Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1090/2023 25.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərardan şikayət verərək, inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərardan şikayət vermiş şəxs X6 məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qərardan şikayət vermiş şəxs X6 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatın nümayəndəsi guya, "Dədə Qorqud" şadlıq sarayına gələrək, 77957 nömrəli akt tərtib etmişdir. Akt və Protokolda göstərilən hallar həqiqətə uyğun deyildir. Əvvəllər də cavabdeh təşkilat tərəfindən yoxlama aparılmış, lakin hər hansı bir pozuntu aşkar edilməmişdir. Şadlıq evinin yerləşdiyi ərazi yaşayış evlərinin ətarfında yerləşmir. Protokol yazılan gün şadlıq evində hər hansı bir kütləvi tədbir keçirilməmişdir. Protokolda göstərilmişdir ki, guya şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən normadan artıq olmuşdur. Lakin, bunu necə müəyyən edibsə, o protokolda göstərməmiş, həmçinin onun iştirakını təmin etməmişlər. Hətta protokolda onun imzasının qabağına imtina sözü yazılıb ki, guya o imza etməkdən imtina etmişdir. Həmin tarixdə o ümumiyyətlə ölkədə olmamışdır. xx.xx.2023-cü tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara ilə o, Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən 2500 (iki min beş yüz) manat məbləğində cərimə edilmişdir. Qərar qəbul edilərkən də heç bir araşdırma aparılmamış, tətbiq edilən inzibati cərimə yalnız bir nəfərin tərtib etdjyi protokola əsaslanmışdır. Hal-hazırki dövrdə şadlıq evindən ətraf mühiti çirkləndirəcək heç bir hadisə baş verməmişdir. İddiaçı təşkilatın iddiası da tam absurd və əsassızdır. Həmin təşkilat bu barədə şadlıq evinə müraciət etməmiş və heç bir akt yazılmamışdır. Bu hal sadəcə olaraq ona qarşı təzyiq forması kimi istifadə edilir. Ona görə də, məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvtlər Nazirliyinin 4 saylı Ərazi Regional Ekologiya və X5 təklif etdiyi qurğunun yerləşdirilməsi barədə onlarla müqavilə bağlamış, Şadlıq evində qurğu yerləşdirilmiş və həmin qurğuya vaxtlı-vaxtında qulluq göstərilmişdir. Bu barədə cavabdeh təşkilat da məlumatlıdır. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X7 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “Dədə Qorqud” şadlıq sarayının həyətyanı ərazisində yoxlama keçirilmiş, atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olduğu aşkarlanmış və bu barədə akt tərtib olunmuşdur. Qərardan şikayət vermiş şəxs X3 tərəflərindən xx.xx.2023-cü il tarixdə bildiriş göndərilərək xx.xx.2023-cü il tarixdə saat 11:00-a Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət etmişlər. Lakin o, İdarəyə gəlməmiş, nə yoxlama aparılan zaman, nə də araşdırma aparılan zaman “Dədə Qorqud” şadlıq sarayında təmizləyici qurğunun olub-olmaması, həmin qurğunun işlək vəziyyətdə olmasını, hər hansı MMC tərəfindən qurğuya xidmət göstərilməsi barədə heç bir sübut təqdim etməyərək araşdırmaya laqeyid yanaşmış və nəticədə onun iştirakı olmadan xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində baş məsləhətçi – mütəxəssis vəzifəsində işləyir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq idarəsi tərəfindən onun iştirakı ilə xx.xx.2023-cü il tarixdə “Dədə Qorqud” şadlıq sarayının həyətyanı ərazisində yoxlama keçirilmiş, atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olduğu aşkarlanmış və bu barədə akt tərtib olunmuşdur. O, akt əsasında inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan 77957 nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “Dədə Qorqud” şadlıq sarayının həyətyanı ərazisində yoxlama keçirilmiş və atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olduğu aşkarlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində “Dədə Qorqud” şadlıq evində aparılan monitorinq zamanı şadlıq evinin mətbəxinin tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, “Dədə Qorqud” şadlıq evində aparılan monitorinq zamanı tüstü bacasından atmosfer havasına atılan zərərli maddələrin miqdarı yol verilən norma həddindən artıq olduğundan X6 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə saat 11:00-a Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət edilmişdir. Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci və 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1090/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1090/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver