Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1144/2020 15.07.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3803/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, xx xxxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X1 üçün xx xxxx 2013-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 186 manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Borclu Şəxs aliment borcundan tələbkara ödənilməsi barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq ödəniş etməmiş və nəticədə 1100 manat borcu yaranmışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2020-ci il tarixdə ******* saylı protokol tərtib edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 xx.xx.2020-ci il tarixdə ******* saylı protokolunda qeyd etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsnin 2(060)-3803/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, xx xxxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2011-ci il təvəllüdlü X1 üçün xx xxxx 2013-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay 186 manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir.Borclu Şəxs aliment borcundan tələbkara ödənilməsi barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq ödəniş etməmiş və nəticədə 1100 manat borcu yaranmışdır. Hazırda Şəxs borcunu ödəməməsi səbəbindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3803/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi icrasız qalmışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasındabarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs izahatında göstərdi ki,Sumqayıt Şəhər Məhkəməsnin 2(060)-3803/2013 saylı, xx.xx.2013cü il tarixli icra sənədinə əsasən, ondan xx xxxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2011ci il təvəllüdlü X1 üçün xx xxxx 2013-cü il tarixdən başlayaraq hər ay 186 manat məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. O, sözügedən icra sənədinə əsasən, aliment borcunu vaxtı vaxtında ödəmiş və heç bir gecikməsi olmamışdır. Lakin son beş aydır ölkədə baş verən sərt karantin rejimi ilə əlaqədar əksər iş yerləri bağlanmış və o da işsiz qalmışdır. Elə bu səbəbdən də ötən dövr ərzində işləməmiş və heç bir qazanc əldə etməmişdir. Amma o, məsuliyyətini dərk edir və S.Abseynovaya olan 1100 manat məbləğində aliment borcunu tez bir zamanda hissə-hissə olmaq şərti ilə ödəyəcəkdir. Əlavə olaraq qeyd etdi ki, yenidən ailə qurmuş və həmin nikahdan da bir övladı vardır. Yuxarıda göstərdiklərinə əsasən, o, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiriözünün izahatı, Sumayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Bəxtiyar Quliyev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edildi ki, Şəxs hal-hazırda 1100 manat aliment borcu var. Ona borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, onun tərəfindən hər hansı ödəniş edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə borclu Şəxs ölkədən getmək hüquqları müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin qeyd edilən məcburi icra tədbiri də heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquqtətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü kimi cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-1144/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1144/2020
15.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver