Məhkəmə qərarları › İş №3(060)-1126/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1126/2021

20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1126/2021 20.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Hacıyev sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan hüquqi şəxs - Şəxs MMC-nin direktoru X2 iştirakı ilə, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Hüquqi şəxs Şəxs MMC-nin (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol və ona əlavə edilmiş materiallar Sumqayıt Şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Dövlət X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 04 mart 2021-ci il tarixli AP ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs MMC 04.03.2021-ci il tarixdə saat 09:46-da mülkiyyətində və ya dövlət qurumunun istifadəsində olan “BYD” markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs MMC-nin direktoru X4 izahatında göstərdi ki, “BYD F3” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC-nin mülkiyyətindədir. Dövlət X8nin Şəxs MMC-yə ünvanladığı sorğu 18.02.2021-ci il tarixdə qəbul edilmişdir. 20.02.2021-ci il tarixdə isə nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş sürücü haqqında məlumat Dövlət X8nə təqdim edilmişdir. Odur ki, rəhbəri olduğu Şəxs MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İş materiallarında olan səlahiyyətli orqan tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubdan görünür ki, Şəxs MMC nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə sorğunun rəsmi qaydada alındığı vaxtdan 5 gün müddətində məlumatın verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdar edilmişdir. Həmçinin, iş materiallarında olan poçt qəbzindən görünür ki, poçt qəbzi 18 fevral 2021-ci il tarixdə X4 (rəis) tərəfindən imzalanaraq qəbul edilmişdir. İnzibati xətaya dair işin materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən Sumqayıt Polis İdarəsinin Dövlət X8nə ünvanlanmış 20 fevral 2021-ci il tarixli məktubdan görünür ki, Şəxs MMC “BYD F3” minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş sürücü haqqında məlumatı təqdim etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC barəsində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi Şəxs MMC mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində təqdim etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: ünvan 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN **********) barəsində inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar