Məhkəmə qərarları › İş №3(060)-1144/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1144/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1144/2024 10.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol tərtib olunmuşdur. Həmin protokoldan və iş materiallarından görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 06:53 radələrində Sumqayıt şəhəri, Lermontov küçəsində hərəkətdə olan zaman X3 “Lexus GX 460” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilini vuraraq maddi ziyan yetirmiş və X4 və X2 yüngül bədən xəsarəti dəymişdir. Beləliklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər DYPŞ-si tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 06:53 radələrində etibarnamə əsasında idari etdiyi “Toyota Corolla” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Lermantov küçəsi ilə Bakı küçəsinin kəsişməsi istiqamətində hərəkətdə olduğu zaman, diqqətsizlik edib svetoforun qırmızı işığında hər iki küçənin kəsişməsində yerləşən yolayrıcına daxil olmuş, həmin an sağ istiqamətimdən, yəni Bakı küçəsi ilə svetoforun yaşıl işığında hərəkət edib yolayrıcına daxil olan “Toyoto Lexus” markalı avtomobil qabaq hissəsi ilə həmin yolayrıcında avtomobilinin sağ yar hissəsindən toqquşmuşdur. Hadisə nəticəsində avtomobilində sərnişin qismində olmuş bir nəfər qadın yüngül bədən xəsarəti almışdır. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi iş materiallarında olan Sumqayıt ŞPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X5 1NK/597 saylı təhqiqat materialı üzrə qəbul etdiyi “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə öz təsdiqini tapır. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 620 saylı ekspert rəyindən müəyyən olunur ki, X1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: alt çənədə orta hissəsinin yarası, sol dirsək oynağının arxa səthinin, sağ əlin arxa səthinin İİ-İİİ əl daraq sümüyü proyeksiyasının sıyrığı. Qeyd olunan xəsarətlət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2024-cü il tarixli, 625 saylı ekspert rəyindən müəyyən olunur ki, X3 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sağ baldırın orta 1/3-nin arxa səthinin dərialtı hematoması, sağ baldırın orta 1/3-nin bayır səthinin sıyrığı. Qeyd olunan xəsarətlət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1, 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXMnin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Məhkəmədə Şəxs əməlini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, onun şəxsiyyətini, törədilən inzibati xətanın xarakterini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona inzibati cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar