Məhkəmə qərarları › İş №3(060)-1104/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1104/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1104/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə , Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16149051 saylı qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16149051 saylı qərarı ilə X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərardan narazı qalan Yadulla Mehdiyev şikayətlə məhkəməyə müraciət edərək tərtib olunan inzibati tənbeh vermə haqqında EQ 16149051 saylı, 16149051 il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Yadulla Mehdiyev şikayətini onunla əsaslandırmışdır ki, şəxsi mülkiyyətində olan “VAZ-21061” markalı, **-DU-*** dövlət nömrə nişanlı minik avtomobilini xx.xx.2022-ci il tarixdə 8889 reystr nömrəli, 686204 blank nömrəli etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü X4, sonuncu isə həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər daxilində ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1953-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixədək etibar edilmişdir. Etibarnamə ilə həmin şəxsə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. Göründüyü kimi, barəsində tərtib edilmiş qərarlarda qeyd olunan yol hərəkəti qaydalarını o pozmamış, adına olan minik avtomobilini idarə etməmiş, sadəcə həmin avtomobil onun adına olduğuna görə maşının kim tərəfindən idarə olunması müəyyən edilmədən, yəni zəruri ilkin araşdırma aparılmadan barəsində tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Bu qərarlar ona məlum olan kimi o, DİN-nin BDYP-nə şikayət etmiş, şikayətinə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Rasim Məmmədov tərəfindən baxılaraq 15 mart 2024-cü il tarixdə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. O daha sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanların nəzərə alınmasını, xx.xx.2023-cü il tarixli, EQ xx.xx.2023-cü saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs Yadulla Mehdiyev şikayətinə uyğun izahat verərək bildirdi ki, mülkiyyətində olan “VAZ-21061” markalı, **-DU-*** dövlət nömrə nişanlı minik avtomobili baş etibarnamə əsasında satmış, tərəfindən sonuncu dəfə verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Bundan başqa bildirmişdir ki, Birinci Qarabağ müharibəsi iştirakçısı olmaqla, həmin vaxt gedən döyüşlərdə yaralanmış və qazidir. Bu qərar əsassız olaraq onun barəsində qəbul edilmiş, bu səbəbdən ləğv edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq qərarından şikayət verilən Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, BDYPİ tərəfindən qəbul edilmiş EQ 16149051 saylı, xx.xx.2023-cü il tarixli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün həmin İdarəyə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən Yadulla Mehdiyevin şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, BDYPİ tərəfindən qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilməmiş, düzgün hüquqi nəticəyə gəlmək üçün yetərli araşdırma aparılmamışdır. Belə ki, İXM-nin 327.1-ci maddəsinə Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. İş materiallarına əlavə edilmiş “elektron-notariat” avtomatlaşdırılmış informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Yadulla Mehdiyev tərəfindən Zenfira Allahyarovaya verilmiş etibarnamənin müddəti xx.xx.2023-cü il tarixdə başa çatmış, EQ 16149051 saylı, xx.xx.2023-cü il tarixli qərarın qəbul edilməsi üçün əsas olmuş inzibati xəta hadisəsi isə xx.xx.2023-cü il tarixdə törədilmişdir. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Yadulla Mehdiyevin qeyd olunan avtomobilə dair etibarnamə verdiyi halda həmin şəxslər X6 və X3 İdarəyə dəvət edilərək izahatları alınmamış, qeyd olunan avtomobili hal hazırda idarə edib etmədikləri araşdırılmamışdır. Göründüyü kimi inzibati tənbeh vermə haqqında qərar qanunamüvafiq araşdırma aparılmadan, səthi araşdırma nəticəsind qəbul edilmişdir. İXM-nin 134-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qəbul edilən qərarlardan biri də məhz bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsidir. Azərbaycan Respublikası İXM-nin 135-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslara eyni zamanda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi aid edilmişdir. Məhkəmə göstərilənlərdən belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, İXM-nin 8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir müddəasını nəzərə alaraq məhkəmə hesab edir ki, BDYPİ tərəfindən qəbul edilmiş EQ 16149051 saylı, xx.xx.2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və göstərilən ziddiyətli və şübhə yaradacaq məqamların aradan qaldırılması məqsədi ilə inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin idarəyə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134-135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 tənbeh edilməsinə dair Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16149051 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar