Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1090/2022 29.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 29.04.2022-ci il tarixdə X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3217/2021 saylı, 05.10.2021-ci il tarixli icra sənədinə əsasən qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 ifadəsində göstərmişdir ki, o, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3217/2021 saylı, 05.10.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat inzibati cərimə olunmuşdur. Hal-hazırda himayəsində 03 azyaşlı uşağının olmasına görə işləyə bilmədiyindən və maddi vəziyyətinin yaxşı olmadığından bu vaxtadək inzibati cəriməni ödəyə bilməmişdir. Barəsində olan 500 (beş yüz) manat inzibati cərimənin ictimai işlər növündə inzibati tənbeh növü ilə əvəz edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 himayəsində 22.05.2019-cu il təvəllüdlü azyaşlı X4 adlı övladı vardır. Beləliklə, iş materiallarından müəyyən olunmuşdur ki, X3 barəsində 29.04.2022-ci il il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərkən inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin işləyib-işləməməsi, işləmədiyi təqdirdə Məşğulluq İdarəsinə müraciət edib-etməməsi haqqında arayış iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda X1 himayəsində 03 yaşına çatmamış övladının olması və qanunvericiliyə əsasən himayəsində 03 yaşınadək uşağı olan qadınlara ictimai işlər növündə inzibati tənbeh növü tətbiq oluna bilməməsi araşdırılmamışdır. Bununla da, məhkəmə hesab edir ki, İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 29.04.2022-ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 29.04.2022ci il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra idarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1090/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1090/2022
29.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver