin direktor və təsisçisidir. MMC-nin əsas fəaliyyəti dəmir konstruktisayaların emalı və istehsalı konstruksiyaların yığılmasından ibarətdir. Həmçinin MMC-nin balansında bir neçə növ kranlar vardır. Həmin kranlar müxətlif şirkətlərə xidməti müqavilə əsasında icarəyə verilir. Kranların idarə edən şəxslər isə MMC tərəfindən təyin olunur və sürücülərlə MMC arasında xidməti müqavilə bağlanır. X3 da əvvəllər MMC-də operator vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin vaxtdan sonra Catiqi ara-sıra xidməti müqavilələr əsasında işə cəlb etmişdir. 2025ci ilin mart ayında "xxxx" MMC ilə aralarında xidməti müqavilə bağlnmışdır. Tikinti aparılan ərazidə Şəxs MMC-yə məxsus avtokran və sürücü təmin edilməli idi. Həmin xidməti göstərmək üçün 2025-ci ilin mart ayında Cantiq ilə xidməti müqavilə bağlamışdır. Həmin şəxs Şəxs MMC-yə məxsus Zoomlion markalı ** VJ *** dövlət qeydiyyat nişanlı avtokran ilə ərazidə işlər görməli idi. Cantiq ilə aralarında əmək müqaviləsi bağlanmamış, səbəbi isə daimi işin olmamasıdır. Cantiq ilə başqa bir işlə bağlı xx.xx.2025-ci il tarixdə xidməti müqavilə bağlansa da, sonradan həmin iş alınmamışdır. xx.xx.2025-ci il tarixdə isə yeni sifariş almış, bu səbəbdən isə yeni müqavilə bağlamamış, əvvəlki müqavilə ilə Cantiqi işə cəlb etmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 29 aprel 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs Şəxs MMC- onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan qanuni təmsilçisi X6 tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yarandığı və tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yaranarsa, əmək müqaviləsinin bağlanmasının məcburi olduğu halda həmin tələbləri pozaraq, yəni əmək müqaviləsi (kontraktı) barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X1 təxminən 2024-cü ildən 02 aprel 2025-ci il tarixədək olärwhuüü'əWə^Thıi'xtəfif yerlərdə, sonuncu dəfə isə Bakı şəhəri, Binəqədi rayonu, Mədən 1 ünvanında aparılan tikintidə sürücü vəzifəsində işlərin görülməsinə cəlb etməklə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da həmin MMC Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Şəxs MMC (sifarişçi) ilə X4 (icraçı) arasında bağlanmış 10 mart 2025-ci il tarixli xidmət müqaviləsindən görünür ki, icraçı, sifarişçinin tapşırığı əsasında ona mütəmadi Avtokran operatoru (tikinti sahəsində tikinti mal materiallarının, yüksək mərtəbəli tikintilərə qaldırılması, endirilməsi və yerləşdirilməsi) xidmətini göstərir. Sifarişçi isə İcraçının göstərdiyi iş və xidmətin əvəzində ona (icraçıya) 500 manat aylıq xidmət haqqı ödəyəcəyi barədə razılığa gəlmişlər. İş materiallarından görünür ki, Şəxs MMC-nin əsas fəaliyyət sahəsi dəmir konstruksiyaların emalı və istehsalı, konstruksiyaların yığılmasından ibarətdir. Müəssisəyə məzxsus avtokranın iğarə verilməsi Şəxs MMC-nin əsas fəaliyyət sahəsinə aid deyildir. Hazırda müəssisədə əsas fəaliyyət sahəsi ilə bağlı iş olmadığından avtokran 2025-ci ilin mart ayında "xxxx" MMC ilə aralarında xidməti müqavilə əsasında həmin müəssisəyə icarəyə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-3.4-cü madəsinə əsasən tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: Beləliklə, məhkəmə müəyyən olunmuşdur ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar informasiya sistemi üzərində aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında tərtib edilmişdir. Belə ki, X5 aparılmış araşdırma zamanı Şəxs MMC tərəfindən işə cəlb etdiyi şəxsin əmək müqaviləsinin aşkar edilməməsi aşkar edilmişdir. Yalnız qeyd edilən fakt əsasında Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmışdır. Məhkəmə araşdırması zamanı Şəxs MMC-nin həmin şəxsi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən hər hansı əlavə sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün qanunverici iki əlamətin mövcudluğunu tələb etmişdir. 1) Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minməməli; 2) işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar tərtib etmiş orqan şəxsin MMC tərəfindən digər statusda deyil, məhz işçi statusu ilə portaldan qeydiyyatdan keçirilməsinə əsaslanmaqla onların işə cəlb edildiyini iddia etsə də, məhkəmə hesab edir ki, bu həmin şəxsin hələ işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin sübut edilməsi üçün kifayət hesab edilə bilməz. Hüquqda ümumi qəbul edilmiş prinsip və normalara əsasən hər hansı şəxsin əməlində inzibati xəta və ya digər hüquq pozuntusunun olmasını sübuta yetimə vəzifəsi müvafiq araşdırmanı aparan orqanın üzərinə üzərinə düşür. Sübut etmə dedikdə isə iş üzrə toplanmış sübutların elə məcmusu başa düşülür ki, onların birgə təhlili yekun və təkzib olunmaz nəticəyə gəlinməsi üçün kifayət etsin. İş üzrə gəlinmiş yekun qənaət isə ehtimal və fərziyyətlərə əsaslana bilməz. Məhkəmə qeyd edir ki, konkret fakt sübuta yetirilmədən, MMC-nin əməlində inzibati xəta tərkibinin ehtimal olunması əsası ilə onun inzibati məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Eyni zamanda inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə olan şübhələr onun xeyrinə həll edilməldir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklədə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək, işin yuxarıda qeyd edilən faktiki hallarını və qüvvədə olan qanunverilcilik normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən həmin MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-in 40, 43, 50, 53, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar