Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1156/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ 1-ci PB-nin polis sahə rəisi polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs 25 may 2024-cü il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi yaxınlığında sərnişin qismində əyləşdiyi avtomobildə yol polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ 1-ci PB-nin polis sahə rəisi, polis baş leytenantı X4 tərtib etdiyi protokola uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Söhrab Zeynalova ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Şəxs 25 may 2024-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsi, Corat bağları istiqamətində arvadının idarə etdiyi nəqliyyat vasitəsinin ön sərnişin oturacağında əyləşən zaman polis əməkdaşının ünvanına nalayiq ifadə səsləndirdiyi üçün saxlanılmış və bu zaman məlum hadisə baş vermişdir. Qeyd edir ki, ilk olaraq hadisənin araşdırılması ərazi üzrə yaxınlıqda yerləşən 4-cü PB-ə təhkim olunsa da, sonradan araşdırmanın davam etidirilməsi 1ci PB-də məhz ona həvalə edilmişdir. Bildirir ki, iş materiallarına əlavə edilmiş tutma protokolunu o tərtib etməmiş, orada qeyd olunan tarix səhvən 24 may 2024-cü il tarix kimi qeyd olunmuşdur. Halbuki Şəxs 25 may 2024-cü il tarixdə, saat 00:30 radələrində saxlanılmış, növbəti gün barəsində İXM-nin 510-cu maddəsi ilə 50 manat cərimə növündə inzibati tənbeh tətbiq edilməklə dərhal saxlanıldığı yerdən azad edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək göstərdi ki, 25 may 2024-cü il tarixdə, saat 00:30 radələrində arvadının idarə etdiyi “Changan” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Sahil küçəsi, Corat bağları istiqamətində hərəkətdə olan zaman yol polis əməkdaşları onlara “saxla” əmri vermiş, yol polis əməkdaşı sərnişin tərəfdən ona yaxınlaşmışdır. Bildirir ki, o, həmin vaxt spirtli içkinin təsiri altında olduğundan hərəkətlərinin mahiyyətini tam dərk etməmiş, yol polis əməkdaşları ilə arasında olan dialoqların və mübahisələrin heç birisini xatırlamır. Sonradan görüntüyə baxmış, əslində hadisənin necə baş verdiyini görmüşdür. Bundan başqa məhkəmə iclasında şahid tərəfindən çəkilmiş video görüntüdə də səsləndirdiyi qeyri-etik, nalayiq ifadələri eşitmiş, etdiyi “tərbiyəsizlikdən” çox peşman olduğunu, polis əməkdaşlarından üzr istədiyini bildirmişdir. Etdiyi əməldən çox peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Himayəsində üç övladı var. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, 24 may 2024-cü il tarixdə deyil, 25 may 2024-cü il tarixdə, saat 00:30 radələrində saxlanılmışdır. Belə ki, 24 may 2024-cü il tarixdə axsam saat 20 radələrində Sumqayıt şəhəri, Novxanı qəsəbəsində fəaliyyət göstərən “İbiza” restoranına gedərək, gecə saatlarına qədər dostları ilə birlikdə spirtli içki qəbul etmiş, daha sonra təxminən gecə saat 00:30 radələrində restorandan çıxaraq getmişdir. Həmin vaxt avtomobili arvadı idarə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru, polis serjantı Şahid3 bildirdi ki, 25 may 2024-cü il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi, Corat bağları istiqamətində reyd zamanı hərəkətdə olan “Changan” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazlarından düzgün istifadə etmədiyini görmüş, bu səbəbdən həmin nəqliyyat vasitəsinə “saxla” əmri verilən zaman ön sərnişin oturacağında əyləşmiş şəxs başını şüşədən çölə çıxararaq polis əməkdaşının ünvanına nalayiq və təhqiramiz ifadələr işlətmişdir. O və xidmətdə olan digər yol polis əməkdaşları həmin şəxsin nalayiq ifadələr işlətdiyini görüb onu nizam-intizama dəvət etsə də vətəndaş aşkar olunacaq dərəcədə alkoqol sərxoşluğu vəziyətində olduğundan onların qanuni tələblərinə məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam etdirmişdir. O, yenidən vətəndaşı nizam intizama dəvət etsə də sonuncu yenidən öz hərəkətlərini davam etmiş, bu səbəbdən vətəndaşa qarşı fiziki güc tətbiq etmək məcburiyyətində qalıb avto-patrula əyləşdirmiş və aidiyyəti üzrə polis bölməsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin tağım komandiri, polis kapitanı Şahid1 Şahid3 ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Şahid1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hadisə 24 may 2024-cü il tarixdə deyil, 25 may 2024-cü il tarixdə, saat 00:30 radələrində onların xidmətdə olma vaxtlarının bitməsinə az qalmış baş vermişdir. Belə ki, o, hadisə zamanı Şəxs etdiyi qanunsuz hərəkətləri öz mobil telefonuna da çəkmiş və həmin görüntüdə sonuncu onun və digər polis əməkdaşlarının ünvanına nalayiq, kobud və təhqiramiz ifadələr səsləndirmişdir. Hansı ki, həmin ifadələrin məhkəmə iclasında səsləndirməsini özünə ayıb bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru Nuriyev X3 Rüfət Şöhrət oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Şahid2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ilk olaraq avtomobilə o yaxınlaşmış, bundan sonra dərhal Şəxs maşından düşərək spritli içkinin təsiri altında onunla mübahisə etməyə başlamış, ona əl-qol atmışdır. Qeyd edir ki, hadisə 25 may 2024-cü il tarixdə, saat 00:30 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi, Corat bağları istiqamətində aparılan reyd zamanı baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki: Sumqayıt ŞPİ-nin DYPŞ-nin inspektoru, polis serjantı Şahid3 Sumqayıt ŞPİ-nin 4-cü PB-ə “Raport”la müraciət etmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” aktdan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə, saat 02:35-də müayinə olunmuş, müayinə zamanı sürücünün orta dərəcəli alkoqol sərxoşluğu vəziyətində olması faktı aşkar edilmişdir. 24 may 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs barəsində İXMnin 510-cu maddəsi ilə protokol tərtib edilmiş, həmin protokol əsasında xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə Şəxs İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. 27 may 2024-cü il tarixli “Rəy”dən görünür ki, Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə tərtib edilmiş MN ******* saylı protokol əsasında qəbul edilmiş MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati icraatın başlanılması ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ 1-ci PB-ə həvalə edilmişdir. Tutma protokolundan görünür ki, Şəxs 24 may 2024-cü il tarixdə, saat 02:00-də tutulmuşdur. 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, yol polis əməkdaşı “Changan” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə “saxla” əmri verdikdən sonra sonuncu avtomobili yolun kənarına çəkərək saxlayır, bu zaman yol polis əməkdaşlarından biri avtomobilə ön sərnişin oturacağı tərəfindən yaxınlaşır, qısa müddətli dialoqdan sonra kişi cinsindən olan sərnişin yerə düşərək dərhal həmin polis əməkdaşına əlqol ataraq mübahisə etməyə başlayır. Bundan sonra reyddə iştirak edən digər əməkdaşlar da oraya yaxınlaşaraq, avtomobildən düşən şəxsi sakitləşdirməyə çalışır, sonuncu öz qanunazidd hərəkətlərini davam etdirdiyindən onu yol patrul xidməti avtomobilinə əyləşdirirlər. Görüntüdə eyni zamanda avtomobilin sürücü yerindən bir nəfər qadının yerə düşdüyü və hadisənin şahidi olduğu müəyyən olunur. Digər 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şəxs həqiqətən də polis əməkdaşı Şahid1 ünvanına səsləndirilməsi etik olmayan nalayiq söyüş söyərək sonuncunu təhqir etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş polis sahə rəisini və şahidləri dinləyib, işdə olan və məhkəmə iclasında təqdim olunmuş materialları, o cümlədən 02 ədəd DVD diskəri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 25 may 2024cü il tarixdə, gecə saat 00:30 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi, Corat bağları istiqamətində “Changan” minik markalı, **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin oturacağında əyləşən vətəndaş Şəxs yol polis əməkdaşı ilə arasında olan qısa müddətli dialoqundan sonra yerə düşərək mübahisə etməyə başlamış, polis əməkdaşlarının xidməti fəaliyyətlərini aparmalarına maneəçilik törədərək sonuncuların ünvanına nalayiq ifadələr işlətməklə onların qanuni tələblərinə qəsdən tabe olmamış, nəticədə məlum inzibati xəta hadisəsini törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ 1-ci PB-nin polis sahə rəisi polis baş leytenantı X1 ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. İXM-nin 43.1-ci maddəsinə əsasən həmin məcəllənin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məcəllənin həmin maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsinin bütün tərkib əlamətləri vardır və o, həmin Maddə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək maddənin sanskiyası həddində tənbeh edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində üç övladının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İXM-nin 33.1.7-ci maddəsinə görə inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Şəxs əməlini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halı, şəxsiyyətini nəzərə alır və hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsinin sanksiyası həddində cərimə tənbehinin tətbiqi kifayət deyildir, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmiş, Sumqayıt Regional vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 may 2024-cü il tarixdən, saat 10:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Hadisəsinin baş vermə mexanizmini özündə əks etdirən 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1156/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1156/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver