Məhkəmə qərarları › İş №3(060)-1139/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1139/2023

02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1139/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhər üzrə İcra İdarəsinin icra məmuru Aqil Məmmədovun, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Qubadlı rayonu Xanlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 76-cı məhəllə ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Aqil Məmmədov tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Şəxs Qubadlı Rayon Məhkəməsinin 2(028)-296/2021 saylı, xx.xx.2021-ci il tarixli, Qubadlı Rayon Məhkəməsinin 2(028)-254/2021 saylı, xx.xx.2021-ci il tarixli və Qubadlı Rayon Məhkəməsinin 2(028)-31/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 arayışından görünür ki, vətəndaş Şəxs xx.xx.2023-cü il tarixindən X4 filialında işsiz kimi qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhər üzrə İcra idarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan məktubdan onun X4 filialında qeydiyyatdan keçdiyi müəyyən olunsa da, X4 filialı tərəfindən Şəxs hər hansı bir iş ilə təmin edilib-edilməməsi Sumqayıt Şəhəri üzrə İcra İdarəsi tərəfindən araşdırılmamışdır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində məhkəməyə təqdim edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat pul dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra idarəsinə geri qaytarılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Şimal Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar