Məhkəmə qərarları › İş №3(060)-1136/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1136/2022

16.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1136/2022 16.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, qərardan şikayət verən vəzifəli şəxs X3 iştirakı ilə, X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi X7 tərəfindən qəbul olunmuş 05 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinə X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi X7 tərəfindən qəbul olunmuş 05 may 2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti daxil olmuşdur. İş materiallarındakı məlumatlara əsasən qərarın qəbul edilməsinə səbəb X4 tərəfindən X2 əmək müqaviləsinə əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, şikayətin hansı məhkəməyə aid olması ilə bağlı şikayətçini dinləyib müəyyən etdi ki, şikayət baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 bildirdi ki, onun qeydiyyatı Gəncə şəhəri olsa da, faktiki olaraq Bakı şəhərində kirayə evdə ailəsi ilə yaşayır. Direktoru olduğu "xxxx" MMC-nin hüquqi ünvanı isə Bakı şəhərinin Yasamal rayonudur. Məhkəmə iclasında X4 şikayətin səlahiyyətli məhkəməyə göndərilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edən İXM-nin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət –şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin internet vergi idarəsinin çıxarışından görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 4 noyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən işə aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olduğundan iş aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İXM-nin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 128, 129, 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət əmək müfəttişliyi xidmətinin Abşeron-Xızı regional şöbəsinin rəisi X7 tərəfindən qəbul olunmuş 05 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətinə dair 3(060)-1136/2022 saylı iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar