Məhkəmə qərarları › İş №3(060)-1117/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1117/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1117/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin İTÜBİ polis kapitanı Asəf Mustafayev tərəfindən 09 mart 2021-ci il tarixində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra mətndə “xxxx” MMC) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №li protokol tərtib edilmişdir ona görə ki, “Mitsubishi” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, hüquqi ünvanı ünvan 1i şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 (beş) gün müddətində verilməsini təmin etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş, qeyd olunan material 02.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuçdur.ş İnzibati xəta haqqında işə baxılması 16 aprel 2021-ci il tarixə təyin olunmuşdur. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edildiklərinə baxmayaraq nümayəndələrinin məhkəmə iclsında iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “xxxx” MMCnin 15.04.2021-ci il tarixdə məhkəməyə etirazı daxil olmuş və etirazda qeyd olunmuşdur ki, inzibati xətanın törədilməsində təmsil etdiyi hüquqi şəxsi təqsirli bilməyərək göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polis şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, DYP şöbəsi tərəfindən 09.03.2021-ci il tarixdə saat 10:00 radələrində “xxxx” MMC-yə məxsus "Mitsubishi" minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobil inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatların alınması üçün sorğusu yalnız 15.02.2021-ci il tarixdə “xxxx” MMC-yə daxil olmuşdur. Qeyd olunan sorğuya “xxxx” MMC-nin nümayəndəsi tərəfindən 15.02.2021-ci il tarixdə cavab verilmiş və bildirilmişdir ki, “xxxx” MMC-nin mülkiyyətində/istifadəsində olan "Mitsubishi L200" minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X2 (AB N601345) tərəfindən idarə edilib. Göründüyü kimi, DYP şöbəsi tərəfindən “xxxx” MMC hüquqi şəxsin mülkiyyətində olan nəqliyyat vasitəsinin inzibati xəta törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat “xxxx” MMC tərəfindən qanunla müəyyən edilmiş 5 gün ərzində cavab verilmişdir. “xxxx” MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 qeyd olunanların nəzərə alınmaqla cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş etdi. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs olan “xxxx” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş portal çxarışından müəyyən olunur ki, **-AB-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi L200” markalı avtomobil “xxxx” MMC-yə məxsusdur. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsitərəfindən “xxxx” MMC barəsində “Mitsubishi L200” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 (beş gün) müddətində verilməsini təmin etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №li protokol 09 mart 2021-ci il tarixində tərtib edilmiş, həmin protokol 17 mart 2021-ci il tarixli məktubla baxılması üçün məhkəməyə göndərilmiş və qeyd olunan material məhkəməyə 02 aprel 2021-ci il tarixində daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə təqdim etdiyi etirazdan və ona əlavə olunmuş məktubdan görünür ki, cəmiyyət tərəfindən Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş müvafiq sorğu məktublarına əsasən **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X1 idarə etməsi barədə DYPŞ-nə 15.02.2021-ci il tarixli məktubla məlumat verilmişdir və adı çəkilən DYPŞ tərəfindən mərkəzi informasiya sisteminə bu məlumatlar daxil edilmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsilə müəyyən olunmuş inzibati xətanın tərkibi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdətutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və yasəlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarqəbul edir. Məhkəmə hesab edir ki, “xxxx” MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində 09 mart 2021ci il tarixli AP seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar