Məhkəmə qərarları › İş №3(060)-1091/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1091/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1091/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron –xızı regional şöbəsi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı qərardan X3 tərəfindən verilmiş şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin baş müfəttişi X4 inzibati tənbeh vermə haqqında 02 may 2024-cü il tarixli MNN ******* saylı qərarına əsasən, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək hüquqi şəxs kimi 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Qərara əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında’' Azərbaycan Respublikası Qanuna əsasən müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş şəxs kimi onun tərəfindən sığortaçı ilə sığorta müqaviləsinin bağlanmaması müəyyən edilmişdir. Həmin qərarı qanunsuz və əsassız hesab edir. İlk öncə məhkəmənin nəzərinə çatdırıram ki, siğortaçı "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət arasında xx.xx.2022-ci il tarixli İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmış və müqavilə üzrə sığorta haqqı ödənilmişdir. Məktubu aldıqdan sonra nümayəndəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron- Xızı regional şöbəsinə gedərək sığorta müqaviləsini təqdim etsə də, qeyd olunan qurum tərəfindən heç bir araşdırma aparılmamış və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməyi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişlər. İş üzrə heç bir araşdırmanın aparılmaması, barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunu sübut edir. Qeyd olunanlara əsasən hesab edir ki, onun Azərbaycan Respublikasının İnzibati Xətalar məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron -Xızı regional şöbəsinin baş müfəttişi X4 “İnzibati tənbeh vermə haqqında” 02 may 2024cü il tarixli MNN ******* nömrəli qərarını ləğv edib, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X3 bildirdi ki, Sahil İnşaat MMC-nin direktorudur. Ona protokolun həm onun, həm də hüquqi şəxs barəsində tərtib olunduğunu, 10 gün ərzində məhkəməyə şikayət verə biləcəyini bildirmişlər. İş materiallarından görünür ki, Sahil İnşaat MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron Xızı Regional Ərazi Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə MN ******* saylı, 02 may 2024-cü il protokol tərtib edilərək Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxaraq qərar qəbul edir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, şikayət verən şəxs şikayət ərizəsinin “xahiş edirəm” hissəsində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini qeyd etsə də, iş materiallarından görünür ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar deyil, Sahil İnşaat MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Görünüdüyü kimi, şikayətdə qeyd olunan tarix və nömrə altında hüquqi şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərildiyindən, hazırki şikayətə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Odur ki, qeyd olunanlara əsasən şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Abşeron -Xızı regional şöbəsinin baş müfəttişi X4 “İnzibati tənbeh vermə haqqında” 02 may 2024-cü il tarixli MNN ******* nömrəli qərarını ləğv edib, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə baxılmadan geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar