Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1116/2025 06.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-texniki, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş 06 may 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:20 radələrində Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin inzibati binasında səs-küy salmış, bölmənin umumi rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X6 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 11:20 radələrində Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin inzibati binasında polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 2-ci PB-nin həyətində əsassız olaraq əməliyat müvəkkili Sahil Əlizadənin normal danışığına irad tutaraq onunla mübahisə etməyə başlamışdır. Bununla bağlı polis əməkdaşı həmin şəxsi sakitliyə dəvət etmiş, lakin Eman Qafarov iradlarını davam etdirdiyi üçün onu bölmənin inzibati binasına dəvət etmişdir. Həmin vaxt həddən artıq aqressiv olan Şəxs bölmənin içərisinə daxil olduqda da aqressiv davranmağa davam etmişdir. Bu zaman o da orada olmuşdur. Bölmədə o, növbətçi hissənin əməkdaşları Möhdəbər Məmmədov, Rauf Hacıyev və əməliyyat müvəkkili Ağaəli Abdullayev Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu həddən artıq aqressiv formada əməliyyat müvəkkili Sahil Əlizadəyə irad tutmağa davam edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Dəfələrlə xəbərdarlığa baxmayaraq Şəxs öz əməllərini davam etdirmiş və növbətçi hissənin iş rejimini pozmuşdur. Bundan sonra Şəxs bölmə rəisinin yanına qaldırmışlar, bölmə rəisi də Şəxs ilə profilaktik xarakterli söhbətlər aparmasına baxmayaraq sonuncu uzun müddət ərzində sakitləşməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Həmçinin bildirmişdir ki, 2-ci Polis Bölməsində təmir işləri ilə əlaqədar kameralar müvvəqqəti işləmədiyi üçün video görüntülərin məhkəməyə təqdim edilməsi mümkün deyil. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, onun yeznəsi Dilavər adlı şəxs polis əməkdaşları tərəfindən Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə gətirilmişdir. Buna görə də o da polis əməkdaşlarının arxasınca bölməyə gəlmişdir. Onlar bölmənin həyətində olarkən polis əməkdaşlarından biri yeznəsi barəsində xoşagəlməz ifadə işlətmişdir. Bu zaman polis əməkdaşına irad tutaraq düzgün danışmadığını, həmin ifadəni cəmiyyət içərisində söyləməyin düzgün olmadığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona bölmənin yanına keçməyi demişdir. O, keçən zaman həmin polis əməkdaşı onu bölmənin içərisinə itələyib salmışdır. Nəticədə o, bölmənin içərisində yerə yıxılmış, beş nəfər polis əməkdaşı onun qolundan tutaraq otaqların birinə salmışdır. Həmin polis əməkdaşlarından biri ayağını onun üzərinə yaxınlaşdırmışdır. Daha sonra onu üç nəfər polis əməkdaşı bölmə rəisinin otağına qaldırmışlar. Həmin vaxt o bölmənin normal iş rejimini pozmamış, yalnız polis əməkdaşları onu yerdə saxlayarkən buna qarşı normal insan kimi öz etirazını bildirmişdir. Bölmə rəisi otaqda onun üzünə şillə vurmuşdur. O, saxlanaılarkən polis əməkdaşları tərəfindən döyülməmiş və ya işgəncəyə məruz qalmamışdır. Hazırda ayağında və sinəsində ağrılar vardır, həmin ağrılar isə saxlanılarkən yerə yıxıldığı üçün yaranmışdır. Hər hansı polis əməkdaşının onu vurmasından yaranmamışdır. Qeyd etdiyi kimi yalnız rəis otağında onun üzünə şillə vurmuşdur. Göstərilənləri nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs polis əməkdaşlarının hər hansı qanuni tələbinə tabesizlik etməmişdir. Əksinə polis əməkdaşları hüquqlarını müdafiə etdiyi şəxsə fiziki təsir və təzyiqlər göstərmişlər. Polis əməkdaşının qanuni tələblərinə tabesizlik göstərilməsi barədə heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin əməliyyat müvəkkili X5 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli bilinən Dilavər adlı şəxs 2-ci Polis Bölməsinə gətirilmişdir. Dilavərin qohumu da onlarla birlikdə bölməyə gəlmişdir. O, bölmənin arxasında yerləşən mağazadan siqaret alıb keçən zaman nöbətçi hissədə olan polis əməkdaşı ona Dilavəri nə vaxt MSY-yə aparacağını bildirmiş, o da cavabında “Dilavəri evimə aparmayacam ki, siqaret çəkib aparacam” demişdir. Bu zaman Dilavərin qohumu Şəxs onun işlətdiyi sözə görə kobud və aqresiv formada ona irad bildirmişdir. X8 özünün də tanıdığını və işlətdiyi ifadədə yanlış nəsə olmadığını bildirmişdir. Lakin, Şəxs aqressiv formada ona qaşrı qeyri-etik ifadələr işlətmişdir. Buna görə də o, həmin şəxsi məsələni aydınlaşdırmaq üçün bölməyə dəvət etmişdir. Şəxs bölməyə keçmiş və onlarla mübahisə etmişdir. Digər əməkdaşlar da həmin şəxsi sakitliyə dəvət etsələr də, sonuncu çox aqressiv formada uzun müddət bölmənin normal iş rejimini pozmuşdur. Digər əməkdaşların köməyi ilə həmin şəxsi bölmə rəisinin otağına qaldırmışlar, bölmə rəisi də Şəxsla profilaktik söhbətlər aparsa da sonuncu uzun müddət sakitləşməmişdir. Bir müddət sonra isə sakiləşərək onlara əsəb xəstəliyindən əziyyət çəkdiyini bildirərək üzrxahlıq etmişdir. İş materiallarında olan raportdan xx.xx.2025-ci il tarixli raortdan və eyni tarixli aktdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 11:20 radələrində Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin inzibati binasının qarşısında, daha sonra isə bölmənin inzibati binasının içərisində səs-küy salaraq bölmənin normal iş rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. Beləliklə də məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Şəxs özünün etirafı və digər iş materialları ilə onun polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək polis əməkdaşlarının tələblərinə heç bir tabesizlik göstərmədiyini bildirsə də, məhkəmə onun izahatlarına tənqidi yanaşaraq həmin izahatları özünü müdafiə xarakterli izahatlar kimi qiymətləndirir. Belə ki, işin halları ilə təsdiq edilir ki, Şəxs özü ilkin olaraq polis bölməsinin yanında polis əməkdaşına irad bildirirərək onunla mübahisə yaratmış, daha sonra isə bu mübahisəni böyüdərək bölmənin daxilində də səs-küy salmış və nizam-intizama dəvət edilməsinə baxmayaraq öz əməllərini davam etdirmişdir. Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən hal kimi onun İİ qrup əlil olmasını, onun cəmiyyətdən təcrid edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müstəsna halların olmamasını, həmçinin İİ qrup əlil olması səbəbindən İXM-in 30.2-ci maddəsinə əsasən nun barəsində inzibati həbs tətbiq edilə bilməyəcəyini nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür. Ona görə də, onun barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 tərəfindən göstərilmiş hüquqi yardıma üzrə sərf edilmiş 3 sata görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməldir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 106- 112, 114, 115, 115.5, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli biliərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1116/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1116/2025
06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver