Məhkəmə qərarları › İş №3(060)-1150/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1150/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1150/2022 23.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru, daxili xidmət kapitanı X3 və etibarnamə üzrə nümayəndəsi Musayev Ramil Vəkil oğlunun iştirakları ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Sumqayıt regional dövlət yanğın nəzarəti şöbəsinin (bundan sonra mətndə Sumqayıt Regional DYNŞ-nin) inspektoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 518.1-ci maddəsi ilə hüquqi ünvanı ünvan 1an Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə Şəxs QSC) (VÖEN **********) barəsində 06 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 06.05.2022-ci il tarixdə İnci Group of Companies” QSC-yə məxsus “Ofisait” məktəb ləvazimatları satışı mağazasında planlı yanğın texniki müayinə zamanı aşağdakı nöqsanlar aşkar olunması müəyyən edilmişdir. (YTQ 01-2001 bənd 1.9-1.9.12; YTQ 03- 2002 bənd 3.19-3.19.27). İnzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 11.05.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 23 may 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Regional DYNŞ-nin insprektoru, daxili xidmət kapitanı X5 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, hüquqi ünvanı ünvan 1an Şəxs Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə Şəxs QSC) (VÖEN **********) barəsində 06 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 06.05.2022-ci il tarixdə İnci Group of Companies” QSC-yə məxsus “Ofisait” məktəb ləvazimatları satışı mağazasında planlı yanğın texniki müayinə zamanı YTQ 01- 2001 bənd 1.9-1.9.12; YTQ 03-2002 bənd 3.19-3.19.27-nin pozulması halları aşkar olunmuşdur. Qeyd olunanlara əsasən hüquqi şəxs Şəxs QSC barəsində İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Regional DYNŞ-nin insprektoru, daxili xidmət mayoru Musayev Ramil Vəkil oğlu Sumqayıt Regional DYNŞ-nin insprektoru, daxili xidmət kapitanı X3 izahatına uyğun izahat verərək Şəxs QSC barəsində məhkəmədən qanuna müvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə hazırki iş üzrə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin və Sumqayıt Regional DYNŞ-nin etibarnamə üzrə nümayəndəsinin izahatlarını, işdəki sənədləri tədqiq edərək hesab edir ki, Şəxs QSC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, inzibati xəta haqqında protokol və işdəki digər sənədlərlə təsdiq edilir. Ona görə də Şəxs QSC İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 04.05.2022-ci il tarixli, 1170 nömrəli qərar və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221734749 nömrəli çıxarışa əsasən Dövlət yanğın nəzarəti üzrə Şəxs QSC planlı yoxlama suallarının siyahısında da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin (müəssisələrin) yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsində tələbləri (YTQ № 01-2001 bənd 1.9-1.9.12); və ticarət, ictimai iaşə müəssələrində, yarmarkalarda, bazarlar və anbarlarda elektrik qurğularının istismar vəziyyəti (YTQ № 03-2002 bənd 3.19- 3.19.27) bəndlərinə uyğun deyildir. İş materiallarında olan yanğın-texniki müayinənin aparılması haqqında 04.05.2022ci il tarixli 1170 №-li qərardan görünür ki, Şəxs QSC-də 04.05.2022-il tarixdən 06.05.2022ci il tarixədək YTM aparılması qeyd olunmuşdur. İş materiallarında olan yanğın-texniki müayinənin 06.05.2022-ci il tarixli 1170 №-li aktından görünür ki, Şəxs QSC-də yoxlama zamanı sahibkarın və ya onun səlahiyyətli nümayəndəsi imzadan imtina etmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.16-cı bəndinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs QSC barəsində Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti idarəsinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti şöbəsi tərəfindən qəbul edilmiş 06 may 2022-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, hüquqi ünvanı ünvan 1an Şəxs QSC-də müayinə zamanı Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin (müəssisələrin) yanğın təhlükəsizliyi tələblərinin yerinə yetirilməsində tələbləri (YTQ № 01-2001 bənd 1.9-1.9.12); və ticarət, ictimai iaşə müəssələrində, yarmarkalarda, bazarlar və anbarlarda elektrik qurğularının istismar vəziyyəti (YTQ № 03-2002 bənd 3.19-3.19.27) X1 bəndlərinə uyğun olmaması aşkar edilmişdir. Bununla da Şəxs QSC İXM-nin 518.1-ci maddəsinin tələblərini pozmuşdur. İXM-nin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İşdə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs QSC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldi: Hüquqi ünvanı ünvan 1an Şəxs Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 400,00 (dörd yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar