Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1145/2023 02.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx.xx.1987-ci ildə Ermənistan Respublikası, Sisiyan rayonu, Qızılcuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru PirəliyevŞirəli Pəhlivan oğlu tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Şəxs 6696 manat "xxxx" ASC-nin xeyrinə tutulmalı və tutma ona məxsus “VAZ 21154” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməlidir. Lakin borclu şəxs icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz olaraq borun qaçırır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4596/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 4389 manat əsas borc, 2248 manat 14 qəpik fazi borcu, gecikdrilmiş vaxt 9 manat 84 qəpik faiz borcu olmaqla, cəmi 6646 manat 98 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, Şəxs məxsus “Vaz 21154” markalı, **-CF-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 8900 manat olmaqla açıq hərracda satılması, Satışdan əldə olunacaq vəsait hesabına Şəxs "xxxx" ASC-ə olan borcun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan məbləğin Şəxs qaytarılması qət edilmişdir. Borclu hal-hazırda borcundan ödəniş etməmişdir. Şəxs məxsus “Vaz 21154” markalı, **-CF-*** qeydiyyat nişanlı minik avtomobil də axtarışdadır, tapmaq mümkün deyildir, həmin avtomobil onun mülkiyyətində olsa da harada olması məlum deyildir, özü də həmin avtomobili axtarışa vermişdir. Buna görə də, Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4596/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən ondan 4389 manat əsas borc, 2248 manat 14 qəpik fazi borcu, gecikdrilmiş vaxt 9 manat 84 qəpik faiz borcu olmaqla, cəmi 6646 manat 98 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, ona məxsus “Vaz 21154” markalı, **- CF-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 8900 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunacaq vəsait hesabına onun "xxxx" ASC-yə olan borcunun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan məbləğin ona qaytarılması qət edilmişdir. “Vaz 21154” markalı, **-CF-*** qeydiyyat nişanlı minik avtomobilini aldıqdan 5 ay sonra ödəniş edə bilmədiyindən banka müraciət etmiş, bank işçisinin məsləhəti ilə avtomobili aparıb banka təhvil vermişdir. Bankda sənədlər tərtib edilmiş, o da bütün sənədlərə imza atmışdır. Sonra da notariusa gedərək bankın işçisinə etibarnamə vermişdir. Bank onu aldatmış, ondan alınan maşını sonradan 5 nəfər ayrı-ayrı şəxslərə satmışlar. Bunların hamısı notariusda etibarnamə verməklə edilmiş və hamıya məlumdur. Bankın işçisi bunu etmişdir. Bir müddət sonra bank onu məhkəməyə vermiş, borcu ondan istəmişdir. Göstərilənlər barədə məhkəmədə də bildirmişdir, amma bu hal araşdırılmamışdır. Adıçəkilən maşın hal-hazırda onda deyil və borcdan ödəniş etməyə imkanı yoxdur. Baş Dövlət Yol Polis İdarəsinə də ərizə yazaraq maşının tapılması barədə müraciət etmişdir. Maşın onun mülkiyyətində olsa da hal-hazırda onda deyildir, göstərilən məbləği ödəməyə imkanı yoxdur. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs təqsirliliyi sübuta yetmir və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4596/2017 saylı, xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 4389 manat əsas borc, 2248 manat 14 qəpik fazi borcu, gecikdrilmiş vaxt 9 manat 84 qəpik faiz borcu olmaqla, cəmi 6646 manat 98 qəpik və dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan, Şəxs məxsus “Vaz 21154” markalı, **-CF-*** qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin ilkin satış qiyməti 8900 manat olmaqla açıq hərracda satılması, Satışdan əldə olunacaq vəsait hesabına Şəxs "xxxx" ASC-ə olan borcun ödənilməsi və borc ödənildikdən sonra artıq qalan məbləğin Şəxs qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokolla bağlı məhkəmə qeyd edir ki, şəxsin təqsirliliyi sübuta yetirilmir, onun icra vərəqəsini üzrsüz səbəbdən icra etməsi barədə heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən avtomaşın onun mülkiyyətində olsa da, hal-hazırda maşın onda deyildir, bu icra orqanına da məlumdur, buna görə də icra vərəqəsinin yerinə yetirilməsi mümkün olmamışdır. Ona görə də, məhkəmə işin bu hallarını nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində onun təqsirliliyi sübuta yetirilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində onun təqsirliliyi sübuta yetmədiyinə görə İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetmədiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-1145/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1145/2023
02.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver