Məhkəmə qərarları › İş №3(060)-1090/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1090/2024

22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1090/2024 22.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 02 may 2024-cü il tarixli MN ******* saylı qərarından Osmanova Fəridə Ələddin qızının şikayətinə işin baxılmağa hazırlanması mərhələsində baxaraq, MÜƏYYƏNETDİ: Osmanova Fəridə Ələddin qızı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin 02 may 2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayətə baxmağa hazırlıq zamanı iş üzrə icraatı rədd edən halların mövcud olmasını müəyyən etmişdir. Belə ki, müəyyən edilmişdir ki, Osmanova Fəridə Ələddin qızı inzibati tənbeh tətbiq etmə haqqında qərarın ləğv edilməsini xahiş etsə də, həmin qərarın surətini işə əlavə etməmişdir. İşə yalnız 02 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Materiallara əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin bildirişi ilə müəyyən edilir ki, iş üzrə 02 may 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh tətbiq etmə barədə qərar mövcud deyil. Belə ki, bildirişə əsasən 02 may 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında işə baxılması 13 may 2024-cü ilə təyin edilmişdir. Hazırki şikayət poçt xidmətinə 07 may 2024-cü ildə verilmiş, həmin vaxta kimi isə inzibati tənbeh tətbiq etmə barədə qərar mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; Həmin Məcəllənin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı hakim tərəfindən aşağıdakı məsələlər həll edilir: inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi (132.1.1), inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu (132.1.2), vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır (132.1.3). Məhkəmə inzibati xəta haqqında protokolun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə şikayət verilməli olan sənədlər siyahısına aid olmadığını, inzibati xəta haqqında protokoldan şikayət verilməsi prosedurunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmadığını və barəsində inzibati icraat aparılan şəxsə belə bir hüququn tanınmadığını nəzərə alaraq hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır. Eyni zamanda şikayətçiyə izah edilməldir ki, iş üzrə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edildiyi halda həmin qərardan şikayət verə bilər. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Osmanova Fəridə Ələddin qızının ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İş üzrə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edildiyi halda həmin qərardan şikayət vermək hüququnun olması Osmanova Fəridə Ələddin qızına izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar