Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1119/2023 01.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar İbrahimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis mayoru Eldar İbrahimov tərtib etdiyi protokola uyğun izahat verərək, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində özünə məxsus **-DR-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı avtomobili ilə hərəkətdə olan zaman manevr qaydalarını pozduğu üçün YPX-nin əməkdaşları tərəfindən ona maşını saxlamaq işarəsi verilmiş və Səməd Vurğun və Polad Həşimov küçələrinin kəsişməsində polis əməkdaşları tərəfindən saxlanılaraq, aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə aparılmışdır. O, avtomobili idarə edərkən fikirli olmuşdur. Buna səbəb onunla birlikdə yaşayan anasının şəkərli diabet və yüksək qan təzyiqi xəstəsi olması və həmin vaxtda anasının səhhətinin kəskin pisləşməsi olmuşdur. O, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Sumqayıt şəhər Poluis İdarəsinin Dövlət Yol Polis şöbəsinin inspektoru tərəfindən ona idarə etdiyi avtomobili “Saxla” göstərişi verilən kimi avtomobilini yolun kənarına çəkərək saxlamış, polisin qanuna əmrinə tabe olmuş, daha sonra müvafiq izahat vermək üçün onlarla birlikdə 4-cü Polis Bölməsinə getmişdir. Hadisə vaxtı spirtli içkinin və ya narkotik maddənin təsiri altında olmamışdır. Qeyd edilənlərin nəzərə alınmasını və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin DYPX-nin inspektoru, polis serjantı X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində xidmətdə olan zaman “Mercedes” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Sülh küçəsində ziqzaqvari hərəkət edərək, manevr qaydalarını pozduğunu, digər nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaratdığı üçün xidməti avtomobilə quraşdırılmış sayrışan işıqlardan istifadə etməklə sürücüyə “saxla” əmri verilmiş, sürücü avtomobili Səməd Vurğun və Polad Həşimov küçələrinin kəsişməsində saxlamışdır. O, özünü təqdim etdikdən sonra sürücüdən müvafiq sənədləri tələb etdikdə sonuncu qeyri-səmimi davranaraq onu nədən saxladıqlarını soruşmuş, anasının xəstə olduğunu bildirərək polisin “saxla” əmrini müşahidə etməmişdir. Bu səbəbdən qanunamüvafiq tədbir görülməsi üçün avtomobil duracağa aparılmış, sürücünü özü isə Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə gətirilmişdir. Sürücü tərəfindən manevr qaydalarının pozulması ilə əlaqədar sonuncu barəsində inzibati protokol tərtib olunmamışdır. O, sürücünü əvvəlcədən tanımamış, onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. İşdə materiallarına əlavə edilmiş tutma protokolundan görünür ki, Şəxs 01 may 2023-cü il tarixdə, saat 00:15-də tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 12:25 dəqiqədə azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidi dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törədən şəxs Şəxs, protokol tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs qəsdi ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə tabe olmamaq olmamışdır. Təqdim edilmiş materiallardakı məlumatlar Şəxs ictimai qaydanın mühafizəsi vəzifələrini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasına əmin olmağa əsas vermir. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPX-nin inspektoru, polis serjantı X5 izahatında da bildirmişdir ki, sürücü tərəfindən manevr qaydaları pozulsa da, saxlanıldıqdan sonra onun barəsində İXM-nin 327.1-ci (Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) maddəsi ilə heç inzibati tənbeh tədbiri tətbiq edilməmiş, sürücüyə “saxla” barədə əmr gecə saatları olduğu üçün ətrafdakı şəxslərin narahat olmasına səbəb olmamaq üçün səsgücləndiricidən istifadə etməməklə verilmiş, yalnız sayrışan işıqların işə salınması vasitəsilə “saxla” əmri verilmiş, sürücü müvafiq hərəkəti müşahidə edən kimi avtomobilini saxlamışdır, heç bir etiraz etmədən onlarla birilikdə 4-cü Polis Bölməsinə getmişdir. Beləliklə, Şəxs barəsində tərtib edilmiş protokolda və materiallarda göstərilən, onun polisin qanuni göstərişinə məhəl qoymayaraq tabesizlik göstərməsinin nədən ibarət olması, həqiqətən bu hərəkətlərə yol verilməsi inandırıcı və mötəbər sübutlarla təsdiq edilmir. Eyni zamanda məhkəməyə bu halı təsdiq edən sübutlar təqdim edilməmişdir. Bu o deməkdir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur, onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini vəkil X3 həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X4 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1119/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1119/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver