Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1152/2025 26.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27592477 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27592477 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, EQ 27592477 saylı protokol üzrə İnzibati Xətalar Məcəlləsinin 346.5-ci maddəsi ilə təqsirli bilinib 40 manat cərimə olunmuşdur. AR-nın İXM-nin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına görə cərimə nəzərdə tutulub. O, xx.xx.2025-ci il tarixində, saat 11:44 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Koroğlu prospekti ilə İ.Həmidov küçəsinin kəsişməsində mülkiyyətində olan **-EA-*** d.q.n, “Mercedes” markala avtomobili ilə yol kənarında yerləşən aptekin qarşısında dayanarkən (Koroğlu pr, № 359A) nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 7-8 metr olduğu və bu fakt inspektor tərəfindən müşahidə edildiyi halda qanunsuz olaraq barəsində qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixli, EQ 27592477 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin mahiyyətinə uyğun çıxış etmiş və əlavə olaraq bildirmişdir ki, qeyd olunan ərazidə avtomobilini yol kəsişməsindən 7-8 metr kənarda saxlamışdır. Həmçinin, o şəxsən qeyd edilən ərazinin ölçmə işləri aparmış və bununla bağlı videogörüntü qeydə almışdır. Avtomobilini saxladığı yerdən yol kəsişməsinə qədər onun hesablanmasına görə 10 metr məsəfa mövcuddur. Hesab edir ki, o, heç bir qayda pozuntusu törətməmişdir. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27592477 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına şikayət verən şəxs tərəfindən əlavə edilmiş fotoşəkillərdən görünür ki, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayandığı üçün xüsusi texniki vasitənin köməyi ilə fotoşəkli çəkilməklə, elektron qərar tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş, şikayətçi tərəfindən çəkilmiş, inzibati xəta hadisəsinin qeydə alındığı ərazinin videogörüntüsündən məlum olur ki, şikayətçi ölçmə vasitəsi ilə inzibati xəta hadisəsinin qeydə alındığı ərazinin məsafələri müəyyən edir. Bundan başqa videogörüntüdə hərəkət hissəsinin kəsişməsinin 90 dərəcəli bucaq altında deyil, nisbətən maili şəkildə kəsişdiyi müəyyən olunur. İXM-nin 346.5-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanmasına və ya durmasına qaydalarını pozmağa görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə Kamran Şeydayevin şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin dördüncü hissəsinin 6-cı bəndinə görə nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələri 1.1-1.4 nişanlama xətti, yaxud ayırıcı zolağı olan üçtərəfli yolayrıclarındakı yan keçidin qarşı tərəfində dayanma halları istisna olmaqla, hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda dayanma qadağandır. Həmin Qanunun əsas anlayışlar adlanan 1-ci maddəsində qeyd edilir ki, hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir Yolayrıcı dedikdə – yolların bir səviyyədə hər hansı kəsişməsi, birləşməsi və ya şaxələnməsi, o cümlədən bunların əmələ gətirdiyi ərazidir. Yolun hərəkət hissəsi dedikdə-yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); İş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi Kamran Şeydayev idarə etdiyi **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobili məhz nəqliyyat vasitələrinin hərəkət hissələrinin kəsişməsində və kəsişən hərəkət hissəsinin kənarından 5 metrdən az yaxınlıqda olan yerdə, hətta demək olar ki, hərəkət hissəsində saxlamış və nəticədə Yol hərəkəti haqqında qanunun qeyd olunan tələblərini pozmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi qeydə alındığı ərazidə səkinin mayili formada quraşdırılması, digər yol hərəkəti iştirakçıları daha rahat hərəkət etməsi üçün nəzərdə tutulmuşdur. Bu səbəbdən kəsişmə nöqtəsi ərazidə olan iaşə obyektləri istiqamətində deyil, ** EA *** d.q.n-lı avtomobilin durduğu yerdən səkinin bitdiyi yerə qədər hesablanmalıdır. Beləliklə, məhkəmə tərəfindən şikayətdə göstərilən hallar yoxlanılaraq müəyyən olundu ki, inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən İXM-nin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Ona görə də, Kamran Şeydayevin inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərarın qəbul edilməsi üçün həmin məcəllənin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. İXM-nin 134.1.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsində qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərardır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27592477 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1152/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1152/2025
26.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver