Məhkəmə qərarları › İş №3(060)-1109/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1109/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1109/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində 05.05.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 25.04.2022-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Zərərçəkmiş şəxs döyərək sağlamlığına dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.4-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, Elman onun əmisi Ənvərin qızı Zərinənin keçmiş həyat yoldaşıdır. Belə ki, 25.04.2022-ci il tarixdə saat təxminən 21:00 radələrində Elman onun yaşadığı məhəlləyə gəlmışdir. Orada Elmanla o tək olmuşdur. Elman onun yanında əmisinin ailəsi haqqında nalayıq ifadələr işlətmişdir. O da onun bu sözlərindən sonra öz yaşadığı evə getmişdir. Bir qədər sonra təkrar küçəyə çıxdıqda Elmanın küçədə olmadığını görmüşdür. O da Ənvər əmisinin oğlu Teymura zəng edərək bu barədə ona məlumat vermiş, təxminən 10-15 dəqiqə sonra Teymur ozunə məxsus "Mercedes” markalı avtomobil ilə onların küçəsinə gəlmiş və onu götürdükdən sonra Elmanın yaşadığı ev tərəfə getmişlər. Orada Elman küçədə olmuş və Teymur ona maşına minməsini bildirmiş, lakin o, maşına minməmişdir. Sonra onlar maşından yerə düşüb Elmanla söhbət edən zaman o, yenə də nalayiq ifadələr işlətmiş və onun ağız nahiyyəsinə yumruqla vurmuşdur. Sonra o sağ əli ilə Elmanın başından yumruqla vurmuş və Elman yerə yıxılmışdır. Elman yerdə olan zaman o onu yumruq və təpiklərlə döyməyə davam etmiş, bu zaman o Elman yerə yıxılı vəziyyətdə olan zaman sağ ayağı ilə təpiklə onun baş nahiyyəsınə vurmuş və onun başından qan axmağa başlamışdır. Təxminən 3-5 dəqiqə onu yerdə döydükdən sonra yaxınlıqda olan tanımadıqları şəxslər onları aralaşdırmışlar və o Teymurla maşına minib həmin yerdən uzaqlaşmışdır. Əməlindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, o 2004-cü ildə X2 ilə ailə həyatı qurmuşdur və həmin nikahdan 3 övladları dünyaya gəlmişdir. Lakin münasibətlərinin alınmadığı üçün 2021-ci ilin oktyabr ayında məhkəmə qərarı ilə nıkahlarına xitam verilmişdir. 25.04.2022-ci il tarixdə yaşadıgı evin yaxınlığında küçədə olarkən Zərinənin əmisi oğlu Elməddinlə rastlaşmış və ona Zərinənin ondan əl çəkmədiyini, hətta onu həbs etdirdiklərini bildirmişdir. Həmin gün axşam təxminən saat 21:00 radələrində yaşadığı evin yaxınlığında küçədə skamyada oturarkən “Mercedes" markalı avtomobil yanında dayanmışdır. Maşını idarə edən keçmiş həyat yoldaşı X1 qardaşı İbişov Teymur və onun yanında oturan isə Zərinənin əmisi oğlu Azər olmuşdur. Teymur maşından onun üstünə qışqıraraq bır neçə dəfə ona "otur maşına” demişdir. Lakin o maşına oturmamışdır. Onlar ikisi də maşından duşmüş və ona bu nə söz-söhbətdir demişlər. Elə həmin vaxt Azər sağ əli ilə yumruq ilə onun başının sol hissəsinə vurmuş və o həmin zərbənin təsirindən özünü itirib yıxılmışdır. Təxminən 3-5 dəqiqə onu yerdə döydükdən sonra yaxınlıqda olan tanımadıqları şəxslər onları aralaşdırmışlar, o da yerdən qalxıb evə getmiş, təxminən 20 dəqiqə sonra atası Nərbala onlara gəlmiş və baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək məumat vermişdir. Hal-hazırda Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan 04.05.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi aidiyyatı xidmət sahəsinə həvalə edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o Şəxs ilə barışmışdır və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ərizəsindən görünür ki, o Zərərçəkmiş şəxs barışmışdır və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xətaya dair materialları və tərəflərin izahatları birlikdə araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu iş materialları ilə tam təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar