Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1147/2020 30.06.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, Sumayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsindəSumayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuşAzərbaycan Respublikası İXM-in 528.1cimaddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumayıt ŞəhərMəhkəməsinin 2(060)-3909/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs xx xxxx 2013-cü il tarixdən başlayaraq cavabdeh Şəxs xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Borclu Şəxs aliment borcunun tələbkara ödənilməsi barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq ödəniş etməmiş və nəticədə 5000 manat borcu yaranmışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında Sumayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2020-ci il tarixdə ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Sumayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3909/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən Şəxs xx xxxx 2013-cü il tarixdən başlayaraq xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində aliment tutularaq X3 verilməlidir. Borclu Şəxs aliment borcundan tələbkara ödənilməsi barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq ödəniş etməmiş və nəticədə 5000 manat borcu yaranmışdır. Tələbkar X4 ərizə ilə müraciət edərək hər ay 50 manat ödənilməsinə də razı olduğunu bildirmişdir. Buna baxmayaraq Şəxs aliment borcunu ödəməməsi səbəbindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3909/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədi icrasız qalmışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-cimaddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasındabarəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs izahatında göstərdi ki,2-(060)-3909/2013 saylı xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən ondan xx xxxx 2013-cü il tarixdən başlayaraq xx xxxx 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay 93 manat sabit pul məbləğində alimentödəməlidir. Tələbkarla əldə etdiyi razılığa əsasən ayda 50 manat aliment ödəmişdir. Hazırda ölkədə baş verən sərt karantin rejimi ilə əlaqədar əksər iş yerləri bağlanmışdır. Bu səbəbdən də 6-7 aydır ki, iş tapa bilməmişdir. Təzəlikcə işə daxil olmuşdur. Onun hesablamalarına görə, icra məmurunun qeyd etdiyi kimi 5000 manat deyil, təxminən 2000 manat məbləğində aliment borcu vardır. Əlavə olaraq qeyd etdi ki, əgər həbs olunsa yeni işini də itirəcəkdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsiriözünün izahatı, Sumayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Anar Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixdə ******* saylı inzibati xəta haqqında protokol və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Belə ki, məhkəmədə sübutların tədqiqi zamanı müəyyən edildi ki, Şəxs hal-hazırda 5000 manat aliment borcu var. Ona borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq olunsa da, onun tərəfindən hər hansı ödəniş edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 3(060)-1524/2015 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Buna baxmayaraq icra sənədi borclu Şəxs tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquqtətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər. İnzibati xəta haqqında işə baxılarkən məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əvvəllər inzibati qaydada həbs edilsə də, inzibati tənbehin məqsədinə nail olunmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü kimi həbs tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 50, 115, 117, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada həbs müddətinin əvvəli xx.xx.2020-ci il saat 17:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №3(060)-1147/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1147/2020
30.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver