Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 3(060)-1142/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Tələbkar "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1971-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1i ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə barəsində MN ******* №-li protokol tərtib olunmuşdur. Protokolda göstərilmişdir ki, Cəbrayıl Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Şəxs və qeyrilərindən 20296,71 ABŞ dolları "xxxx" QSC-nin xeyrinə tutulmalı və tutma “DAF Fourgoun” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı və “MAN-8163” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınlara yönəldilmişdir. Lakin borclu şəxs icra sənədi üzrə göstərilən tələbi icra etməkdən üzürsüz olaraq boyun qaçırmışdır. Protokolu tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 məhkəmə iclasında izahatında bildirdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs, X5 və X3 müştərək qaydada 03R000022967 saylı kredit razılaşması üzrə 6744,55 (altı min yeddi yüz qırx dörd manat əlli beş qəpik) manat əsas borc, 2822,83 (iki min səkkiz yüz iyirmi iki manat səksən üç qəpik) manat faiz borcu, 415,80 (dörd yüz on beş manat səksən qəpik) manat cərimə borcu, cəmi 9983,18 (doqquz min doqquz yüz səksən üç manat on səkkiz qəpik) manat. 003R********** saylı kredit razılaşması üzrə isə 14640,93 (on dörd min altı yüz qırx dollar doxsan üç sent) ABŞ dolları əsas kredit borcu, 4710,98 (dörd min yeddi yüz on dollar doxsan səkkiz sent) ABŞ dolları faiz borcu, 944,80 (doqquz yüz qırx dörd dollar səksən sent) ABŞ doılmı cərimə borcu, cəmi 20296,71 (iyirmi min iki yüz doxsan altı dollar yetmiş bir sent) ABŞ dolları və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc məbləği xarici valyuta hissəsində qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə hesablanaraq tutulmalı, tutma ipoteka predmeti olan və ilkin satış qiyməti 11373,80 (on bir min üç yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində müəyyən edilmiş "DAF Fourgoun” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə və ilkin satış qiyməti 8628,40 (səkkiz min altı yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş “MAN-8163” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Həmin avtomobillər açıq hərracda satılmalı, maşından əldə olunan vəsait hesabına qeyd olunan borc məbləğləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənildilməli və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qaları məbləğ cavabdehlər Şəxs, X5 və X3 müştərək qaydada tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. İcra sənədi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə daxil olduqdan sonra borclu İdarəyə dəvət olunaraq ona bildiriş verilmiş və icra sənədinin icra edilməsi üçün avtomaşınları təqdim etməsi ona izah olunmuşdur. O da avtomaşınların birinin prafilaktoriyada, digərinin isə qarajda olduğunu və avtomaşınların motorlarının dağılması səbəbindən işlək vəziyətdə olmadıqlarını bildirmişdir. Tələbkara da avtomobillərin borcluda olduğunu və borclu avtomobilləri onlara qaytarmağa razı olduğunu bildirsə də, tələbkar avtomobillərin işlək vəziyyətdə olmadığı üçün avtomobilləri qəbul etməkdən imtina etmişdir. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında izahat verərək bidirdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən ondan, X5 və X3 müştərək qaydada 03R000022967 saylı kredit razılaşması üzrə 6744,55 (altı min yeddi yüz qırx dörd manat əlli beş qəpik) manat əsas borc, 2822,83 (iki min səkkiz yüz iyirmi iki manat səksən üç qəpik) manat faiz borcu, 415,80 (dörd yüz on beş manat səksən qəpik) manat cərimə borcu, cəmi 9983,18 (doqquz min doqquz yüz səksən üç manat on səkkiz qəpik) manat. 003R********** saylı kredit razılaşması üzrə isə 14640,93 (on dörd min altı yüz qırx dollar doxsan üç sent) ABŞ dolları əsas kredit borcu, 4710,98 (dörd min yeddi yüz on dollar doxsan səkkiz sent) ABŞ dolları faiz borcu, 944,80 (doqquz yüz qırx dörd dollar səksən sent) ABŞ doılmı cərimə borcu, cəmi 20296,71 (iyirmi min iki yüz doxsan altı dollar yetmiş bir sent) ABŞ dolları və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc məbləği xarici valyuta hissəsində qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə hesablanaraq tutulmalı, tutma ipoteka predmeti olan və ilkin satış qiyməti 11373,80 (on bir min üç yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində müəyyən edilmiş "DAF Fourgoun” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə və ilkin satış qiyməti 8628,40 (səkkiz min altı yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş “MAN-8163” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Həmin avtomobillər açıq hərracda satılmalı, maşından əldə olunan vəsait hesabına qeyd olunan borc məbləğləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənildilməli və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qaları məbləğ cavabdehlər ondan, X5 və X3 müştərək qaydada tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. O, icra sənədinin icrası ilə əlaqədar Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq ona bildiriş verilmiş və icra sənədinin icra edilməsi üçün avtomaşınları təqdim etməsi ona izah olunmuşdur. O da avtomaşınların birinin prafilaktoriyada, digərinin isə qarajda olduğunu və avtomaşınların motorlarının dağılması səbəbindən işlək vəziyətdə olmadıqlarını bildirmişdir. Avtomaşınların motorlarını düzəltdirməyə imkanə olmadığını və onları tələbkara təhvil verməyə razı olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tələbkar "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi X9 izahat verərək bidirdi ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-15/2019 saylı, xx.xx.2019cu il tarixli icra sənədinə əsasən Şəxs, X5 və X3 müştərək qaydada 03R000022967 saylı kredit razılaşması üzrə 6744,55 (altı min yeddi yüz qırx dörd manat əlli beş qəpik) manat əsas borc, 2822,83 (iki min səkkiz yüz iyirmi iki manat səksən üç qəpik) manat faiz borcu, 415,80 (dörd yüz on beş manat səksən qəpik) manat cərimə borcu, cəmi 9983,18 (doqquz min doqquz yüz səksən üç manat on səkkiz qəpik) manat. 003R********** saylı kredit razılaşması üzrə isə 14640,93 (on dörd min altı yüz qırx dollar doxsan üç sent) ABŞ dolları əsas kredit borcu, 4710,98 (dörd min yeddi yüz on dollar doxsan səkkiz sent) ABŞ dolları faiz borcu, 944,80 (doqquz yüz qırx dörd dollar səksən sent) ABŞ doılmı cərimə borcu, cəmi 20296,71 (iyirmi min iki yüz doxsan altı dollar yetmiş bir sent) ABŞ dolları və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc məbləği xarici valyuta hissəsində qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə hesablanaraq tutulmalı, tutma ipoteka predmeti olan və ilkin satış qiyməti 11373,80 (on bir min üç yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində müəyyən edilmiş "DAF Fourgoun” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə və ilkin satış qiyməti 8628,40 (səkkiz min altı yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş “MAN-8163” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Həmin avtomobillər açıq hərracda satılmalı, maşından əldə olunan vəsait hesabına qeyd olunan borc məbləğləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənildilməli və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qaları məbləğ cavabdehlər Şəxs, X5 və X3 müştərək qaydada tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borclu avtomobilləri qaytarmağa razı olsa da, avtomobillər işlək vəziyyətdə olmadığından hərraca çıxartmaq mümkün deyildir. Onlar tərəfindən bütün borcun bağlanması üçün borcluya 15000 (on beş min) manat ödəniş etməyi bildiriısə də, borclu imkanının olmadığını üçün ödəniş edə bilməyəcəyini demişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, daxil olmuş material natamamdır, ona görə də protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə, iş materiallarından görünür ki, Cəbrayıl Rayon Məhkəməsinin 2(072)- 15/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs, X5 və X3 müştərək qaydada 03R000022967 saylı kredit razılaşması üzrə 6744,55 (altı min yeddi yüz qırx dörd manat əlli beş qəpik) manat əsas borc, 2822,83 (iki min səkkiz yüz iyirmi iki manat səksən üç qəpik) manat faiz borcu, 415,80 (dörd yüz on beş manat səksən qəpik) manat cərimə borcu, cəmi 9983,18 (doqquz min doqquz yüz səksən üç manat on səkkiz qəpik) manat. 003R********** saylı kredit razılaşması üzrə isə 14640,93 (on dörd min altı yüz qırx dollar doxsan üç sent) ABŞ dolları əsas kredit borcu, 4710,98 (dörd min yeddi yüz on dollar doxsan səkkiz sent) ABŞ dolları faiz borcu, 944,80 (doqquz yüz qırx dörd dollar səksən sent) ABŞ doılmı cərimə borcu, cəmi 20296,71 (iyirmi min iki yüz doxsan altı dollar yetmiş bir sent) ABŞ dolları və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Borc məbləği xarici valyuta hissəsində qətnamənin icra ediləcəyi gün ABŞ dollarının Azərbaycan manatına məzənnə nisbətində milli valyuta ilə hesablanaraq tutulmalı, tutma ipoteka predmeti olan və ilkin satış qiyməti 11373,80 (on bir min üç yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində müəyyən edilmiş "DAF Fourgoun” yük markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə və ilkin satış qiyməti 8628,40 (səkkiz min altı yüz iyirmi səkkiz manat qırx qəpik) manat məbləğində müəyyən edilmiş “MAN-8163” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Həmin avtomobillər açıq hərracda satılmalı, maşından əldə olunan vəsait hesabına qeyd olunan borc məbləğləri "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənildilməli və hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qaları məbləğ cavabdehlər Şəxs, X5 və X3 müştərək qaydada tutulub iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qətnamədə icra üsulu müəyyən olunsa da, iş materiallarına hərracın nəticələrinin yekun protokolu əlavə edilmədiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən Şəxs barəsində həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2023cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri qaytarılsın. Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Bu Qərardaddan şikayət verilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-1142/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №3(060)-1142/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver