Məhkəmə qərarları › İş №3(060)-1130/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1130/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1130/2022 06.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsinin polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Səyəddin oğlunun iştirakları ilə, xx.xx.1977-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsinin dövlət yol polis şöbəsinin polis kapitanı X3 tərəfindən 06 may 2022-ci il tarixdə inzibati xəta haqqında İXP ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, “Mercedes Benz C200 CDİ minik” markalı, **-RG- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən xx.xx.1977-ci ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan Şəxs Səyəddin oğlu İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Xəta nəticəsində ünvan 2 ünvanında yaşayan 24.10.1979-cu il təvəllüdlü X4 idarə etdiyi “Mercedes Benz C220 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. İnzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 06 may 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. İnzibati xəta haqqında işin baxılması 06 may 2022-ci il tarixə təyin olunmuşdur. Protokolu tərtib etmiş Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsinin polis kapitanı X3 məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, etibarnamə ilə idarə etdiyi “Mercedes Benz C200 CDİ minik” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi dairəvi yola yaxın olarkən dairədə hərəkətdə olan “Mercedes Benz C220 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş və nəticədə avtomobilin sağ hissəsinə toxunmuşdur. Hadisə zamanı bədən xaəsrəti alan olmamışdır. Lakin sonradan ona məlum olmuşdur ki, 2018-ci il tarixdə İXM-nin 529.3-cü maddəsi ilə onun sürücülük hüququ məhdudlaşdırılmış, lakin onun sürücülük hüququ məhdudlaşdırılmasından məlumatı olmamışdır. Sürücülük hüququ olmadan avtomobili idarə edərək yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli 332.4-cü maddədən əlavə İXM-nin 327.2-ci maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 327.2-ci maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan 20 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polis şöbəsinin arayışından görünür ki, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin “X2” komputer məlumatına əsasən xx.xx.1977-ci il təvəllüdlü Şəxs nəqliyyat vasitələrinin idarə etmə hüququ məhdudlaşdırılmışdır. İş materialında olan X4 06.05.2022-ci il tarixli izahatında, hadisə zamanı xəsarət alan olmamasını qeyd etmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin XV bəndinə görə yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs sürücülük hüququ olmadan avtomobili idarə edərkən dairəvi hərəkət təşkil olunmuş yol ayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməmiş və nəticədə yol hərəkəti qaydalarını pozaraq X4 idarə etdiyi avtomobilə vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs Səyəddin oğlu tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi onun özünün izahatı və iş materialları ilə öz təsdiqini tapır. Ona görə də Şəxs Səyəddin oğlu İXM-nin 332.4-cü maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İXM-nin 332.4-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Zərər şəkmiş şəxs X5 izah olunur ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar