Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1138/2025 22.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Siyəzən rayonu, Zarat ərazi Dairəsi, Zarat kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 22:41 radələrində “Honda İnsight (Hibrid) minik” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, Simurq şadlıq sarayı yaxınlığında hərəkətdə olan zaman baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində Sumqayıt şəhər Polis İdarəsi Dövlət X6 tərəfindən xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, hadisə ayın 23-ü olmuş, hadisədən iki gün sonra ona Baş Polis İdarəsindən zəng gəlmiş, hadisəni bildirmişdir. O, öz yolu ilə gedən zaman piyada hərəkətdə olan Zərərçəkmiş şəxs fikirli olmuş və onun qarşısına çıxmışdır. Bu zaman o, avtomobili sola hərəkət etdirmiş və avtomobilin güzgüsü piyadaya dəymişdir. Özünü təqsirli bilmir, onun günahı yoxdur. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, yolu keçmək istəmiş, iki avtomobil keçdikdən sonra avtobusun gəldiyini görüb avtobus getdikdən sonra yolu keçmək üçün ayağını səkidən yerə atmış, bu zaman qıraqdan avtomobil ona dəymiş, o yerində dönüb dayanmış, avtomobil də gedib irəlidən dönüb qayıtmış və ona özünü nə üçün avtomobilin altına atdığını, avtomobilin güzgüsünü sındırdığını, üzr istəməli olduğunu demişdir. Şikayətçidir. Məhkəmədən şəxsə cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Honda İnsight markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.6 və 327.8-ci maddələrinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədilə Sumqayıt ŞPİ-nin DYPŞ-yə göndərilmişdir. Həmin qərardan görünür ki, aparılmış təhqiqatla müəyyən edilmişdir ki, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi Honda İnsight markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə təxminən saat 22:41 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə üzü Heydər Əliyev prospekti istiqamətində avtomobillərin hərəkət yolunun əksi istiqamətində hərəkətdə olan zaman “Çıraq” restoranının yaxınlığında yolu həmin restoran istiqamətində keçməkdə olan piyadaçı Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq sonuncunun “Yüngül” dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən yayınmışdır. İş materiallarından görünür ki, keçirilmiş məhkəmə-tibbi ekspertizanın 384 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs Saydətdin oğlunun bədəni üzərində “hərəkət məhdudluğu ilə müşayət olunmuş sağ diz oynağı nahiyyənin əzilmişcırılmış yarası” xəsarətlər vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, onun tibbi yardım üçün Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 23.03.25-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, eyni zamanda təqsirini boynuna almamasını, zərərçəkmiş şəxs ilə aralarında barışıq əldə olunmamasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun nəqliyyat vasitəsini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-1138/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1138/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver