Məhkəmə qərarları › İş №3(060)-1089/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1089/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1089/2024 21.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs2 qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili – Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 küçəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri Pİ-nin 4-cü PB-dən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Sumqayıt şəhər Məhkəməsinin icraatına Şəxs AR İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən protokol daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. İnzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 13:00-da Sumqayıt Mediasiya xidmətinin inzibati binasının girişində həyat yoldaşı Zərərçəkmiş şəxs1 və qaynanası Zərərçəkmiş şəxs2 qızına nalayiq söyüşlər söymüş, xırda xuliqanlıq etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqında protokolu tərtib etmiş X2 protokolda yazılanları təsdiq edərək bildirdi ki, Şəxs ilə Zərərçəkmiş şəxs1 boşanma ərəfəsindədirlər. Bununla bağlı medisasiya xidmətinə müraciət etmişlər. Şəxs xx.xx.2024cü il tarixdə saat 13:00-da Sumqayıt Mediasiya xidmətinin inzibati binasının girişində həyat yoldaşı Zərərçəkmiş şəxs1 və qaynanası Zərərçəkmiş şəxs2 qızına nalayiq söyüşlər söymüş, xırda xuliqanlıq etmişdir. Təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və İXM-nin 510-cu maddəsi ilə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü qərarın surəti Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğuna görə barəsində inzibati protokol tərtib edilmiş və toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən inzibati xəta törətmiş Şəxs məhkəmə iclasında bildirdi ki, ailəsini bərpa etmək istəyir, lakin qaynanası icazə vermir. Qaynanası onu əsəbləşdirdiyindən o da onu təhqir etmişdir, buna görə üzr istəyir. Hadisə Göyərçin parkının yanında mediasiya xidmətinin inzibati binasının girişində baş vermişdir. Təxminən saat 12-nin yarısı orada olarkən mediatora yaxınlaşaraq onu həyat yoldaşı ilə barışdırmasını xahiş etmiş, mediator onlara zəng çatmadığını bildirdikdə qaynanasının nömrəsini mediatora vermiş, o, zəng edərək onları çağırmışdır. Qaynanası onların münasibətinə müdaxilə etdiyindən əsəbləşərək onu söymüşdür. Üzr istəyir. Əməlindən peşmandır, iki övladı vardır, analarının yanında qalırlar. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi X3 inzibati xətanı törətmiş Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 bildirdi ki, mediasiya xidmətinə getmişlər. O, rüsumu ödəmək üçün çıxmış, qayıtdıqda anası ilə İlkinin mübahisə etdiyini görmüşdür. İlkin onun anasının boğazından tutaraq onu pis sözlərlə təhqir etmiş, ikisini də öldürəcəyini bildirmiş, o gəldikdə isə onun hicabını başından çıxararaq onu da təhqir etmişdir. Həmin vaxt mediasiya xidmətinin işçiləri, mediatorun özü orada olmuşdur. Onu bağışlamır. Məhkəmədən inzibati xətanı törətmiş şəxsə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 qızı bildirdi ki, Şəxs ailəsinə baxmır. Qızının övladlarını onlar saxlayır. xx.xx.2024-cü il tarixdə mediasiya xidmətində olarkən İlkin onları söyüb təhqir edib, onları hədələmişdir. Onu bağışlamır. Məhkəmədən inzibati xətanı törətmiş şəxsə cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis leytenantı X4 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və qəbul edilmiş qərarın surəti fakt üzrə AR İXM-nin 510-cu maddəsinin tərkib əlamətləri olduğundan inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 14:00-da azad edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta törətmiş şəxsin, inzibati protokol tərtib etmiş şəxsin, zərərçəkmiş şəxslərin izahatlarını, müdafiəçinin çıxışını dinlərəyək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirinin olması onun, tərəflərin izahatı, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolla və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh tətbiq edərkən Məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində müəyyən edilmiş həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarından və məhkəmə iclasında verilən izahatlardan görünür ki, Şəxs ictimai qaydanı pozaraq aşkar surətdə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qızını təhqir etmişdir. Qeyd olunan hallar barəsində protokol tərtib edilmiş şəxsin etirafedici ifadəsi ilə və məhkəmə iclasında tədqiq edilən hallarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından göründüyü kimi Şəxs 20 may 2024-cü il tarixdə inzibati qaydada tutulmuş, 21 may 2024-cü il tarixdə azad edilmişdir. Lakin məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən inzibati qaydada həbsetmə müddətinin əvvəlini onun tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 05 (beş) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 20 may 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar