Məhkəmə qərarları › İş №3(060)-1110/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1110/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1110/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Ekologiya yol patrul xidmətinin inspektoru, polis baş serjantı X2 tərtib etdiyi 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş iznibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X3 şikayətinə baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X7 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Ekologiya yol patrul xidmətinin inspektoru, polis baş serjantı X2 tərtib etdiyi 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş iznibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər 05 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, İnzibati Xətalar Məcəlləsi inzibati xəta haqqında protokolun deyil, inzibati xəta haqqında qərarın mübahisələndirilməsinin mümkünlüyünü nəzərdə tutduğu halda şikayətə əlavə olunmuş sənədlərə inzibati xəta haqqında qərar əlavə olunmamışdır. İnzibati xəta haqqında qərarın mövcudluğu halında həmin qərarla hüquqları məhdudlaşdırılan inzibati xəta törədən şəxs İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada şikayətlə məhkəməyə müraciət edə bilər. Məhkəmə qeyd edir ki, X3 məhkəməyə təqdim etdiyi sənədlər natamam olduğundan, yəni mübahisələndirilən qərar şikayətə əlavə olunmadığından şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ekologiya yol patrul xidmətinin inspektoru, polis baş serjantı X2 tərtib etdiyi 23 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş iznibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X6 geri qaytarılsın. Şikayət vermiş şəxs X6 izah olunsun ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar