Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1116/2024 22.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi “ŞİMAL” Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bazaryanı məhəllə ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinə Şəxs barəsində 22 may 2024-cü il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs Samux Rayon Məhkəməsinin 2(058)-174/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 2270 (iki min iki yüz yetmiş) manat aliment borcunu, Sumqayıt Şəhər Məhkəməsinin müvafiq icra sənədlərinə əsasən ümumilikdə 2432 (iki min dörd yüz otuz iki) manat kredit borcunu qərəzli olaraq ödəmir, icra məmurunun qanuni tələblərini icra etmir. Protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 məhkəmə iclasında izahat verərək bidirdi ki, Samux Rayon Məhkəməsinin 2(058)- 174/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment X4 verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1249/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 100 (bir yüz) manat əsas, 22,46 (iyirmi iki mant qırx altı qəpik) manat faiz, 0,68 (altmış səkkiz qəpik) manat cərimə, cəmi 123,40 (bir yüz iyirmi üç manat qırx qəpik) manat borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-663/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 143 (bir yüz qırx üç) manat əsas, 14 (on dörd) manat cərimə borcu olmaqla, cəmi 157 (bir yüz əlli yeddi) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2547/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 1682,5 (bir min altı yüz səksən iki manat əlli qəpik) manat əsas borc, 355,92 (üç yüz əlli beş manat doxsan iki qəpik) manat faiz borcu, 11,96 (on bir manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2050,8 (iki min əlli manat səksən qəpik) manat pul və ödənilmiş 40,91 (qırx manat doxsan bir qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, borclu aliment məbləğindən qismən ödəmiş etmiş, 2270 (iki min iki yüz yetmiş) manat aliment borcu, digər borclar üzrə isə 2432 (iki min dörd yüz otuz iki) manat borcu qalmışdır. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək göstərdi ki, Samux Rayon Məhkəməsinin 2(058)-174/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan xx.xx.2019-cu il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment X4 verilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1249/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 100 (bir yüz) manat əsas, 22,46 (iyirmi iki mant qırx altı qəpik) manat faiz, 0,68 (altmış səkkiz qəpik) manat cərimə, cəmi 123,40 (bir yüz iyirmi üç manat qırx qəpik) manat borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-663/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan 143 (bir yüz qırx üç) manat əsas, 14 (on dörd) manat cərimə borcu olmaqla, cəmi 157 (bir yüz əlli yeddi) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2547/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan 1682,5 (bir min altı yüz səksən iki manat əlli qəpik) manat əsas borc, 355,92 (üç yüz əlli beş manat doxsan iki qəpik) manat faiz borcu, 11,96 (on bir manat doxsan altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 2050,8 (iki min əlli manat səksən qəpik) manat pul və ödənilmiş 40,91 (qırx manat doxsan bir qəpik) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi xeyrinə ödənilməsi qət edilmişdir. Halhazırda işləmədiyini, gələcəkdə aliment borcunu və digər borcları hissə-hissə ödəyəcəyini nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs bu vaxta qədər ödənişi gecikdirmiş və tam ödəniş etməmişdir. Buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs aliment borcunu tam ödəməməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra edilməməsi kimi qiymətləndirilir. Onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 22 may 2024-cü il, saat 16:55-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs “ŞİMAL” Vəkil Bürosunun vəkili X5 göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq “ŞİMAL” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1116/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1116/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver