Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1132/2025 08.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.2004-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Qubadlı rayonu, Başarat ərazi dairəsi, Armudlu kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 41-ci məhəllə, Lermantov küçəsi, 16 №-li yataqxanada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Pərvanə Novruzova tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında MN ******* seriyalı, xx.xx.2025-ci il tarixli protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)- 28/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Şəxs azyaşlı qızı ilə atası Zərərçəkmiş şəxs ünsiyyətdə olmasına imkan verməmiş, nəticədə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Pərvanə Novruzova izahatında bildirdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-28/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Zərərçəkmiş şəxs qızı xx.xx.2024-cü il təvəllüdlü Sümeyyə Əlizadə ilə hər həftənin bazar günü saat 16:00dan 18:00-dək Şəxs iştirakı ilə ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Həmin icra sənədi onun icraatına daxil olmuş, xx.xx.2025-ci il tarixdə “İcraata başlama haqqında” qərar qəbul edilmiş, tələbin künüllü icrası barədə bildiriş və qərar borcluya göndərilmişdir. Bundan sonra azyaşlı Süməyya ilə atasının ünsiyyət hüququnu təmin etmək məqsədilə xx.xx.2025-ci il tarixə saat 15:00-a görüş təyin etmiş, lakin borclu göstərilən saatda uşaqla atasının görüşünü təmin etməmiş, əksinə təyin edilmiş vaxtdan 1 saat sonra Səadət Zeynalova uşaqla idarəyə gəlmiş, həmin vaxt artıq tələbkar getdiyindən icra sənədinin icrası təmin edilməmişdir. Bundan sonra borcluya uşağı atası ilə görüşdürməsi üçün qanuni tələblər etsə də, Şəxs qərarın icrasını təmin etməmişdir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün barəsində “Borclunun axtarılması haqqında” qərar qəbul etmiş, bugünki tarixdə sonuncunun İcra İdarəsinə gətirilməsi təmin edildiyi üçün məhkəmə qərarını icra etmədiyinə görə barəsində protokol tərtib edilərək məhkəməyə təqdim etmişdir. Borclu barəsində qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında icra məmuru Pərvanə Novruza ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, məhkəmə qərarında göstərilən vaxtda, yəni hər növbəti həftənin bazar günü görüşün təşkil edilməsi ilə bağlı tərəflərə bildiriş göndərməmişdir. Qeyd edir ki, o, tərəflərin şifahi razılığı ilə görüşü həftənin digər günlərində keçirməyə çalışsa da, bu mümkün olmamışdır. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə borclunu qeydiyyatda olduğu Qubadlı rayonu Armudlu kəndində tapa bilmədiyi üçün digər icra məmuru və şahidlərin iştirakı ilə akt tərtib etmiş, bu akt əsasında “Borclunun axtarılması haqqında” qərar qəbul etmişdir. Bundan başqa bildirmişdir ki, borclunun faktiki yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə 16 saylı yataqxanaya hər hansı bildiriş və ya xəbərdarlıq məktubunu göndərməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, tərtib edilmiş protokol üzrə özünü təqsirli hesab etmir. Bildirir ki, Bakı Qızlar Universitetində İİİ kurs tələbəsidir, ibtidai sinif müəlliməliyi ixtisası üzrə ali təhsil alır. Bildirir ki, həmin icra sənədi üzrə Zərərçəkmiş şəxs uşaqla görüşməsinə heç bir maneə yaratmamış, lakin Zərərçəkmiş şəxs onu “öldürməklə” hədələməsi haqqında polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs onu daim döymüş, bu səbəbdən ailələri dağılmışdır. İcra məmurunun göstərişi ilə xx.xx.2025-ci il tarixdə saat 15:00-a uşağın atası ilə görüşünü təmin etmək məqsədilə görüş təyin edilmişdir. Belə ki, həmin gün Bakı şəhərindən tıxaclarla Sumqayıt şəhərinə təyin edilmiş vaxtda gəlib çata bilməmişdir. Qeyd edir ki, həmin gün dərsdən çıxdıqdan sonra gecikəcəyini düşünmüş bu səbəbdən icra məmuruna gecikmə ehtimalının olması barədə zəng edib məlumat vermək istəmiş, lakin həmin vaxt mobil telefonunda vəsait olmadığı üçün İdarəyəyə məlumat verə bilməmişdir. Buna baxmayaraq hətta geciksə də, söz verdiyi üçün uşağını da götürərək İcra İdarəsinə getmiş, lakin tələbkar orada olmadığından görüş baş tutumamışdır. Qeyd edir ki, maddi durumları ağır olduğundan həmin gün mobil nömrəsinin balansını atırmağa imkanı olmamış, onun qəsdən uşağı atası ilə görüşdərməmək kimi bir niyyəti olmamışdır. Məhkəmə iclasında Şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, valideyinləri ilə birlikdə Sumqayıt şəhəri 41-ci məhəllə 16№-li yataqxanada yaşayır, Qubadlı rayonu Armudlu kəndində ümumiyyətlə olmamış, hətta yaşamamışdır. İcra məmuru tərəfindən onun yaşadığı ünvana icra sənədinin icrası ilə bağlı hər hansı məktub və ya bildiriş gəlməmişdir. Onu bugünki tarixdə polis əməkdaşları saxlayaraq İcra İdarəsinə gətirmişlər. O, icra sənədənin icrasından yayınmamış, bu barədə İcra İdarəsində verdiyi izahatında da bildirmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra sənədi üzrə zərəçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs izahatında bildirdi ki, məhkəmənin qeyd edilən qərarına əsasən övladı ilə Şəxs iştirakı ilə hər həftənin bazar günü saat 16:00-dan 18:00-dək ünsiyyətdə olması müəyyən edilmişdir. Onun uşaqla görüşünə Şəxs imkan yaratmamış, nəticədə o, uşağı ilə görüşə bilməmişdir. xx.xx.2025-ci il tarixdə icra məmurunun təşəbbüsü ilə saat 15:00-a övladı ilə görüş təyin edilmiş, görüş vaxtından təxminən 1 saat keçməsinə baxmayaraq Şəxs uşağı onunla görüşə gətirməmiş, işə gecikdiyindən çıxıb getmişdir. Belə ki, o, sürücülük təlimi keçdiyi üçün həmin gün saat 16:00-dan sonraya qabaqcadan saatı müəyyən edilmiş dərsləri olmuş, tələbəsinin zəngi gəldiyindən məcbur olub Bakıya qayıtmışdır. Bildirir ki, övladının anası Şəxs uşağı ilə görüşünə maneə yaratmışdır. Qeyd olunanların nəzərə alınmasını və qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-28/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən Qubadlı Rayon Məhkəməsinin 2(028)-20/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək Zərərçəkmiş şəxs xx.xx.2024-cü il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 16:00-dan 18:00-dək Şəxs iştirakı ilə ünsiyyətdə olmaq vaxtı müəyyən edilmişdir. Həmin icra sənədi əsasında 01 aprel 2025-ci il tarixdə icraata başlanılmış tələbin könüllü icrası barədə bildiriş və qərar Şəxs göndərilmişdir. xx.xx.2025-ci il tarixli “AKT”dan görünür ki, borclu Şəxs telefon vasitəsilə görüş vaxtı əvvəlcədən məlumat verilsə də uşağı görüşə gətirməkdən imtina etmişdir. xx.xx.2025-ci il tarixli “AKT”dan görünür ki, borclu Şəxs ünvan 1ində tapmaq mümkün olmamışdır. “Borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında” Qərardan görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs verdiyi xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, icra sənədinin icrasına söz vermişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-nın 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. İXM-nın 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərəçəkmiş şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin 16(105)-28/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icra edilməməsi faktı müəyyən edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs qanunvericiyilin hər hansı tələbinin pozaraq Zərərçəkmiş şəxs ilə uşağı arasında ünsiyyətdə olmasına maneə yaratmağa yönəlmiş hər hansı hərəkəti etmədiyi müəyyən edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Apelyasiya məhkəməsinin 16(105)-28/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən hər həftənin bazar günü saat 16:00-dan 18:00-dək azyaşlı Sümeyyənin anasının iştirakı ilə atası ilə görüş vaxtı müəyyən edilsə də, icra məmuru tərəfindən hər hansı qanuni əsas olmadan, bu barədə tərəflərin razılığını almadan ünsiyyət vaxtını dəyişdirmiş, həftinin digər gününə keçirmişdir. Borclunun iş materialına əlavə edilmiş xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, icra sənədini icra etməkdən boyun qaçırmadığını, səhhətində problem yarandığından azyaşlı qızını səlahiyyətli nümayəndəsi vasitəsilə atasının görüşünə gətirəcəyinə söz vermişdir. Belə ki, xx.xx.2025-ci il tarixli aktın məzmunundan görünür ki, icra sənədinin icrası xx.xx.2025-ci il tarixə, yəni həftənin 5-ci gününə təyin edilmiş, Səadət Zeynalovaya görüş vaxtı barədə mobil telefon vasitəsilə məlumat verilsə də o, uşağı atası ilə görüşə gətirməmiş, bu barədə həmin tarixli müvafiq akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli Akt borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, icra məmuru özü də məhkəmədə izahat verərkən həmin gün borclunun azyaşlı qızını atası ilə görüşmək üçün İcra İdarəsinə gətirdiyini təsdiq etmiş, lakin artıq gec olduğundan və tələbkarın çıxıb getdiyindən görüşün baş tutmadığını bildirmişdir. Məhkəmə iclasında Sadət Əlizadə izahatında Bakı Qızlar Universitetinin 3-cü kurs tələbəsi olduğunu, dərslərinin gec bitdiyini, Bakı şəhərindən Sumqayıt şəhərinə gələrkən tıxaca düşdüyündən gecikdiyini, həmin vaxt ağır maddi durumu ilə əlaqədar mobil telefonun balansında vəsaitinin olmamasını əsas gətirərək bu barədə vaxtında icra məmuruna məlumat verə bilmədiyini bildirmişdir. Halbuki, o, verdiyi sözə əməl edərək geciksə də uşağı atası görüşmək üçün İcra İdarsinə gətirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin akt Səadət Zeynalovanın təqsirli hesab edilməsi üçün sübut kimi qəbul edilə bilməz. Sonuncunun verdiyi izahat səmimi və düzgün məzmunlu verilmiş izahat kimi qəbul edilməlidir. Bundan başqa məhkəmə xüsusilə qeyd edir ki, icra məmuru borclu Səadət Zeynalova tərəfindən məhkəmə qərarını guya icra etməməsi görüntüsü yaratmaq məqsədilə əsassız və formal akt tərtib edərək, borclunun yaşayış yerini bildiyi halda onun barəsində “Borlcunun axtarılması haqqında” qərar qəbul etmiş, borclu polis əməkdaşları tərəfindən İcra İdarəsinə gətirilmişdir. Göründüyü kimi borclu xx.xx.2025-ci il tarixdə İcra İdarəsində olarkən verdiyi izahatında Sumqayıt şəhəri 41-ci məhəllə 16 №-li yataqxanada yaşadığını bildirsə də, icra məmuru xx.xx.2025-ci il tarixdə formal akt tərtib edərək guya Qubadlı rayonu Armudlu kəndinə getmiş, həmin kənddə borclunu tapa bilməmiş və bu akt əsasında sonuncunu axtarışa vermişdir. Məhkəmə qeyd edir ki, Qubadlı rayonu işğaldan azad edildikdən sonra hələ həmin rayona keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli aktı və həmin akt əsasında qəbul edilmiş “Borclunun axtarılması haqqında” qərar da Şəxs həmin maddə ilə təqsirli hesab edilməsi üçün sübut növü kimi qəbul edilə bilməz. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Göründüyü kimi icra məmuru tərəfindən icra sənədinin borclu tərəfindən icra edilməsi üçün qanunda nəzərdə tutulan qanunamüvafiq icra tədbirləri düzgün həyata keçirilməmiş, borclunun həmin icra sənədini icra etməməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmiş, lakin təqdim etdiyi sübutlar isə məhkəmə tərəfindən qanuna zidd yollarla əldə edilmiş sübut kimi qiymətləndirmişdir. Belə olan halda məhkəmə borclunun icra sənədinin icrasına maneə yaratmadığı qənaətinə gəlir. Uşaq Hüquqları Haqqında Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Həmin Qanunun 14-cü maddəsinə əsasən hər bir uşağın vicdan, fikir və söz azadlığı vardır, valideynlər, digər şəxslər və dövlət orqanları uşağın vicdan, fikir və söz azadlığına hörmətlə yanaşmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü madəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qanunun sadalanan normalarını rəhbər tutaraq və işin məhkəmə tərəfindən müəyyən edilmiş yuxarıda təhlil edilən hallarına əsasən belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.4-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1132/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1132/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver