Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1121/2021 16.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “QRANİT” firmasının etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, “QRANİT” firmasının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinin İTÜBİ polis kapitanı Asəf Mustafayev tərəfindən 04 aprel 2021-ci il tarixində “QRANİT” firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №li protokol tərtib edilmişdir ona görə ki, “Daf yük” markalı, **- AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, hüquqi ünvanı ünvan 1lkiyyətində və yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı fiziki şəxs haqqında məlumatın 5 gün ərzində verilməsini təmin etməmişdir. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən “QRANİT” firması barəsində tərtib olunmuş AP seriyalı ******* №li inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 02.04.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İşin baxılması 16 aprel 2021-ci il tarixə təyin olunmuşdur. Protokolu tərtib etmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edildiklərinə baxmayaraq nümayəndələrinin məhkəmə iclsında iştirakını təmin etmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “QRANİT” firmasının etibarnamə üzrə nümayəndəsi X4 məhkəmə iclasında inzibati xətanın törədilməsində təmsil etdiyi hüquqi şəxsin özünü təqsirli bilmədiyini göstərərək izahatında bildirdi ki, Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polis şöbəsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən texniki səhvə yol verilmişdir. Belə ki, tərəflərindən Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polis şöbəsinə müraciət olunmuş və onların müraciətinə cavab olaraq Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polis şöbəsi tərəfindən 12.04.2021-ci il tarixdə arayış verilmiş və həmin arayışda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 idarəsinin X2 məlumatına əsasən, Sumqayıt şəhər polis idarəsinin DYPŞ-nə 2021-ci ilin mart ayının 1-dən 2022-ci ilin dekabr ayının sonuna kimi yol vərəqi barədə “QRANİT” firmasına məxsus Daf yük markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair fiziki şəxs barədə məlumatlar təqdim edilmiş, lakin texniki səhv olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən AP0157051 saylı inzibati xəta haqqında protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Eyni zamanda İnformasiya Sisteminin məlumatına əsasən bu günə kimi həmin avtomobilə dair icra edilməmiş, ödənilməmiş cərimə mövcud deyildir. “QRANİT” firmasının etibarnamə üzrə nümayəndəsi X4 qeyd olunanların nəzərə alınmaqla cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini xahiş etdi. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən “QRANİT” firması barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə-vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.1-ci bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 157, 209, 212.1, 266.3, 266.4, 290.1.1-290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 322.0.8, 323, 327.1- 327.7, 328-331, 332.1-332.3, 333.1, 334.1, 335.1-335.4, 336, 337.1-337.4, 338.1-338.6, 339.1, 342.1.1-342.1.8, 342.1.10, 342.1.11, 342.2-342.7, 343.1, 343.4, 344-347, 352.0.1-352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1-353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355-358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1-517.0.6, 517.0.9-517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583-586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs olan “QRANİT” firmasının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı müəyyən olunmuşdur. Belə ki, inzibati xəta haqqında protokola əlavə olunmuş portal çxarışından müəyyən olunur ki, “Daf yük” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil “QRANİT” firmasına məxsusdur. Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən “QRANİT” firması barəsində “Daf yük” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusunun daxil olduğu vaxtdan 5 (beş gün) müddətində verilməsini təmin etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı ******* №li protokol 04 mart 2021-ci il tarixində tərtib edilmiş, həmin protokol 11 mart 2021-ci il tarixli məktubla baxılması üçün məhkəməyə göndərilmiş və qeyd olunan material məhkəməyə 02.04.2021-ci il tarixdə daxil olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs “QRANİT” firmasının etibarnamə üzrə nümayəndəsi X3 məhkəməyə təqdim etdiyi Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polis şöbəsi tərəfindən 12.04.2021-ci il tarixdə tərtib olunmuş arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 idarəsinin X2 məlumatına əsasən, Sumqayıt şəhər polis idarəsinin DYPŞ-nə 2021-ci ilin mart ayının 1-dən 2022-ci ilin dekabr ayının sonuna kimi yol vərəqi barədə “QRANİT” firmasına məxsus Daf yük markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair fiziki şəxs barədə məlumatlar təqdim edilmiş, lakin texniki səhv olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən AP0157051 saylı inzibati xəta haqqında protokol tərtib edilərək Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Eyni zamanda İnformasiya Sisteminin məlumatına əsasən bu günə kimi həmin avtomobilə dair icra edilməmiş, ödənilməmiş cərimə mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, “QRANİT” firmasının hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis şöbəsi tərəfindən “QRANİT” firması barəsində 04 mart 2021-ci il tarixli AP seriyalı ******* №li inzibati xəta haqqında protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1121/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1121/2021
16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver