Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1109/2024 03.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16059126 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X7 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Qərardan şikayət vermiş şəxs X7 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16059126 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X7 bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16059126 nömrəli qərarına əsasən İXM-nın 339.1-1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə olunmuşdur. Aşağıdakılara əsasən həmin qərarı qanunsuz və əsassızdır. İlk öncə qeyd edir ki, barəsində protokol tərtib olunarkən İXM-nin qeyd olunan maddələrinin tələblərini o, pozmamışdır. Belə ki, şəxsi mülkiyyətində olan “VAZ-21061” markalı, **-DU-*** dövlət nömrə nişanlı minik avtomaşınını xx.xx.2022-ci il tarixdə 8889 reyst nömrəli, 686204 blank nömrəli etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü X5, sonuncu isə həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər daxilində ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1953-cü il təvəllüdlü X2 etibar edilmişdir. Etibarnamə üzrə ona sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq və qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri verilmişdir. Göründüyü kimi, barəsində tərtib edilmiş qərarlarda qeyd olunan yol hərəkəti qaydalarını o, pozmamışdır, yəni həmin vaxt onun adına olan minik avtomaşınını idarə etməmişdir. Sadəcə olaraq minik avtomaşını onun adına olduğuna görə, maşının kim tərəfindən idarə olunması müəyyən edilmədən, yəni zəruri ilkin araşdırma aparılmadan barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. İnzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərarlar ona məlum olan kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə şikayət etmişdir. Daha sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə müraciət etmiş, onun şikayəti Abşeron Rayon Polis İdarəsinə yönləndirilmiş və həmin İdarənin TŞ-nin təhqiqatçısı Rasim Məmmədov tərəfindən baxılaraq 15 mart 2024cü il tarixdə toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Odur ki, o məcbur olub məhkəməyə şikayət etməli olmuşdur. Yuxarıda göstərilənləri, İİ qrup əlil və İ Qarabağ müharibəsi veteranı nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16059126 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan X3 şikayətə şəxsin yaşayış yeri üzrə baxılmasına dair ərizəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16059126 nömrəli qərarına əsasən Azərbaycan Respublikası İXM-nın 339.1-1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan şikayət vermək niyyətindədir. İnzibati xəta Bakı şəhəri Binəqədi rayon ərazisində baş vermişdir. O, hal-hazırda qeydiyyatda olduğu ünvan 3 ünvanında yaşayır. Birinci qarabağ müharibəsi veteranı olmaqla 2-ci qrup əlildir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə getməyi əlavə yol məsrəflərinə ehtiyyac yaradacağ ki, bu da öz növbəsində onsuzda ailəsinii çətinliklə dolandırdığı bir dönəmdə ona çox böyük əngəllər yaradacaqdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Ona görə də, şikayətinə Sumqayıt Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16059126 nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəi ilə 50 (əlli) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X9 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cinayət işi başlanması rədd edilmiş və X6 mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququnun olması izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 028191 nömrəli vəsiqənin surətindən görünür ki, X8 İİ qrup əlildir. İş materiallarında olan “Elektron notariat” X1 çıxarışdan görünür ki, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə 8889 reyst nömrəli, 686204 blank nömrəli etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü X5, sonuncu isə həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər daxilində ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1953-cü il təvəllüdlü X2 etibar edilmişdir. İş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİ xx.xx.2022-ci il tarixli, 358725 nömrəli etibarnamənin surətindən görünür ki, X8 tərəfindən X10 01 (bir) il müddətinə etibarnamə vermiş və xx.xx.2023-cü il tarixədək qüvvədədir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 izahatını dinləyib və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16059126 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, X3 şəxsi mülkiyyətində olan “VAZ-21061” markalı, **-DU-*** dövlət nömrə nişanlı minik avtomaşınını xx.xx.2022-ci il tarixdə 8889 reyst nömrəli, 686204 blank nömrəli etibarnamə ilə ünvan 1 ünvanında qeydiyyatda olan xx.xx.1982-ci il təvəllüdlü X5, sonuncu isə həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlər daxilində ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1953-cü il təvəllüdlü X2 etibar edilmişdir. Eyni zamanda iş materiallarında olan nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-Vİİ xx.xx.2022-ci il tarixli, 358725 nömrəli etibarnamənin surətindən görünür ki, X8 tərəfindən sonuncu dəfə X10 01 (bir) il müddətinə etibarnamə vermiş və xx.xx.2023-cü il tarixədək qüvvədədir. Həmçinin iş materiallarından müəyyən olunur ki, inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərarlar ona məlum olan kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə şikayət etmiş, daha sonra Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə müraciət etmiş, onun şikayəti Abşeron Rayon Polis İdarəsinə yönləndirilmiş və həmin İdarənin TŞ-nin təhqiqatçısı Rasim Məmmədov tərəfindən baxılaraq 15 mart 2024-cü il tarixdə toplanmış material üzrə “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilərək cinayət işi başlanması rədd edilmiş və X6 mülki qaydada məhkəmə orqanları qarşısında iddia qaldırmaq hüququnun olması izah edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 nə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə, nə də Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə müraciətləri tam araşdırılmamış, X8 tərəfindən təqdim edilmiş sübutlara qiymət verilməmiş, etibarnamə verilən şəxslər dəvət olunmamış və onların şikayətlə bağlı izahatları alınmamışdır. Bununla da, inzibati xəta haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasna görə barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16059126 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 130 və 134.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ seriyalı, 16059126 nömrəli inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1109/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1109/2024
03.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver