Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1149/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 15 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında İnzibati Komissiya tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən qəbul edilmiş 15 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında fəaliyyət göstərən İnzibati Komissiyasının MN seriyalı, ******* saylı, xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında protokolu və MN seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1 və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta törətməklə 1500 AZN cərimə olunmuşdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında fəaliyyət göstərən İnzibati Komissiyasının yuxarıda qeyd etdiyi protokol və qərarının qanunsuz və əsassız olduğunu hesab edərək ondan şikayət verir. 395.1-ci maddəsinin tələbinə görə müvafiq icra hakimiyyəti orqanının icazəsi olunmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Lakin o, fiziki şəxs ola-ola fiziki şəxs kimi deyil, vəzifəli səxs kimi qanunsuz olaraq 1500 manat cərilənmişdir. Bu, tamamilə qanunsuzdur. Müəssisənin fəaliyyətini uzun müddət dayandırıldığı üçün vəzifəli şəxs deyil, fiziki şəxsdir. Ona görə də 395.1-ci maddəsinin birinci bəndi ilə cərimələndirilə bilərdi. Məhkəməyə bildirir ki, Sumqayıt şəhər Polis İdarəsi əməkdaşının ona məxsus plastik emalı sexində qeyri-qanuni tikinti işləri apardığının müəyyən edilməsi, bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında İnzibati Komissiyasına məlumat verməsi və həmin komissiya tərəfindən İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinib 1500 AZN məbləğində cərimə olunmağı aşağıda göstərdiyi səbəblərdən qanunsuzdur, ləğv edilərək işə xitam verilməlidir. Hesab edir ki, onun AR İnzibali Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Hazırda müəssisəsi plastik tullantıların təkrar email ilə məşğuldur. İstehsal zərurətini nəzərə alaraq açıq havada işləyən fəhlələrə hazırda istifadədə olan və dövlət əmlak komitəsi tərəfindən ******* №-li çıxarışı olan istehsal sahəsinə bitişik fəhlələr üçün kölgə salaraq talvar artırması etmək istəyirdilər. Hazırda tikililəri yarımçıqdır, hündürlüyü 2-3 m olaraq kölgəlik üçün və gələcəkdə onların soyunub geyinmə yeri olması nəzərdə tutulmuşdur. Bu tikilini tikərkən 2 saylı Polis Bölməsinin sürücüsü ərazilərinə gəlmiş və tikintiləri dayandırmışdır. Onu müəssisənin rəhbəri kimi bölməyə dəvət etmişlər. Onların istəklərini yerinə yetirmədiyi halda ondan izahat tələb etmişlər. O, izahatında yarımçıq talvarın nəyə əsasən qanunsuz olduğunu bilmədiyini vurğulamışdır. Bir müddət keçdikdən sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin İnzabti Komissiyasına dəvət edilmiş və müəssisələrinə məxsus bütün sənədləri onlara təqdim etməyi tələb etmişlər. Məhkəməyə bildirir ki, ona məxsus "xxxx" MMC-nin plastik emalı sexi 20 ildən çoxdur ki, fəaliyyətini davam etdirir. Keçən bu müddət ərzində o, burada hər hansı bir tikinti işləri aparmamış və ona görə də müvafiq qurumlardan icazə almamışdır. Lakin həmin sexdə işləyən fəhlələr üçün qışda soyuqdan və yayda istidən qorunmaq məqsədilə sexin ərazisində talvar inşa etdirmək istəmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyəti Komissiyası bu işi araşdırmamış, nəticədə səhv qərar çıxartmışdır. Qeyd edilənlərə əsasən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında İnzibati Komissiyasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə 15 mart 2023-cü il tarixli protokol və qərarın ləğv edilərək həmin iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Qərardan şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək bildirdi ki, "xxxx" MMCnin rəhbəridir. Müəssisə plastik tullantıların təkrar emalı ilə məşğuldur. O, hazırda istifadədə olan və Dövlət Əmlak Komitəsi tərəfindən çıxarışı olan istehsal sahəsinə bitişik işçilərin oturması üçün balaca bir talvar kölgəlik etmişdir. O, sadəcə köhnə tikiliyə artırma etmişdir. Bunun üçün icazə alınmalı olmasını bilməmişdir. Əlavə olaraq bildirdi ki, onun rəhbərlik etdiyi müəssisə fəaliyyətini dayandırdığı üçün o, vəzifəli şəxs kimi deyil, fiziki şəxs kimi cərimə olunmalı idi. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsindən görünür ki, vətəndaş X1 barəsində tərtib edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyətinin 15 mart 2023-cü il tarixli, MN №1287362 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə ünvanladığı şikayəti əsassız sayırlar. Belə ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı polis mayoru M.Abbasovun qəbul etdiyi 28 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərarı ilə "xxxx" MMC- nin direktoru olan X3 tərəfindən Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi adlandırılan ərazisində Azərbaycan Respublikasının Tikinti və Şəhərsalma Məcəlləsinin tələblərinə zidd olaraq müvafiq icra hakimiyyəti orqanının tikinti aparılmasına icazəsi olmadan özbaşına tikinti işlərini həyata keçirdiyi müəyyən edilmişdir. Bununla da X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edildiyi üçün onun barəsində inzibati tənbeh tədbirlərinin görülməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı polis mayoru M.Abbasov tərəfindən qəbul edilmiş 28 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərar Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında İnzibati Komissiyaya göndərilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinə daxil olmuş materiallar əsasında aparılmış araşdırmalar və ərazidə keçirilmiş baxış zamanı X1 yuxarıda göstərilən ərazidə qanunvericiliklə müəyyən edilmiş qaydada lazımi icazələr almadan qeyri-yaşayış binası inşa etməklə özbaşına tikinti işlərini həyata keçirdiyi öz təsdiqini tapdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi ilə bağlı 15 mart 2023-cü il tarixdə adı çəkilən şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokola əsasən X3 barəsində Sumqayıt Şəhər İcra Hakimiyyətinin 15 mart 2023-cü il tarixli, MN №1287362 saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul edilərək 1500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hesab edirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən vətəndaş X1 barəsində inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələbləri gözlənilməklə sonuncunun hüquqlarının və qanunla qorunan maraqlarının hər hansı şəkildə pozulmasına yol verilməmişdir. Bu səbəbdən yuxarıda qeyd olunanları nəzərə alaraq, vətəndaş X1 barəsində qəbul edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyətinin 15 mart 2023-cü il tarixli, MN №1287362 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin təmin edilməməsini məhkəmədən xahiş edirlər. İş materiallarından görünür ki, X3 barəsində Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında İnzibati Komissiya tərəfindən xx.xx.2023-cü il tarixli MN ******* saylı protokol tərtib edilmiş və 15 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidməti tərəfindən verilmiş ******* nömrəli çıxarışa əsasən "xxxx" MMC-yə ünvan 2 ünvanında yerləşən 697,5 kv.metr torpaq sahəsinə mülkiyyət və istifadə hüququ verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, "xxxx" MMC xx.xx.2023-cü il tarixdə fəaliyyətini dayandırmışdır. İş materiallarından görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Mətləb Abbasov tərəfindən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və X1 əməlində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edildiyindən toplanmış material üzrə qəbul edilmiş qərarın surəti sonuncu barəsində inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü Sumqayıt şəhər icra Hakimiyyəti yanında inzibati Komissyaya göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən ərazi Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində dəniz kənarı yaxınlığında yerləşən təxminən 1 hektar sahəsi və içərisində 900 kv.metrə yaxın tikilisi olan "xxxx" MMC-nin plastik tullantılarının təkrar emalı sexinin ərazisidir. Baxış zamanı qeyd edilən sexin sağ yan hissəsində 15x13 kv.metr ölçüdə 13 mişar daşları hündürlüyündə tikinti işlərinin aparıldığı müəyyən edildi. Baxış zamanı tikintinin sahibi "xxxx" MMc-nin direktoru X2 qeyd edilən inşası aparılan yarım tikilinin inşa etdirilməsinə dair müvafiq icra hakimiyyəti orqanın icazəsinin olub-olmadığını soruşduqda həmin tikintiyə dair heç biri icazə sənədini təqdim edə bilməmiş, guya hazırda aparılan tikilinin köhnə binanın layihə sənədlərində əks olunduğunu göstərsə də həmin sənədləri də təqdim etməmişdir. Bu səbəbdən də yeni aparılmış tikintiyə dair icazə alınmasına lüzum olmadığını bildirmişdir. Fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 tərəfindən müvafiq icra hakimiyyəti orqanının icazəsi alınmadan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsi halları aşkar edilmiş, bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsi tərəfindən araşdırma aparılmış və X1 əməlində İXM-nin 395.1-ci maddəsinin tərkibi olduğundan barəsində haqlı olaraq Sumqayıt şəhər icra Hakimiyyəti yanında inzibati Komissiya tərəfindən protokol tərtib edilmiş və həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qeyd olunan əraziyə baxış keçirilmiş və fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibat Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmur. Qanunvericilik mülkiyyətdə,icarədə və ya istifadədə olan torpaq sahəsində məhz hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin tikintisinə icazə verir. Bundan başqa iş materiallarından görünür ki, araşdırma 19 dekabr 2022-ci il tarixdə başlanılmış, 22 dekabr 2022-ci il tarixdə əraziyə baxış keçirilmiş və 28 dekabr 2022-ci il tarixdə cinayət işinin başlanılması rədd edilərək X1 barəsində inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü aidiyyatı üzrə göndərilmişdir. "xxxx" MMC isə fəaliyyətini xx.xx.2023-cü il tarixdə dayandırmışdır. Göründüyü kimi inzibati xəta baş verdiyi zaman X3 vəzifəli şəxs statusunda olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 77.2-ci maddəsinə əsasən maddi sübutların fotoşəkilləri çəkilir və onlar inzibati xəta haqqında işə əlavə edilir. Maddi sübutlar inzibati xətalar haqqında protokolda qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Beləliklə, iş materiallarını araşdıraraq qərardan şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə belə nəticəyə gəlir ki, X1 barəsində qəbul olunmuş 15 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələblərinə uyğundur və X1 şikayətinin təmin olunması üçün heç bir hüquqi əsas yoxdur. Şikayət verən şəxs tərəfindən şikayətin əsaslı olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Odur ki, X3 tərəfindən verilmiş qərardan şikayət təmin olunmamalı, 15 mart 2023-cü il tarixli, MN ******* saylı qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 129, 130, 134.1.1 və 135-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: X3 tərəfindən verilmiş şikayət təmin olunmasın. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının yanında İnzibati Komissiya tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə qəbul olunmuş 15 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1149/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1149/2023
30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver