Məhkəmə qərarları › İş №3(060)-1130/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1130/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1130/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər YNHİ polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan, ailəli, orta təhsilli, fərdi qaydada əməklə məşğul olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Vətəndaş Şəxs barəsində xx.xx.2021-ci il tarixli, AP ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki o, xx.xx.2021-ci il tarixdə, saat 12:30 radələrində “Opel Zafira” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, Koroğlu küçəsində Üzeyir Hacıbəyov küçəsi istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Mercedes” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə ara məsafəsi az olduğundan toqquşmuşdur. Yoxlama zamanı hadisə vaxtı sürücülük hüququ olmadan avtomaşını idarə etdiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında çıxış edən Sumqayıt şəhər YNHİ polis kapitanı X2 izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 12:30 radələrində Şəxs “Opel Zafira” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, Koroğlu küçəsində Üzeyir Hacıbəyov küçəsi istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Mercedes” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə ara məsafəsi az olduğundan toqquşmuşdur. Şəxsin hadisə vaxtı avtomaşını sürücülük hüququ olmadan və etibarnaməsiz idarə etdiyi müəyyən olunmuşdur. Eləcə də toqquşma nəticəsində “Mercedes” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər dəymişdir. Buna görə də onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 12:30 radələrində “Opel Zafira” markalı, **-GS-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə Sumqayıt şəhəri, Koroğlu küçəsində Üzeyir Hacıbəyov küçəsi istiqamətində hərəkətdə olarkən qarşıda hərəkətdə olan “Mercedes” markalı, **-GO-*** dövlət qeydiyyat nişanlı avtomaşın ilə ara məsafəsi az olduğundan toqquşmuş, sonuncu avtomaşına zərər dəymişdir. Bu səbəbdən də polis əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Ailəlidir, himayəsində iki azyaşlı övladı vardır. Odur ki, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Dövlət X5 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Şəxs həqiqətən də sürücülük hüququnun olub-olmaması DYPŞ-nin MMS-dən yoxlanılmış və müəyyən olunmuşdur ki, o sürücülük hüququndan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3655/2018 saylı qərarına əsasən məhrum edilmişdir. Lakin sürücü sürücülük vəsiqəsini aidiyyəti üzrə təqdim etmədiyi üçün sürücülük hüququna qoyulmuş məhdudiyyət aradan qaldırılmamışdır. Beləliklə, Şəxs əməli barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, AP ******* nömrəli inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- -dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri təyin edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin AR İXM-in 332.4-cü maddəsinin sanksiyası çərçivəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx xxx 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, 400 (dörd yüz) manat miqdarında cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********). Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar