Məhkəmə qərarları › İş №3(060)-1097/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1097/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1097/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan yaşayan Şəxs Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında tərtib edilmiş 28 aprel 2022-ci il tarixli, MN №1429376 saylı protokol Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 28.04.2022-ci il tarixdə saat 18:00-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı R.Məhərrəmovun xidməti otağında ucadan nalayiq ifadələr işlətmiş, səs-küy salaraq dəhlizə çıxmış, bölmənin iş rejimini pozaraq xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı R.Məhərrəmovun icraatında onunla bağlı şikayət olmuş və şikayət araşdırılaraq cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarı götürmək üçün adam göndərmiş, lakin R.Məhərrəmov qərarı verməyərək onun gəlməsini və imza etməsini bildirmişdir. O, təhqiqatçı R.Məhərrəmov tərəfindən hədəyə məruz qaldığına görə onun yanına getmək istəməmişdir. Lakin 28.04.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gedərək R.Məhərrəmovun xidməti otağına daxil olmuş, R.Məhərrəmov yenə ona hədə-qorxu gəlmişdir. O, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurmuşdur. Bölmədə nalayiq ifadələr işlətməmiş və səs-küy salmamışdır. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismondə dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı X5 ifadəsində göstərmişdir ki, Şəxs tanıyır. Belə ki, o Ruslanın Seymur adlı şəxs tərəfindən aldadılaraq birliyant latareysının ələ keçirməsi ilə bağlı olan şikayəti əsasında tərəfindən araşdırma aparılmış və 25.04.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. 28.04.2022-ci il tarixdə saat 18:00 radələrində Şəxs onun xidməti otağına gələrək yüksək səslə qışqıraraq ona nə üçün onun xeyrinə qərar qəbul etmədiyimn bildirmiş, həmin vaxt otağın qapısı açıq olmuşdur. Ruslan öz hərəkətlərini davam etdirərək səs-küy salıb qışqırmaqla nəlayiq ifadələr işlədərək otaqdan bölmənin dəhlizinə çıxmış və orada da hərəkətini davam etdirmişdir. Bundan sonra həmin vaxt əməliyyat qrupunda olan bölmənin sahə rəisi, polis mayoru X6 yanında olan bölmənin növbətçi sürücüsü X7 ilə bir yerdə Ruslanı sakitləşdirməyə çalışmışlar, lakin Ruslan onların da qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra Siyavuş bu barədə rəisə raport yazdı və X1 keçirməyə apardılar. Bir qədər sonra Ruslanı təkrar bölməyə gəgirdilər. Ruslan hələdə sakitləşməmişdir. O yenədə öz qanunsuz hərəkətlərini davam etdirdi. Həmin vaxt eşitmişdir ki, Ruslan yolda avtomaşını ürəyi bulanmadığını bəhanə edərək saxladaraq avtomaşından düşüb qaçmaq istəmişdir. Lakin polis əməkdaşları onu tutub təkrar bölməyə gətirmişdir. Ruslan narkaloji dispanserdən keçdikdən sonra onun sidiyində narkotik vasitə olan heroın və psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismondə dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-in sahə rəisi X6 ifadəsində göstərmişdir ki, 28.04.2022-ci il tarixdə saat 18:00 radələrində bölmədə növbədə olmuş, bu zaman adı ona sonradan məlum olan Şəxs bölməyə gələrək bölmənin təhqiqatçısı, polis mayoru X3 xidməti otağına gələrək otağa daxil olmuş, otağın qapısı açıq olmuş, o bölmənin dəhlizində növbətçi sürücü, polis serjantı X7 ilə durmuşdur. Həmin vaxt Ruslanın Rəşad müəllimin otağında Rəşad müəllimlə yüksək səslə danışaraq nə üçün onun xeyrini qərar qəbul etmədiyini dediyini eşitmişdir. Bundan sonra Ruslan qışqırıb səsküy salaraq, nəlayiq ifadələr işlədərək Rəşad müəlimin otağından kalidora çıxmış və orada eyni hərəkətləri davam etdirmişdir. O və Amin onu sakitləşdirməyə çalışmışlar, lakin Ruslan sakitləşmə və onların qanuni tələblərinə tabe olmamışdır. Onlar onun narkotik vasitə qəbul etməsindən şübhələnmişlər, ona görə də, o bu barədə raport yazmışdır. Bundan sonra o verilən sorğuya əsasən Şəxs bölmənin avtomaşını ilə Sumqayıt şəhər Narkaloji Dispanserə aparmışdır. Həmin vaxt Ruslan avtomaşının arxa otracağında oturmuş, o da onun yanında oturmuşdur. Onlar Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Sülh plaza”nın yanında olduqda Ruslan sürücüyə ürəyinin bulandığını deyib avtomaşını saxlamasını bildirmişdir. Sürücü Amin də avtomaşını yolun kənarında saxlamışdır. Bu zaman Ruslan avtomaşının qapısını açaraq avtomaşından yerə düşmüş və qaçmağa başlamışdır. Bir qədər qaçdıqdan sonra üzü üstə yıxılmış, həmin vaxt sürücü Amil Ruslanın arxasınca qaçaraq Ruslanı saxlayıb təkrar avtomaşına gətirmiş və onlar onu bölməyə qaytarmışlar. Ruslan avtomaşından düşüb qaçdığı yerədə nəlayıq ifadələr işlətmiş və söyüşlər söyərək ətrafda olan şəxslərin dinçiliyini pozmuşdur. Bundan sonra onlar X1 müayinədən keçirmiş və müayinə zamanı onun sidiyində narkotk vasitə olan heroin və psixotrop madə olan metamfetamin aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismondə dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-in növbətçi sürücüsü X7 da Sumqayıt ŞPİ-nin 1-ci PB-in sahə rəisi X4 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan 28.04.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs 28.04.2022-ci il saat 19:30-da inzibati qaydada tutulmuş, 29.04.2022-ci il tarixdə saat 15:45-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə işin hallarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını və vəkilin çıxışını dinləyib, iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs 28.04.2022-ci il tarixdə saat 18:00-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı R.Məhərrəmovun xidməti otağında ucadan nalayiq ifadələr işlətmiş, səs-küy salaraq dəhlizə çıxmış, bölmənin iş rejimini pozaraq xırda xuliqanlıq etmişdir. Onun təqsiri işdə olan sübutlarla və şahid ifadələri ilə təsdiq edilir, əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir və onun 01 (bir) gün inzibati qaydada tutulmağı nəzərə alınaraq o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin ona 100 (yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün inzibati qaydada tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 70 (yetmiş) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar