Məhkəmə qərarları › İş №3(060)-1131/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1131/2021

02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1131/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X1, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X6 iştirakı ilə, xx.xx.1970-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İsmayıllı rayonunun Mican kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə yaşayan, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3430/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavadeh Şəxs xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment iddiaçı X4 verilməlidir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4759/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3430/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. Borclu Şəxs icra sənədləri üzrə 4450 manat aliment borcunu və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı üzrə 500 manat cəriməni üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X10 məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3430/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavadeh Şəxs xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment iddiaçı X4 verilməlidir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4759/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-3430/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment X3 xeyrinə tutulmalıdır. Borclu Şəxs icra sənədləri üzrə 4450 manat aliment borcunu və Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı üzrə 500 manat cəriməni üzrsüz səbəbdən qərəzli olaraq icra etməmişdir. Ona görə də, borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hesab edir ki, borclu qərəzli surətdə icra sənədinin icrasından yayınır. Ona görə də, borclunun inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilənlərlə razılaşmayaraq məhkəməyə bildirdi ki, o, icra sənədləri üzrə hər ay tələbkara ödənişlər etmişdir. Lakin bəzi aylarda pandemiya və himayəsində iki uşağının olması ilə əlaqədar olaraq aliment borcunu ödəyə bilməmişdir. Buna baxmayaraq o, müəyyən məbləğlərdə aliment ödəmişdir. O, yeni iş yeri tapmış, işə düzəldikdən sonra aliment borclarını ödəyəcəkdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. X2 məhkəmə iclasında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3430/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən cavadeh Şəxs xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa görə hər ay 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment ona verilməlidir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4759/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 3430/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, cavabdeh Şəxs xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində aliment onun xeyrinə tutulmalıdır. Halhazırda borclunun icra sənədləri üzrə ona 4450 manat ödənilməmiş aliment borcu vardır. O, 3 aydır işsizdir və alimentdən başqa gəlir yeri yoxdur. İşsiz olmasına səbəb də, borclunun etdiyi hərəkətlərdir. Belə ki, borclu onu işləməyə qoymur. Onun barəsində iş yerində xoşagəlməz hərəkətlər edib, nəticədə o, işdən çıxmağa məcbur olmuşdur. O, aliment borcunun tam ödənilməsini tələb edir. Lakin aliment borcu tam ödənilmədiyi təqdirdə isə borclunun həbs edilməsini məhkəmədən xahiş edir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarında olan Suqmayıt şəhər Məhkəməsinin 3(060)-4067/2019 saylı, xx.xx.2019cu il tarixli qərarının surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbsetmənin əvvəli xx xxxxx 2021-ci il, saat 12:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar