Məhkəmə qərarları › İş №3(060)-1146/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1146/2020

10.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1146/2020 10.07.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, Sumayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumayıt ApelyasiyaMəhkəməsinin 2(105)-2025/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdehlər Köçəriyev İlham Sənan oğlu, X3 və Şəxs müştərək qaydada 12.413,93 ABŞ dolları əsas, 1461,66 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 13885 ABŞ dolları 59 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Sumqayıt şəhəri üzrə icra idarəsinə daxil olmuşdur. İcra İdarəsi tərəfindən icra sənədinin icra olunması ilə əlaqədar “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş və icra olunması üçün onun surəti borclu Şəxs göndərilmişdir. Bundan əlavə borcluya dəfələrlə icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2025/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi icrasız qalmışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X4 tərəfindən xx.xx.2020-ci il tarixdə ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Sumayıt şəhəri üzrə İcra İdarəsinin icra böyük icra məmuru X4 bildirdi ki, Sumayıt ApelyasiyaMəhkəməsinin 2(105)-2025/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, cavabdehlər Köçəriyev İlham Sənan oğlu, X3 və Şəxs müştərək qaydada 12.413,93 ABŞ dolları əsas, 1461,66 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 13885 ABŞ dolları 59 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. Lakin borcluya dəfələrlə icra sənədində göstərilən tələbin yerinə yetirilməsi üçün yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2025/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi icrasız qalmışdır. Hazırda Şəxs borcunu ödəməməsi səbəbindən Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2025/2016 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi icrasız qalmışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasındabarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs izahatında göstərdi ki,Sumayıt ApelyasiyaMəhkəməsinin 2(105)-2025/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, ondan, Köçəriyev İlham Sənan oğlu və X1 müştərək qaydada 12.413,93 ABŞ dolları əsas, 1461,66 ABŞ dolları faiz, 10 ABŞ dolları cərimə, cəmi 13885 ABŞ dolları 59 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxx” ASC-nin xeyrinə ödənilməlidir. Lakin sözügedən icra sənədi ilə razılaşmır. Çünki “xxxxxxxxx” ASC Köçəriyev İlham Sənan oğlu ilə kredit müqaviləsi bağlamış və həmin kredit müqaviləsinə əsasən, İ. Köçəriyev bankdan pul götürmüşdür. Əlavə olaraq qeyd etdi ki, o, Köçəriyev İlham Sənan oğlunun işçisi olmuşdur. Elə bu səbəbdən də İlham onun etibarından sui istifadə edərək, şahid adı ilə zaminlik müqaviləsinə imza elətdirmişdir. Bu səbəbdən hal-hazıradək sözügedən icra sənədi üzrə ödəniş etməmişdir. Hesab edir ki, sözügedən borcu əsas borclu olan İ.Köçəriyev ödəməlidir. Yuxarıda göstərdiklərinə əsasən, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiriözünün izahatı, Sumayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru orxan Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edildi ki, “xxxxxxxxx” ASC Köçəriyev İlham Sənan oğlu arasında kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Şəxs Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Borcludan sözügedən pul məbləğinin tutulması barədə qətnamə qəbul edilsə də, qətnamə Şəxs tərəfindən hal-hazıradək icra edilməmişdir. Ona borcunun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdarlıq olunsa da, onun tərəfindən hər hansı ödəniş edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Köçəriyev İlham Sənan oğlu və Şəxs ölkədən getmək hüquqları müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Lakin qeyd edilən məcburi icra tədbiri də heç bir nəticə verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquqtətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü kimi cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar