Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1152/2022 07.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin etibarnamə üzrə nümayəndəsi SRDYNİ-nin DYNŞ-nin inspektoru, d/x kapitanı X2, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinin inzibati xəta haqqında 06 may 2022-ci il tarixli, MN ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, Müəyyən etdi: Sumqayıt regional X5 İdarəsi tərəfindən Şəxs MMC (VÖEN **********) barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti, ev 2/54-ün 1-ci mərtəbəsində yerləşən Şəxs MMC-də keçirilən planlı yanğın texniki müayinə zamanı aşağıdakı nöqsanlar aşkar olunmuşdur: YTQ № 01-2001 bənd 1.9-1.9.12; 6.1-6.10; 10.1-10.4. Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinin etibarnamə üzrə nümayəndəsi X4 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixində Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti, ev 2/54-ün 1-ci mərtəbəsində yerləşən Şəxs MMC-də keçirilən planlı yanğın texniki müayinə yanğın təəhküləsizliyi tələblərinin yerinə yetirilməsində vəzifələrin pozulması, elektrik qurğularının normativ sənədləriin tələblərinə uyğun quraşdırılması və istismar vəziyyətinin tutulması, yanğın avadanlığı və ilkin yanğın söndürmə vasitələrinin saxlanılması qaydalarının pozulması aşkar olunmuşdur. Bununla bağlı fotoşəkli də məhkəməyə təqdim edir. Buna görə də Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs MMC barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 1166 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, müayinə (YTM) zamanı aşkar olunmuş qanun pozuntularının məzmunu aşağıdakı kimidir: - Azərbaycan Respublikası ərazisində yerləşən hüquqi şəxslərin (müəssislər) yanğın təhlükəsizliyi tələblərini yrinə yetirilməsində vəzifələri. YTQ № 01-2001 bənd 1.9-1.9.12; - Elektrik qurğularının normativ sənədlərin tələblərinə uyğun quraşdırılması və istismar vəzziyyəti. YTQ № 01-2001 bənd 6.1-6.10; - Yanğın avadanlığı və ilkin yanğın söndürmə vəsaitlərinin saxlanılması. YTQ № 01- 2001 bənd 10.1-10.4; Həmçinin inzibati işin materiallarına 01 ədəd fotoşəkil əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.7-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 116.2-ci maddəsində qeyd olunur ki, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. Həmin Məcəllənin 116.3-cü maddəsində qeyd olunmuşdur ki, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Həmin Məcəllənin 116.4-cü maddəsində qeyd olunmuşdur ki, inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. İnzibati xətanın xarakterini nəzərə alaraq Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İnzibati işin materiallarına əlavə edilmiş 01 ədəd fotoşəkil iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.1-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti, ev 2/54-ün 1-ci mərtəbəsində yerləşən Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və şərti olaraq 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs MMC-nin törətdiyi hüquqpozmanı aradan qaldırması və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti Sumqayıt regional X5 İdarəsinə məlumat verilməsi üçün 20 gün müddət təyin edilsin. Həmin müddətdə hüquqpozmanın aradan qaldırılmadıqda 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri icra edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. İnzibati işin materiallarına əlavə edilmiş 01 ədəd fotoşəkil iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-1152/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1152/2022
07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver