Məhkəmə qərarları › İş №3(060)-1146/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1146/2023

03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1146/2023 03.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1954-cü ildə Ermənistan Respublikası, Krasnoselo rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 tərəfindən 03 may 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı, ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Şəxs 2006-cı il buraxılışlı, **-PC-*** dövlət qeydiyyat nişanlı, BMW 530 markalı avtomobil alınaraq "xxxx" Lizinq şirkəti QSC-yə qaytarılmalıdır. Lakin borclu şəxs icra sənədi üzrə tələbi icra etməkdən üzürsüz olaraq boyun qaçırmışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X2 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2203/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 2006-cı il buraxılışlı, **-PC-*** dövlət qeydiyyat nişanlı, BMW 530 markalı avtomobil Şəxs alınaraq "xxxx" Lizinq şirkəti QSC-yə qaytarılmalıdır. İcra sənədi üzrə borclu dəfələrlə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə dəvət olunaraq tərəfindən icra sənədinin icra edilməsi ona bildirilmişdir. Lakin o, avtomobilin onda olmadığını və Lizinq şirkətinin bundan xəbəri olduğunu demişdir. Avtomobilin tapılması barədə dəfələrlə Baş Dövlət Yol Polis İdarəsinə müraciət etsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin həmin avtomobil üzrə axtarış elan edilmiş və icra olunması üçün Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir, lakin bu günədək avtomobil tapılmamışdır. Ona görə də, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət olunmuşdur. Protokolu müdafiə etdiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2203/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 2006-cı il buraxılışlı, **-PC-*** dövlət qeydiyyat nişanlı, BMW 530 markalı avtomobil ondan alınaraq "xxxx" Lizinq şirkəti QSC-yə qaytarılmalıdır. Avtomobil Lizing şirkətindən onun adına götürülsə də, avtomobili iş yoldaşı istifadə və idarə etmişdir. Avtomobilin həmin vaxt 3000 (üç min) manat keçikmiş borcu yaranmış və iş yoldaşı tərəfindən həmin borc ödənilmişdir. Lakin bir müddət keçdikdən sonra "xxxx" Lizinq şirkəti QSC məhkəməyə müraciət etmiş və məhkəmə avtomobilin geri qaytarılması barədə qətnamə qəbul etmişdir. Avtomobilin matoru dağıldığı üçün təmir olunması üçün təmir sexinə verilmiş və sonra avtomobil yoxa çıxmışdır. Dəfələrlə o, avtomobilin tapılması üçün Baş Dövlət Yol Polis İdarəsinə müraciət etsə də, müsbət nəticə əldə etməmişdir. Avtomobili onun da axtardığını, lakin tapa bilmədiyini bildirdi. Ona görə də, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2203/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədindən görünür ki, 2006-cı il buraxılışlı, **-PC-*** dövlət qeydiyyat nişanlı, BMW 530 markalı avtomobil Şəxs alınaraq "xxxx" Lizinq şirkəti QSC-yə qaytarılmalıdır. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elkin Kərimli tərəfindən qəbul olunmuş xx.xx.2015-ci il tarixli borclunun əmlakının axtarılması haqqında qərardan görünür ki, 2006-cı il buraxılışlı, **-PC-*** dövlət qeydiyyat nişanlı, BMW 530 markalı avtomobil üzrə axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elkin Kərimlinin Azərbaycan Respublikası DİN BDYPİ-nin Qeydiyyat-İmtahan şöbəsinə ünvanladığı xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, 2006-cı il buraxılışlı, **-PC-*** dövlət qeydiyyat nişanlı, BMW 530 markalı avtomobil Şəxs alınaraq "xxxx" Lizinq şirkəti QSC-yə qaytarılmalıdır. Hal-hazırda həmin avtomaşın etibarnamə əsasında kimin tərəfindən istismar olunması barədə təcili məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinin Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Elkin Kərimliyə ünvanladığı xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, 2006-cı il buraxılışlı, **-PC-*** dövlət qeydiyyat nişanlı, BMW 530 markalı avtomobil "xxxx" Lizinq şirkəti QSC-yə məxsusdur. Komputer bazasına əsasən etibarnamə ilə idarə edilməsi haqda qeyd yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2203/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 2006-cı il buraxılışlı, **-PC-*** dövlət qeydiyyat nişanlı, BMW 530 markalı avtomobil Şəxs alınaraq "xxxx" Lizinq şirkəti QSC-yə qaytarılmalıdır. Lakin avtomobilin harada olması barədə məlumat yoxdur. Dəfələrlə icra məmuru tərəfindən avtomobilin yerinin müəyyən olunması barədə Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilsə də, müsbət nəticə əldə olunmamışdır. Avtomobil tapılmalı və "xxxx" Lizinq şirkəti QSC-yə qaytarılmaqla qətnamə icra edilməlidir. Lakin həmin avtomobil üzrə axtarış elan edilmiş və bu günədək avtomobil tapılmamışdır. Borclu Şəxs tərəfindən icra sənədinin icra edilməsinə qərəzli maneçilik törətməsi barədə icra məmuru tərəfindən məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar