Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-110/2023 13.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən 12 yanvar 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-5534/2018 saylı icra vərəqəsi üzrə 10000 (on min) manat Zərərçəkmiş şəxs ödənilməlidir. Borclu Şəxs üzürlü səbəb olmadan icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5534/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10000 (on min) manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi əvvəllər Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatında olmuş, lakin borclu ilə tələbkar razılığa gəldikləri üçün icra sənədi icra olunmadan Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmışdır. Borclu icra sənədi üzrə müəyyən olunmuş pulu ödəməmiş və tələbkarın müraciəti əsasında icra sənədi yenidən icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icraatına daxil olmuş, müvafiq icra tədbirləri görülmüş, borclunun "xxxx" QSC-də işlədiyi məlum olmuş və borc tələbkarın əmək haqqına yönəldilmişdir. Lakin borclu "xxxx" QSC-dən əmək haqqı almadığına görə tutma mümkün olmamışdır. Borcluya dəfələrlə bildiriş göndərilsə də, o Sumqayıt şəhəri üzrə İcra İdarəsinə gəlməmişdir. Onun barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan olunmuş, qərar icra olunması üçün Sumqayıt ŞPİ-nə göndərilmiş və borclu Şəxs xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5534/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən ondan 10000 (on min) manat məbləğində pulun alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Tək yaşadığına, maddi imkanının zəif olduğuna və işləmədiyinə görə ödəniş edə bilməmişdir. Lakin təzə işə düzəlmiş və hər ay mütəmadi olaraq 100-150 manat ödəniş edəcəyini bildirdi. Barəsində axtarış verildiyindən xəbəri olmamış, şəxsi işi ilə bağlı PB-nə getdikdə onun axtarışda olduğunu bildirmişlər və polis əməkdaşları onu Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil vermişlər. Hal-hazırda tələbkara 200 (iki yüz) manat ödəniş etdiyini, tələbkarla razılığa gəldiyini və hər ay mütəmadi olaraq 150 (bir yüz əlli) manat ödəyəcəyini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5534/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 10000 (on min) manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. İkinci qrup İ Qarabağ müharibəsi əlili olduğunu və 1993-cü il tarixdən məcburi köçkün kimi Sumqayıt şəhərində yerləşən idarənin inzibati binasında məskunlaşdığını bildirdi. Şəxs ev almaq məqsədi ilə ona 10000 (on min) manat məbləğində pul vermiş, lakin o həmin pulu götürmüş və evi satmamışdır. Dəfələrlə borcluya borcun ödənilməsi üçün müraciət etsə də, borclu heç bir ödəniş etməmişdir. İki dəfə axtarışa verilmiş, polis əməkdaşları tərəfindən saxlanılaraq gətirilmiş, lakin borclu ona yalan vədlər verərək borcu hissə-hissə ödəyəcəyini bildirmiş, o isə bununla razılaşmışdır. 10000 (on min) manat məbləğində pulu digər şəxslərdən borc aldığını və həmin məbləği Bankdan kredit götürərək ödədiyini bildirdi. Hal-hazırda borclu ona 200 (iki yüz) manat ödəniş etdiyini, borclu ilə razılığa gəldiyini və hər ay borclu tərəfindən mütəmadi olaraq ona 150 (bir yüz əlli) manat pul ödəniləcəyini nəzərə alaraq Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan tələbkar Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs ona olan borcundan 200 (iki yüz) manat ödəmiş, qalan məbləği isə hissə-hissə ödəyəcəyi barədə razılığa gəlmişlər və onun barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyərək, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İcra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin qeyd olunanlardan göründüyü kimi, Şəxs tələbkar ilə razılığa gəldiyindən onun hərəkətlərində hazırda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, Şəxs borclu ilə razılığa gəldiyindən və tələbkarın Şəxs barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsi barədə xahişini nəzərə alaraq hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi təsdiqini tapmamışdır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-110/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-110/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver