Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1153/2025 12.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Qubadlı rayonu, Qarakişilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qubadlı rayonu, Qarakişilər kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 17 saylı yataqxanada yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 12 may 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən borclu Şəxs Qubadlı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-42/2016 saylı və xx.xx.2017-ci il tarixli, 2(028)-641/2017 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 bildirmişdir ki, Qubadlı rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-42/2016 saylı icra sənədinə əsasən Şəxs maddi zərərin əvəzi olaraq 25000 ABŞ dolları ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd edilən icra sənədi üzrə xx.xx.2022-ci iltarixdə icraata başlama barədə qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə bildiriş borcluya xx.xx.2022-ci il tarixdə verilmiş və borclunun izahatı alınmışdır. Borclu izahatında işsiz olduğu üçün ödəniş etmədiyini bildirmişdir. xx.xx.2018-ci, xx.xx.2022-ci, xx.xx.2022 xx.xx.2023-cü, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə borclu barəsində axtarış elan edilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)-641/2017 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 7200 manat maddi ziyana görə 500 manat və mənəvi zərərə görə 1000 manat məbləğdə pul vəsaiti tutularaq X4 ödənilməlidir. Həmin icra sənədi üzrə ümumilikdə 8700 manat ödənilmədiyi üçün Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(028)-13/2022 saylı qərardadına əsasən həmin məbləğin indeksasiya məbləği 3.697,5 manat müəyyən edilməklə ümümi məbləğ 12.397,5 manat müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)- 641/2017 saylı icra sənədi üzrə xx.xx.2017-ci il tarixdə icraata başlama barədə qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Borclu Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)-641/2017 saylı icra sənədini icra etmədiyi üçün CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, həmçinin iki dəfə inizbati qaydada həbs edilmişdir. Borclu hissə-hissə olmaqla tələbkar Zərərçəkmiş şəxs 1000 ABŞ dolları ödəniş etmişdir. Sonuncu ödəniş isə bir il bundan öncəyə aiddir. Bundan sonra borclu icra icra idarəsinə gəlmədkən yayınmış və bu gün axtarış qərarı əsasında icra idarəsinə gətirilmişdir. Göstərilən halları nəzərə alaraq borclu barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, çətin əməliyyat keçirmişdir. Himayəsində beş uşağı və xəstə anası var. Buna görə də icra sənədləri üzrə ödəniş edə bilmir. O, bugün icra sənədləri üzrə 400 manat ödəniş edə bilər, lakin tələbkarlar razı deyillər. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, o, borcluya taksi fəaliyyəti ilə məşğul olmaq üçün öz şəxsi avtomobilini vermişdir. Borclu isə onu aldadaraq avtomobilini sataraq qaçıb gizlənmişdir. Borclu qərəzli olaraq borcunu ödəməkdən yayınır. Hazırda iki icra sənədi üzrə işə birlikdə baxılması ilə razı deyil. Göstərilən halları nəzərə alaraq borclu barəsində 03 ay müddətinə inzibati həbs tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu ona müxtəlif vədlər verərək onu aldadir və qərəzli olaraq borcunu ödəmir. Onunla borclu arasında hər ay 200 manat ödəniş etmək barədə razılıq əldə olunmuş, lakin borclu öz vədinə əməl etməmişdir. Göstərilən halları nəzərə alaraq borclu barəsində ağır inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-42/2016 saylı icra sənədindən görünür ki, Şəxs maddi zərərin əvəzi olaraq 25000 ABŞ dolları ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-42/2016 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)- 641/2017 saylı icra sənədindən görünür ki, Şəxs xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən 7200 manat maddi ziyana görə 500 manat və mənəvi zərərə görə 1000 manat məbləğdə pul vəsaiti tutularaq X4 ödənilməlidir. İş materialalrında olan xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Qubadlı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)-641/2017 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(028)- 13/2022 saylı qərardadından görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(028)-641/2017 saylı icra sənədi üzrə üzrə ödənilməmiş 8700 manat üzrə indeksasiya məbləği 3.697,5 manat müəyyən edilməklə ümümi məbləğ 12.397,5 manat müəyyən edilmişdir. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişlərdən görünür ki, Qubadlı Rayon Məhkəməsinin Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-42/2016 saylı və xx.xx.2017-ci il tarixli, 2(028)-641/2017 saylı icra sənədlərini 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci, xx.xx.2022-ci, xx.xx.2022 xx.xx.2023-cü, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli borclunun axtarılması haqqında qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, borclu Şəxs Qubadlı Rayon Məhkəməsinin Qubadlı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(028)-42/2016 saylı və xx.xx.2017-ci il tarixli, 2(028)-641/2017 saylı icra sənədlərini icra etməmiş və icra idarəsinə gəlməkdən yayınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32 cə 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halı nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 12 may 2025-ci il tarixdən saat 15:20-dən hesablanmalıdır. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 12 may 2025-ci il tarixdən saat 15:20-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1153/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1153/2025
12.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver