Məhkəmə qərarları › İş №3(060)-1133/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1133/2025

26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1133/2025 26.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Sumqayıt ŞPİ DYPŞ yol-nəqliyyat hadisələri üzrə inspektoru X4 tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, TP7226768 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru X4 tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt ŞPİ DYPŞ-nin İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə olunmuşdur. Sumqayıt şəhəri 9-cu mikrorayonun Üzeyir Hacıbəyov küçəsinə birləşməsində işıqforun qırmızı işığında dayanmış, işıqforun yaşıl işığı yandığdan sonra hərəkətə başlamış və bu anda sol tərəfindən əks yola çıxaraq manevr etməyə çalışan “daçıa logan” (77-bb-837)” markalı avtomobil onu ötmək məqsədi ilə qarşısına çıxarkən onun avtomobilini sol qarşı tərəfindən vurmuşdur. Hadisə ilə bağlı polis əməkdaşı onun haqqında “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə” qaydalarını pozması əsası ilə barəsində TP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, həmin qərarını ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətin mahiyyətinə uyğun çıxış etmiş, əlavə olaraq bildirmişdir ki, o işıqforun yaşıl işığı yandıqdan sonra 1-2 metr hərəkət etmiş, bu vaxt sol tərəfindən manevr edən avtomobil onunla toqquşmuşdur. Qeyd edilənlərə əsasən inzibati tənbeh vermə haqqında qərar ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt ŞPİ DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru X4 bildirmişdir ki, X5 hadisə yerini və vaxtını düzgün izah etmiş, lakin onun bildirdiyi kimi digər avtomobil əks istiqamətli yoldan hərəkət etməmişdir. Belə ki, həmin yolda hər hansı əks istiqamətli yol olmasını sübut edən nişan və ya yolların xətlənməsi yoxdur. Həmin yol “qruntavoy”, yəni torpaq yol olmuşdur. Hadisə baş verən zaman işıqforun qırmızı işığında dayanmış avtomobillərin arxasında yer olmadığından “Dacia” markalı avtomobil digər dayanmış avtomobillərin yanından hərəkət etmişdir. Yol hərəkəti haqqında qanunun 42-ci maddəsinə əsasən dayanmış vəziyyətdə olan avtomobil hərəkətə başlayan zaman hərəkətdə olan avtomobilə yol verməlidir. Bu hadisə zamanı Babək Nəcizadənin idarə etdiyi avtomobil dayanmış vəziyyətdə olmuş, digər avtomobil isə hərəkətdə olmuşdur. Babək Nəbizadə hərəkətə başlayan zaman sözügedən toqquşma baş vermişdir. Ə.İsmayılov əlavə olaraq bildirmişdir ki, həmin hadisə yerinə baxış keçirmiş, yolun eninin 11 metr olmasını müəyyən etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Sumqayıt ŞPİ DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru X4 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 133.2.4-cü maddəsinə əsasən işə X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt ŞPİ DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru X4 tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru X4 tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 “X7” markalı ** MP *** d.q.n-lı nəqliyyat vasitəsini idarə edərkən “əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə” İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 idarə etdiyi avtomobillə, X2 idarə etdiyi “Dacia” markalı ** BB *** d.q.n-lı avtomobil ilə toqquşaraq maddi ziyan vurmuşdur. İş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemində Babək Nəcizadənin avtomobili dayanmış vəziyyətdən hərəkətə başladığı, “Dacia” markalı avtomobilin isə yolayrıcına daxil olaraq ikinci zolağa manevr etməsi göstərilmişdir. İş materiallarına əlavə edilmiş videogörüntüdən məlum olur ki, “Mitsubishi” və “Dacia” markalı nəqliyyat vasitələri svetoforun yaşıl işığında hərəkətə başlayırlar və həmin vaxt toqquşma baş vermir. “Mirtsubishi” markalı avtomobil hərəkətə başladıqdan sonra “Dacia” markalı avtomobil sol istiqamətdən hərəkətə davam edərək sağa manevr edir. Müəyyən edilmişdir ki, “Mitsubishi” markalı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı qeydə alınmış inzibati xətaya görə X5 təqsirli bilinərək inzibati qaydada cərimə edilsə də, iş materiallarına əlavə edilmiş videogörüntüdə onun təqsirli olması öz təsdiqini tapmır. Məhkəmə hesab edir ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin müvafiq bəndləri Babək Nəcizadənin təqsirsizliyini sübut edir. Həmin maddənin 1-ci bəndinə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin maddənin 6-ci bəndinin tələblərinə əsasən dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Həmin maddənin 8-ci bəndinə əsasən nəqliyyat vasitəsi öz qabaritinə və ya başqa səbəblərə görə bu maddənin altıncı hissəsinin tələblərinə əməl etməklə dönə bilmirsə, həmin tələblərdən kənara çıxmağa o şərtlə yol verilir ki, hərəkət təhlükəsizliyi təmin olunsun və bu digər nəqliyyat vasitələri üçün maneə yaratmasın. Həmin maddənin 10-cu bəndinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Qanunun müvafiq müddəaları ilə videogörüntüdəki qeydlər əlaqəli şəkildə qiymətləndirildikdə məlum olur ki, “Dacia” markalı avtomobil sağa manevr edərkən “Mitsubishi” markalı avtomobilin hərəkət etdiyi zolağa istiqamətlənir, bununla da “Dacia” markalı avtomobilin manevri təhlükəli olur, digər iştirakçı üçün maneə yaradır. “Dacia” markalı avtomobil sağa dönməzdən əvvəl hərəkətdə olduğu hissədən müvafiq kənar vəziyyəti tutmalı olduğu halda digər hərəkət iştirakçısının hərəkət etməli olduğu hissəyə daxil olur. “Dacia” markalı avtomobillə “Mitsubishi” markalı avtomobilin hərəkət trayektoriyasının kəsişmədiyi və kəsişməsinə lüzum olmadığı halda, sağ tərəfdən hərəkət edən, hərəkət üstünlüyü olan “Mitsubishi” markalı avtomobilin qarşısına keçir. Bundan başqa polis əməkdaşı məhkəmə iclasında bildirmişdir ki, Babək Nəcizadənin idarə etdiyi avtomobil dayanmış vəziyyətdə, digər avtomobil isə hərəkətdə olmuş, sonradan B.Nəcizadə hərəkətə başlamışdır. Videogörüntüdə isə həmin hal təkzib olunur. Belə ki, “Mitsubishi” markalı avtomobil hərəkətə başladığı zaman “Dacia” markalı avtomobil ondan arxada hərəkətini davam edir və eyni vaxtda yol ayrıcına daxil olduqdan sonra toqquşma baş verir. Qeyd olunan xüsusatlar da Babək Nəcizadənin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsas hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər DYPŞ-nin polis kapitanı X1 xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Sumqayıt ŞPİ DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Bu qərar Sumqayıt ŞPİ DYPŞ-nin yol-nəqliyyat hadisələri üzrə inspektoru X4 tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli, TP7226768 nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar