Məhkəmə qərarları › İş №3(060)-1094/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1094/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1094/2022 18.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X3 Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin Sumqayıt Regional Ərazi Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsinin rəisi X8 tənbeh vermə haqqında MN ******* saylı, 22.04.2022-ci il tarixli qərarından barəsində inzibati qərar çıxarılan şəxs X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsinin rəisinin inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 22.04.2022-ci il tarixli, MN ******* N-li qərarı ilə Hüseynov ƏhlimanSayad oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmişdir. Həmin qərardan narazı qalan X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsi tərəfindən qəbul olunmuş 22.04.2022-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsinin rəisinin inzibati xəta haqqında iş üzrə 22.04.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şikayət verdiyi inzibati xəta haqqında iş üzrə qərardan göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmağı üçün səbəb "xxxx" MMC-nin işçisi olmuş X6 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi olmuşdur. Lakin nə qeyd olunan qərarın özündə, nə də onun qəbul edilməsi üçün əsas olmuş 12.04.2022-ci il tarixli inzibati xəta haqqında protokolda X11 ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin konkret olaraq hansı tələblərinin pozulduğu aydın göstərilməmişdir. "xxxx" MMC-nin işçisi olmuş İsa Qədirovun əmək müqaviləsinə xitam verilərkən nə onun hüquqları, nə də əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. X11 06.11.2020-ci il tarixdən "xxxx" MMC-də fəhlə vəzifəsində işləmiş və 26.04.2021-ci il tarixində öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Onun əmək müqaviləsinə xitam verilən zaman "xxxx" MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuşdur. X10 Xidmətinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 53.1.6-cı maddələrinin tələbləri pozularaq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsinə baxmayaraq "xxxx" MMC-nin direktoru barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. X11 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsindən bir ilə yaxın müddət keçməsinə baxmayaraq o, pozulduğunu güman etdiyi əmək hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılan şəxs X5 şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, onun direktoru olduğu "xxxx" MMC tərəfindən Əmək Məcəlləsinin heç bir tələbləri pozulmamış, heç bir qayda pozulmamışdır. Ona görə də, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini, icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin X1 nümayəndəsi Nümayəndə şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsi tərəfindən tərtib olunmuş 22.04.2022-ci il tarixli MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsinə göndərilməlidir. Qərarın qəbulu zamanı Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, məhkəmə tərəfindən X3 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsinin rəisi X13 tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan qərar qəbul edilmişdir. Bundan əlavə mübahisələndirilən qərarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən X7 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozularaq xitam verildiyi, inzibati xəta haqqında protokolda isə "xxxx" MMC-nin rəhbərliyi tərəfindən X7 əmək müqaviləsinə 26.04.2021-ci il tarixdə xitam verilərkən Əmək Məcəlləsinin 76-cı maddəsinin tələbləri pozulduğu göstərilmişdir. Göründüyü kimi istər qərarda, istərsə də inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən hansı pozuntu törədilməsi dəqiq göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, natamam inzibati xəta haqqında protokol əsasında qərar qəbul edilərək X5 2000 manat məbləğində cərimə edilmişdir. Hal-hazırda həmin halların, həmçinin X5 tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinə əsasən

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsinin rəisi X8 tənbeh vermə haqqında MN ******* saylı, 22.04.2022-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati qərar çıxarılan şəxs X3 iştirakı ilə yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin X4 tərəfindən qəbul olunmuş 22.04.2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilərək yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin Abşeron-Xızı Regional Ərazi Şöbəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı: Şikayət qismən təmin edilsin. X3 tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin X1 rəisi X8 inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında MN ******* saylı, 22.04.2022-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən, barəsində inzibati qərar çıxarılan şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında X10 Xidmətinin X2 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar