Məhkəmə qərarları › İş №3(060)-1095/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1095/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1095/2022 25.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Sülh küçəsi, ev 2 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 430.4-cü maddəsi ilə 17 aprel 2022-ci il tarixdə EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən (Bank) təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC (VÖEN **********) 15.085,86 Avro məbləğində vəsaiti 18.03.2020-ci ildə xaricə köçürmüş və 02 il müddət keçsə də, 14.003,59 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 19 mart 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, 18 mart 2020-ci il tarixində qabaqcadan ödənilmiş 14.003,59 avro məbləğində ödəniş üzrə mallar 13 oktyabr 2020-ci il tarixində idxal edilmişdir. Gömrük bəyannaməsinin nömrəsi: **********4779 Gömrük bəyannaməsində istinad olunan 44-cü bəndində qeyd olunan 8001 kod bildirişi üzrə 06 oktyabr 2020-ci il tarixli SİA1007240_20 saylı invoice-a əsasən tekstil avadanlıqları üçün nəzərdə tutulmuş elektron modullar idxal olunmuşdur. Malların adı invoice-da olduğu adla gömrük bəyannaməsində izlənir. Belə ki, BE244305 printed circuit İBR/8C-7V3- 5 ədəd; BE320293 PCBA AİB-3V3+SW- 4 ədəd; gömrük bəyannaməsinin əlavə vərəqində qeyd edilmiş WV 031623 Programmed MİD for Optimax mallar; idxal olunmuşdur. Avans ödəmənin SWİFT-ində istinad edilən 12 mart 2020-ci il tarixli SQm_167298_BUP_20ur saylı “Quotation”-a istinadı SİA1007240_20 saylı invoice-da da görmək olur. Bütün bunlar malların idxalını təsdiq edir. Bank tərəfindən ödəmənin açıq saxlanmasının səbəbi gömrük bəyannaməsində ödəmənin aparılma qaydasının düzgün göstərilməməsidir. Belə ki, məbləğ tam şəkildə qabaqcadan ödənildiyi təqdirdə, bəyannamənin 20-ci bəndində 100 kodu qeyd olunmalıdır. Lakin əməkdaşlıq etdikləri bəyannaməçi tərəfindən düzgün qeyd Şəxs MMC edilməyərək, 110 (qismən qabaqcadan ödəmə) şəklində bəyan olunmuşdur. Bu səhvin aradan qaldırılması üçün gömrük orqanına müraciət olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müəssisə tərəfindən müvafiq qanunvericiliyə uyğun olaraq mallar vaxtında idxal edilmiş, İXM 430.4-cü bəndin dispozisiyasında qeyd edilən tərkib yaranmamışdır. Qeyd olunanların nəzərə alınaraq Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində 17 aprel 2022-ci il tarixli EP № ******* saylı saylı inzibati xəta haqqında protokolla İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasi Mərkəzi X5 20 fevral 2020-ci il tarixi 06/1 №li qərarı ilə dəyişikliklər edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarına əlavə olunmuş Şəxs MMC tərəfindən 24.05.2022-ci il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi cənab Mehman Sadıqova ünvanlanmış məktubdan görünür ki, “PİCANOL NV” şirkətindən Şəxs MMC-yə daxil olan **********5 nömrəli qaimə ilə 1 yer, 12.05 kq olan Elektron modullar və proqlamlaşdırılmış yaddaş qurğuları yüklərinin rəsimləşdirilməsi zamanı **********4779 saylı yük gömrük bəyannaməsinin “20. Çatdırılma şərtləri” bəndində bəyannaməçi səhvən tərəflərindən ona göndərilən səhv ödəniş tapşırıqları əsasında 100 əvəzinə 110 kimi qeyd etmişdir. Şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmuş gömrük bəyannamələrindən müəyyən olunur ki, GTX-15-019 saylı müqavilə üzrə, “Picanol NV” şirkəti (satıcı) tərəfindən Şəxs MMC-yə (alıcı) göndərilən Tekstil avadanlıqları üçün nəzərdə tutulmuş elektron modullu 14.003,59 Avro məbləğində mallar 13.10.2020-ci il tarixdə ölkəyə idxal olunmuşdur. İş materiallarından və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatından müəyyən olunur ki, idxal prosesinin sənədləşdirilməsində 13.10.2022-ci il tarixli **********4779 saylı gömrük bəyannaməsində istinad olunan 20-ci qrafada çatdırma şərtlərində 100 (malın dəyəri əvvəlcədən ödənilmişdir) qeyd olunması əvəzinə səhvən 110 (malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir) qeyd edilmiş və yuxarıda qeyd olunan 13.10.2020-ci il tarixli **********4779 saylı gömrük bəyannaməsi ilə bağlanmışdır. **********4779 №li gömrük bəyannaməsinə əsasən cəmiyyət tərəfindən 18.03.2020-ci il tarixində qabaqcadan ödənilmiş 14.0003,59 Avro məbləğində ödəniş üzrə mallar 13.10.2020-ci il tarixində ölkəyə idxal edilmişdir. Gömrük bəyannaməsində istinad olunan SİA1007240_20 saylı invoice-a əsasən tekstil avadanlıqları üçün nəzərdə tutulmuş elektron modullu mallar BE244305 “Printer circuit” İBR/8C-7V3 - 5 ədəd və digər BE320293 PCBAAİB-3V3+SÜ - 4 ədəd idxal olunmuşdur. Belə ki, BE244305 printed circuit İBR/8C-7V3- 5 ədəd; BE320293 PCBA AİB- 3V3+SW- 4 ədəd; gömrük bəyannaməsinin əlavə vərəqində qeyd edilmiş WV 031623 Programmed MİD for Optimax mallar; idxal olunmuşdur. Avans ödəmənin SWİFT-ində istinad edilən 12 mart 2020-ci il tarixli SQm_167298_BUP_20ur saylı “Quotation”-a istinadı SİA1007240_20 saylı invoice-da da qeyd olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən İXM-nin 430.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutlmuş-avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması kimi inzibati xətaya yol verilməsi sübuta yetirilməmişdir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 17 aprel 2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar