Məhkəmə qərarları › İş №3(060)-11/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-11/2021

15.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-11/2021 15.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, protokolu tərtib etmiş şəxs-Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndələri X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Rafael oğlunun iştirakları ilə, ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə ünvan 4qayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən hüquqi ünvanı ünvan 1unal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İnzibati Xətalar Məcəlləsi) 253-1.2.1 və 253-1.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair 24 sentyabr 2020-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, ünvan 4qayıt şəhəri, 39-cu məhəllə, Bakı küçəsi kənarında yaşıllıq üçün nəzərdə tutulmuş sahədə yerləşən 12-24-28-32,0 sm dm-də şam ağacları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin yaşıllıqların götürülməsi barədə qərarı və yaşıllığın götürülməsi vərəqi olmadan kökboydan kəsilərək götürülmüşdür. Qeyd edilən inzibati xəta haqqında protokol baxılmaq üçün 30.09.2020-ci ildə ünvan 4qayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 10.10.2020-ci il tarixə təyin edilmiş, protokolu tərtib etmiş inzibati orqanın və barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işin baxılması 23 oktyabr 2020-ci il tarixə təxirə salınsa da, protokolu tərtib etmiş inzibati orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyiyindən işin baxılması yenidən 30 oktyabr 2020-ci il tarixə təxirə salınmışdır. 30 oktyabr 2020-ci il tarixdə məhkəmə iclasında protokolu tərtib etmiş inzibati orqanın nümayəndəsinin şifahi vəsatətinə əsasən işin baxılması 05 noyabr 2020-ci il tarixə təxirə salınmışdır. 05 noyabr 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında məhkəmə tərəfindən protokolu tərtib etmiş inzibati orqanın, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələrinin və inzibati protokolu tərtib etmiş müfəttişin iştirakı ilə yerli baxış keçirdikdən sonra məhkəmə 05 noyabr 2020-ci il tarixdə ekspertiza təyin etmişdir. Ekspertiza rəyi 05 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, işin baxılması 15 mart 2021-ci il tarixə təyin olunmuşdur. 05 noyabr 2020-ci il tarixli məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X6 izahatında bildirdi ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə inzibati xəta haqqında 24 sentyabr 2020-ci il tarixli, ******* saylı protokol tərtib etmişdir. ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi tərəfindən ünvan 4qayıt şəhəri 39-cu məhəllə, Bakı küçəsinin kənarında yaşıllıq üçün nəzərdə tutulmuş sahədə yerləşən 12-24-28-32,0 sm diametrlikdə 79 ədəd şam ağacları ETSN-nin rəyi olmadan, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin yaşıllıqların götürülməsi barədə qərarı və yaşıllığın götürülməsi vərəqi olmadan kökboydan kəsilərək götürülmüşdür. 05 noyabr 2020-ci il tarixli məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi X3 izahatında göstərdi ki, ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi ünvan 4qayıt şəhəri 39-cu məhəllə, Bakı küçəsinin kənarında yaşıllıq üçün nəzərdə tutulmuş sahədə yerləşən 12-24- 28-32,0 sm diametrlikdə 79 ədəd şam ağaclarını ETSN-nin rəyi olmadan, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin yaşıllıqların götürülməsi barədə qərarı və yaşıllığın götürülməsi vərəqi olmadan kökboydan kəsilərək götürülmüşdür. Nümayəndə qeyd olunanların nəzərə alınmaqla məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. 05 noyabr 2020-ci il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə Rafael oğlu təmsil etdiyi hüquqi şəxsin inzibati xətanın törədilməsində təqsirli bilməyərək izahatında bildirdi ki, ünvan 4qayıt şəhəri, Bakı küçəsində 79 ədəd ağac kəsilmişdir. Kəsilmiş ağacların səbəbi isə ağacların quruması olmuşdur. Qurumuş ağacalrın yerinə yaş ağaclar əkilmişdir. Ərazidə olan şam ağaclarının quruma səbəblərinin araşdırılması və qurumuş ağaclarının təmizlənərək yeni ağacların əkilməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin rəyində qeyd olunmuşdurki, 32 ədəd şam ağaclarının 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nəzarəti ilə hər birinin əvəzində eynicinsli ağaclar əkilməsi şərti ilə götürülməsi məqsədəmüvafiq hesab edilmiş, həmçinin gələcəkdə belə halların təkrar olunmaması üçün ağaclara düzgün qaydada qulluq göstərilməsi təklif olunmuşdur. 16.10.2018-ci ildə 22/2843 saylı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən ağacların götürlməsi haqqında rəy 20 oktyabr 2020-ci il tarixli məktubla 4 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinə məlumat verilmişdir. Ərazidəki ağaclar protokol yazılmazdan 3-4 il əvvəl quruduqca hissə hissə kəsilmişdir. Hüquqi şəxs ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Rafael oğlu qeyd olunanların nəzərə alınmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi barəsində 24 sentyabr 2020-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokolla İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin ünvan 2 ünvanlanmış 13 mart 2020-ci il tarixli 07№-li məktubundan görünür ki, ünvan 4qayıt şəhər Yaşıllaşdırma idarəsinin rəhbərliyi 4 saylı Regional və Təbii Sərvətlər idarəsinin 06.03.2020-ci il tarixində göndərilən 533 saylı məktublarına cavab olaraq bildirilmişdir ki, “Emil” şirkətinə məxsus obyektin qarşısında yerləşən yaşıllıq sahəsində köküstü quru şam ağacları əməkdaşları tərəfindən kəsilərək götürülmüşdür. Həmin əraziyə 100 ədəd müxtəlif növ ağaclar (şam, qovaq və sərv) əkilməsi qeyd olunmuşdur. İş materiallarında olan 21 sentyabr 2020-ci il tarixli 63495 saylı aktdan görünür ki, ünvan 4qayıt şəhəri, 39-cu məhəllə, Bakı küçəsi kənarında yaşıllıq üçün nəzərdə tutulmuş sahədə yerləşən 12-24-28-32,0 sm dm-də şam ağacları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin yaşıllıqların götürülməsi barədə qərarı və yaşıllığın götürülməsi vərəqi olmadan kökboydan kəsilərək götürülmüşdür. İş materiallarında olan ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin ünvan 2 ünvanlanmış 26 iyul 2020ci il tarixli 51 №-li məktubundan görünür ki, ünvan 4qayıt şəhəri, 39-cu məhəllə, Bakı küçəsi Qaz idarəsi və mebel sexi arasında yaşıllıq zolağına 30 ədəd yaxın eldar şam ağacları naməlum səbəbdən günbə-gün quruyaraq məhv olur. Həmin ərazini yaxınlıqda olan mebel sexi abadlaşdırılmış, qazon, gül və dekorativ kollar əkmiş, mütamadi olaraq suvarma işlərini həyata keçirirlər. Ərazidə olan şam ağaclarının quruma səbəblərinin araşdırılması və qurumuş ağacların təmizlənərək yeni ağacların əkilməsi üçün rəy verilməsini qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ünvanlanmış 16 oktyabr 2018-ci il tarixli 22/2843 №-li məktubundan görünür ki, ünvan 4qayıt şəhəri, Bakı küçəsində Qaz idarsəi və mebel sexi arasındakı yaşıllıq zolağında naməlum səbəbdən qurumuş ağacların götürülməsinə razılıq verilməsi barədə müraciətlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi aidiyyəti mütəxxəsislər tərəfindən aparılmış analizlərin nəticəsinə və tərtib edilmiş baxış aktına əsaslanaraq həmin ünvanda normadan artıq suvarılma və kök diblərinə yaxın məsafədə qazon otlarının əkilməsi səbəbilə qurumuş 32 ədəd şam ağaclarının 4 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin nəzarətilə hər birinin əvəzində eynicinsli ağaclar əkilməsi şərtilə götürülməsini məqsədəmüvafiq hesab edir, həmçinin, gələcəkdə belə halların təkrar olunmaması üçün ağaclara düzgün qaydada qulluq göstərilməsi təklif olunur. Götürüiən ağacın yeniləri ilə əvəzlənməsi mütləqdir, əks halda rəyin icrası qeyri-qanuni hesab edilməsi qeyd olunmuşdur. İş materiallarında olan ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin ünvan 2 ünvanlanmış 20 oktyabr 2020-ci il tarixli 59 №-li məktubundan görünür ki, ünvan 4qayıt şəhəri Yaşıllaşdırma idarəsinin rəhbərliyi 4 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinin 24 Sentyabr 2020-ci il tarixli 2585 saylı məktublarına cavab olaraq bildirir ki, göstərilən ünvan barədə Yaşıllaşdırma idarəsi tərəfindən 26 iyul 2018-ci il 051 saylı məktubla rəhbərlik etdiyiniz şöbəyə müraciət olunmuşdur. 16.10.2018-ci ildə 22/2843 saylı Azərbaycan Respublikası ETŞN Dövlət Ekspertizası idarəsi tərəfindən ağacların götürülməsi haqqında rəy verilmişdir. 13.03.2019-cu il 07 saylı məktubla 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə müraciət olunmuşdur. Qurumuş ağacların götürülməsi və yerində yeni ağacların əkilməsi haqqında. Qeyd olunan ərazidə (Bakı küç. 39-cu məhəllə “Emil” şirkətinin qarşısı) ağaclar əkilmiş, suvarılır və tərəflərindən nəzarətdə saxlanılması qeyd olunmuşdur. 05 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası “Bakı Yaşıllaşdırma Xidməti” Məhdud məsuliyyətli Cəmiyyətinin 04 mart 2020-ci il tarixli mütəxəssiz rəyindən görünür ki, ünvan 4qayıt şəhəri, 39-cu məhəllə, Bakı küçəsində qeyri-yaşayış obyektinin qarşısındakı küçənin yaşıllıq zolağındakı kəsilmiş ağaclarla bağlı 79 (yetmiş doqquz) ədəd köküstə tam qurumuş və kökboğazından kəsilmiş müxtəlif diametrli Şam ağacları müəyyən olunmuşdur. Həmin ağacların kökboğazından kəsilmiş hissələrində qaralma və çürümə prosesi və sair getdiyi üçün kəsilmənin təxminən 3-4 il bundan əvvəl baş verdiyi və həmin əraziyə çoxsaylı, müxtəlifcinsli ağac tinglərinin əkildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə; həmin Məcəllənin 253-1.2.2-ci maddəsinə əsasən yaşıllıqların müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı, yaxud yaşıllığın götürülməsi vərəqi olmadan götürülməsinə görə - fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 15 fevral 2016-cı il tarixli, 795 saylı Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 5.10-cu bəndinə əsasən həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar; 5.11-ci bəndinə əsasən həmin Məcəllənin 230, 234, 236-242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Azərbaycan Respublikası “Yaşıllıqların mühafizəsi haqqında” Qanununun 1.0.10-cu maddəsinə əsasən yaşıllıqların bərpası – götürülmüş (kəsilmiş), zədələnmiş və ya məhv edilmiş yaşıllıqların və ya onların hissələrinin əvəzinə onlara bərabər yeni bitkilərin əkilməsi və (və ya) yaşıllığın salınması yönəlmiş tədbir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, ekspret rəyini və işdə olan materialları tədqiq edərək hesab edir ki, ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsinin barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, “Bakı Yaşıllaşdırma Xidməti” Məhdud məsuliyyətli Cəmiyyətinin 04 mart 2020-ci il tarixli mütəxəssiz rəyindən də görünür ki, ünvan 4qayıt şəhəri, 39-cu məhəllə, Bakı küçəsində qeyri-yaşayış obyektinin qarşısındakı küçənin yaşıllıq zolağındakı kəsilmiş ağaclarla bağlı 79 (yetmiş doqquz) ədəd köküstə tam qurumuş və müxtəlif diametrli şam ağacları kökboğazından kəsilmiş hissələrində qaralma və çürümə prosesi və sair getdiyi üçün kəsilmənin təxminən 3-4 il bundan əvvəl baş verdiyi müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüünvan 4ların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, ünvan 4qayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci və 253-1.2.2-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1, 53.0.6, 114.2.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı ünvan 1unal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən tərtib edilmiş 24 sentyabr 2020-ci il tarixli MN № ******* inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 və 253-1.2.2-ci maddələri ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan ünvan 4qayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa ünvan 4qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar