Məhkəmə qərarları › İş №3(060)-1127/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1127/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1127/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1988-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Abeşron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 4A ünvanında qeydiyyatda olan ( FİN xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 08 may 2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1925 saylı, xx.xx.2024-cü il tarixli və 8(051)-109/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədləri Şəxs tərəfindən üzürsüz səbəbdən ödənilmir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X3 bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1925/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü Barış və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşaq 3 yaşına çatanadək baxılması üçün hər ay 30 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-109/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən isə xx.xx.2020-ci il təvəllüdlü Barış və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1925/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər bir uşaq üçün təyin edilmiş 180 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli olmaqla, iki uşaq üçün cəmi 1,04 misli həddində indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qeyd edilmişdir. Ötən dövr ərzində cəmi 800 manat aliment ödənilmiş, 2322 manat ödənilməmişdir. Şəxs çağırışlara gəlmir, ödənişlər ödəməkdən qərəzli olaraq yayınır. Protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 2024-cü ilin avqustunda məhkəmə aktı ünvanına göndərildikdə aliment barədə məlumatı olmuş, dekabr ayında isə icra məmuru tərəfindən rəsmi şəkildə icra sənədi ilə tanış olmuş, iş yeri olmadığına görə alimenti tam ödəyə bilməmiş, 2322 manat borcu qəbul edir, ötən dövr ərzində cəmi 800 manat ödəniş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs borcu tam olaraq tələb edir, indiyədək cəmi 800 manat ödəniş etmiş, son ödənişi fevral ayında cəmi 50 manat olmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1925/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü Barış və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşaq 3 yaşına çatanadək baxılması üçün hər ay 30 manat sabit pul məbləğində aliment alınıb iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon üzrə icra və probasiya icra idarəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-1925/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Şəxs xx.xx.2024-cü il tarixində tələbin könüllü icrası haqqında bildiriş ilə tanış olmuşdur. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 8(051)-109/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü Barış və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin Mingəçevir Şəhər Məhkəməsinin 2(051 )- 1925/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər bir uşaq üçün təyin edilmiş 180 manat məbləğində alimentin miqdarı, həmin təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə, sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli olmaqla, iki uşaq üçün cəmi 1,04 misli həddində indeksasiya edilsin və xx.xx.2025-ci il tarixdən başlayaraq borclu Şəxs sabit pul məbləğində aliment alınıb tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər icra idarəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 8(051)- 109/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. Şəxs na xx.xx.2025-ci il tarixində tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. İş materiallarında olan müxtəlif vaxtlarda verdiyi izahatlardan görünür ki, Şəxs maddi imkanı olmadığından ödənişlər həyata keçirə bilmədiyini qeyd etmişdir. Məhkəmə iş materiallarına və tərəflərin izahatına əsasən müəyyən etmişdir ki, Şəxs tərəfindən bu günədək icra sənədləri üzrə müəyyən məbləğlərdə ödənişlər etsə də, kifayət qədər borcu ödənilməmiş qalmışdır. Şəxs məhkəmə iclasında və məhkəməyədək verdiyi izahatlarda iş yerinin olmamasını səbəb kimi göstərsə də, məhkəmə iclası zamanı taksi fəaliyyəti ilə məşğuı olduğu aylıq ortalama 350-400 manat gəlir əldə etdiyini bildirmişdir. Şəxs müəyyən miqdarda gəlir əldə etməsi, lakin sonuncu dəfə fevral ayında 50 manat ödəniş etməsi, növbəti aylarda ödəniş etməməsi bir daha sonuncunun əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə tam ödənişlər etməməsi, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməsi məsuliyyətini yüngülləşdirən hal olaraq qiymətləndirilməlidir. Həmçinin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən onun əməlində ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 08 may 2025-ci il tarixdən saat 12.00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 (üç) saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli xx.xx.2025-ci il, saat 12.00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar