Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1139/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs- Sumqayıt şəhər Polis İdarəsi 5 PB-nin sahə rəisi, polis kapitanı Rüstəm Zahidovun, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, 03.01.1989-cu ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Qobustan, Ərəbqədim kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə 29.03.2021-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 12.01.2021-ci il tarixdə tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri ST.Sumqayıt qəsəbəsində qonşuluqda yaşayan Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin baxılması 08.04.2021-ci il tarixə təxirə salınmışdır. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Rüstəm Zahidov izahat verərək bildirdi ki, 13 fevral 2021-ci il tarixdə Sumqayıt şəhər Pİ İŞ tərəfindən 13.01.2021-ci il tarixli HK-1/35 saylı araşdırma materialı üzrə sübutların qiymətləndirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən Şəxs barəsində İXMnin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə həvalə edilmişdir. Buna görə də Şəxs barəsində həmin faktla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 29.03.2021-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qərar çıxarılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun barəsində dedikləri şər və böhtandır. Belə ki, İlhamə və anası Naxış mütəmadi olaraq onun ailə üzvlərinə şər atırlar. 12.01.2021-ci il tarixdə saat 20:00 radələrində o İlhaməgildə olmamışdır və İlhaməyə heç bir xəsarət yetirməmişdir. 12.01.2021-ci il tarixdə saat 16:00-dan saat saat 22:30-dək Sumqayıt şəhərindən Müşfiq qəsəbəsinə gedən yolda yerləşən avtotəmir sexində olmuş, orada idarə etdiyi yük maşınını təmir etdirmişdir. Bunu həmin vaxt orada olan Aqil adlı şəxs də təsdiq edə bilər. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xətaya dair iş üzrə Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, təxminən 1 ilə yaxındır ki, onlarla qonşuluqda yaşayan dayısı Hilalın keçmiş həyat yoldaşı Gülafət, onun qardaşları və valideynləri onlarla münaqişələr edirlər. Belə ki, onlar Gülafətlə Hilal boşanma ərəfəsində olduqları üçün onlarla münaqişələr edirlər. Bir neçə ay bundan əvvəl Gülafətin anası Cəmilə ona xəsarət yetirdiyi üçün barəsində Sumqayıt şəhər məhkəməsində AR CM-nin 127.1-ci maddəsi ilə cinayət işi olmuşdur. 12.01.2021-ci il tarixdə saat 20:00 radələrində anası Naxışla yaşadıqları evin həyətində olan zaman Gülafət qardaşları Aslan və Qorxmaz, oğlu Məhəmmədlə oraya gələrək, ondan anası Cəmilə ilə bağlı şikayətini geri götürməyini tələb edib, onu öldürməklə hədələmişlər. O isə şikayətini geri götürməyəcəyini dedikdə, Qorxmaz yumruqla sinəsinin yuxarı sol tərəfindən, Aslan isə yerdən daş götürərək sol dizinə vurmuşdur. Gülafət taxta parçası ilə sağ qolundan vurmuş, oğlu Məhəmməd də həmin taxta parçası ilə onun sağ qolunun bilək nahiyyəsindən vurmuşdur. Bu vaxt Cəmilə və həyat yoldaşı Vəli ora gələrək uşaqlarını aparmışlar. Münaqişə təxminən 5 dəqiqə davam etmiş, tez bir zamanda başa çatdığı üçün kənar şəxslərdən ora gələn olmamış və hadisəni təkcə anası Naxış görmüşdür. İş üzrə şahid qismində izahat vermiş X4 zərərçəkmiş şəxsin izahatını təsdiqləyərək bildirdi ki, 12.01.2021-ci il tarixdə saat 20:00 radələrində qızı İlhamə ilə yaşadıqları evin həyətində olan zaman Gülafət qardaşları Aslan və Qorxmaz, oğlu Məhəmmədlə oraya gələrək, qızından Cəmilə ilə bağlı şikayətini geri götürməyini tələb edib, onu öldürməklə hədələmişlər. O isə şikayətini geri götürməyəcəyini dedikdə, Qorxmaz yumruqla qızı İlhamənin sinəsinin yuxarı sol tərəfindən, Aslan isə yerdən daş götürərək sol dizinə vurmuşdur. Gülafət taxta parçası ilə sağ qolundan vurmuş, oğlu Məhəmməd də həmin taxta parçası ilə qızının sağ qolunun bilək nahiyyəsindən vurmuşdur. Bu vaxt Cəmilə və həyat yoldaşı Vəli ora gələrək uşaqlarını aparmışlar. Münaqişə təxminən 5 dəqiqə davam etmiş, tez bir zamanda başa çatdığı üçün kənar şəxslərdən ora gələn olmamış və hadisəni təkcə özü görmüşdür. İş üzrə şahid qismində izahat vermiş X5 Məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o da kamaz sürücüsüdür. O və Aslan 12.01.2021-ci il tarixdə saat 16:00-dan saat saat 23:00-dək Sumqayıt şəhərindən Müşfiq qəsəbəsinə gedən yolda yerləşən avtotəmir sexində olmuşlar. Aslanın idarə etdiyi yük maşınında problem daha çox olduğundan Aslanla demək olar ki, gecə saat 23:00-dək orada olmuşlar. İş üzrə X7 Məhkəmədə şahid qismində izahat verərək bildirdi ki, Sumqayıt şəhərindən Müşfiq qəsəbəsinə gedən yolda yerləşən avtotəmir sexində təkər ustası kimi işləyir. Kamaz sürücüsü olan Aslan da tez-tez həmin sexə yük maşınındakı problemlərlə bağlı müraciət edib. 12.01.2021-ci il tarixdə Aslan saat 16:00 radələrində onun işlədiyi sexə gəlmiş və o, gecə saat 23:00-dək sexdə onun yanında olmuşdur. Yük maşınında problemlər çox olduğundan təmir gecə saatlarınadək davam etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi olmadığından onun barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq və barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi, şahidləri və müdafiəçinin çıxışını dinləyib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilmir. Belə ki, inzibati xəta hadisəsi törədilən vaxt Şəxs 12.01.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı həyətdə olaraq ona xəsarətlər yetirməsi iş materialları ilə təsdiq olunmadı. X1 məhkəmə iclası zamanı qızı Zərərçəkmiş şəxs Şəxs tərəfindən döyülməsinə dair verdiyi izahatı X6 İlhamənin yaxın qohumu olması və işin nəticəsində maraqlı olmasını nəzərə alaraq Məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməməlidir. İnzibati xəta haqqında iş üzrə materiallarından Zərərçəkmiş şəxs bədən səthində dərəcəsi təyin olunmayan xəsarətlərin olması görünsə də, həmin xəsarətlərin məhz Şəxs tərəfindən Zərərçəkmiş şəxs yetirilməsi öz təsdiqini tapmadı. Ona görə də Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığı üçün xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1139/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1139/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver