Məhkəmə qərarları › İş №3(060)-1113/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1113/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1113/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X3 katibliyilə, X8 barsəində tərtib edilmiş İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsinə dair X4 şikayətinə məhkəmə iclasında baxaraq müəyyən etdi: X8 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İ tağım YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən barəsində tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolun mübahisələndirilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Qanunvericilik inzibati xəta haqqında qərardan şikayət verilməsini müəyyən etmişdir. İnzibati xəta haqqında qərarın mövcudluğu halında həmin qərarla hüquqları məhdudlaşdırılan inzibati xəta törədən şəxs İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan qaydada məhkəməyə qərardan şikayətlə müraciət edə bilər. Hazırkı ərizə ilə isə X1 Xətalar Məcəlləsinin tələblərinə zidd olaraq inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş edir. Bundan başqa X8 tərəfindən verilmiş şikayətə mübahisələndirilən qərar əlavə edilməmişdir. Qeyd edilənlər hazırkı ərizənin baxılmasını mümkünsüz edən hallar olduğundan məhkəməyə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması nəticəsinə gəlməyə əsas verir. Məhkəmə qeyd edir ki, qeyd edilənlər hazırkı şikayətin baxılmasını mümkünsüz edən hallar olduğundan şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İXM-nin 132, 132.1.2-ci maddələrinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub olmamasının məsələlərini həll edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İ tağım YPX-nin inspektoru, polis baş serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə X5 geri qaytarılsın. Şikayət vermiş şəxs X5 izah olunsun ki, qərardadda göstərilmiş nöqsanlar aradan qaldırıldıqdan sonra İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qərardaddan şikayət verilməsi İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar