Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1113/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21195398 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə M ÜƏ Y Y Ə N E T D İ : Qərardan şikayət vermiş şəxs X1 İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21195398 nömrəli elektron qərardan şikayət verərək inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin nümayəndəsi müvafiq olaraq gəlməmişdir və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X2 şikayətini onunla əsaslanmışdır ki, xx.xx.2024-cü il tarixdə, saat 13:56:55 radələrində etibarnamə ilə idarə etdiyi **-FU-*** dövlət qeydiyat nişanlı, “Kia Sorento” minik markalı avtomobili ilə Bakı- Quba Rusiya yolunun 28-ci km-də BDYPİ-nin əməkadaşı ximəti avtomobildə körpünün altında gizlənərək qeyri qanunu radar quraşdırmış, onun avtomobilinə qeyri qanunu olaraq 200 (iki yüz) manat və 3 bal cərimə göndərmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, qeyd etdiyi istiqamətdə YPX-nin əməkdaşı qanusuz olaraq xidməti maşınla gizlənərək avtomobilin içində quraşdırdığı kamera tərəfindən çəkilən və X6 ilə göndərilən cərimə qeyri qanunu olduğu üçün ləğv edilməlidir. Həmin istiqamətdə sürət həddini məhdudlaşdıran (3.24) nişan yoxdur, gizli şəkildə mülki və ya xidməti avtomobillərdə və heç bir yol nişanı olmayan ərazidə radarın yerləşdirilməsi qanuna ziddir. X3 Radara düşüldüyü zaman polis sürücüyə radara düşməsi barədə məlumat verməlidir. Sürücü bununla razılaşmırsa, yol polis protokol tətbiq edir, lakin qərar çıxarmır. Qərarı və fotoşəkli sürücünün qeydiyyatda olduğu ərazi üzrə yol polisinə göndərməli və sürücünü iştirakı ilə qərar çıxarmalıdır. Ona görə də, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21195398 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 21195398 nömrəli elektron qərardan müəyyən olunur ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə qərardan şikayət vermiş şəxs X1 şikayətini və iş materiallarını araşdırıb hesab edir ki, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21195398 nömrəli elektron qərardan verdiyi şikayət təmin olunmamalıdır. Belə ki, X2 şikayətində xx.xx.2024cü il tarixdə, saat 13:56:55 radələrində etibarnamə ilə idarə etdiyi **-FU-*** dövlət qeydiyat nişanlı, “Kia Sorento” minik markalı avtomobili ilə Bakı-Quba Rusiya yolunun 28-ci km-də BDYPİ-nin əməkadaşı ximəti avtomobildə körpünün altında gizlənərək qeyri qanunu radar quraşdırdığını, onun avtomobilinə qeyri qanunu olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə 200 (iki yüz) manat cərimə və 3 cərimə balı göndərdiyini göstərsə də, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 21195398 nömrəli elektron qərardan müəyyən olunur ki, X2 Bakı-Quba Rusiya yolunun 28-ci km-də surət həddi 60 km/saat olduğu halda, həmin ərazidə avtomobilini 118 km/saatla idarə etmişdir. Həmçinin şikayətində X3 Radara düşüldüyü zaman polis əməkdaşı tərəfindən sürücüyə radara düşməsi barədə məlumat verməsini, sürücü bununla razılaşmırsa YPX əməkdaşı tərəfindən protokol tətbiq ediidiyini, lakin qərar çıxarılmadığını, qərarın və fotoşəklin sürücünün qeydiyyatda olduğu ərazi üzrə yol polisinə göndərilməsini və sürücünü iştirakı ilə qərar çıxarmalmasını göstərsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.5-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar haqqında yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır. X2 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinin tələblərini pozaraq Bakı-Quba Rusiya yolunun 28-ci km-də surət həddi 60 km/saat olduğu halda, həmin ərazidə avtomobilini 118 km/saatla idarə etdiyindən həmin maddə ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21195398 nömrəli elektron qərarın ləğv edilməsi üçün məhkəmə tərəfindən heç bir hüquqi əsas müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi İnformasiya Sistemi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21195398 nömrəli elektron qərardan X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1113/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1113/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver