Məhkəmə qərarları › İş №3(060)-1105/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1105/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1105/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə¸ X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala baxaraq məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsi tərəfindən X2 barəsində 13 aprel 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 11:10 radələrində Sumqayıt şəhəri ərazisində “Toyota Prius” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti zamanı yoxlamada qanuni tələbləri pozaraq lazımi sənədləri təqdim etməmişdir. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinə geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi protokol qanunvericiliklə müəyyən edilmiş bütün zəruri tələblər yerinə yetirilmədən tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolda X1 şəxsiyyət vəsiqəsinin identifikasiya nömrəsi və zəruri olan digər məlumatlar göstərilməmişdir. Bundan əlavə X1 izahatı alınmamış və iş materiallarına əlavə edilməmişdir. Yalnız hadisə yerində X1 fotoşəkilinin çəkilərək iş materiallarına əlavə edilməsi ilə kifayətlənmişdir. Lakin həmin şəxsin olmasını təsdiq edən heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 100.1.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, İXM-nin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, İXM-nin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə qeyd olunanlara əsasən inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirli tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar