Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1157/2024 12.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respulikası Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Abşeron-Xızı regional bölməsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Abşeron-Xızı regional bölməsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarının ləğv edilməsini və iş üzrə icaata xitam verilməsini xahiş etmişdir. Daha sonra ərizə təqdim edərək qərarın xx.xx.2024-cü il tarixli olmasını, şikayədə texniki səhv olaraq xx.xx.2024-cü il tarixli qərar kimi qeyd edildiyini və bu halın nəzərə alınmasını xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, Sumqayıt-Novxanı şossesi ünvanında yerləşən “Sante Mare" Hotel- Restoranını işlədir. Onun icarədarı olduğu “Santo Mare” Ailəvi İstirahət mərkəzi turizim və iqtisadyyatın inkişafıdan hər zaman dövlətə və dövlətçiliyə dəstək olmuşdur. Pandemiya dövründə də dövlətə dəstəyini əsirgəməmişdir. 2020-ci ilin aprel ayından başlayaraq 2021 ci ilin fevralına qədər Covid-19 Pandemiya ilə mübarizə aparan (60 nəfər) həkimlərə xidmət göstərilmişdir. Dövlət büdcəsinə fəaliyyət göstərdiyi dövrdə DSMF və vergi ödənilmişdir. Bunlarla yanaşı ölkədə işsiziliyin aradan qaldırılmasında da töhfələr vermişlər. Turizimin inkişafında əhəmiyyətli rol oynayan “Santo Mare” Ailəvi İstirahət mərkəzinin bu gunkü işlərinə dövlət qurumları maneələr yaradır. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Abşeron- Xızı Regional İdarəsi yoxlama adı altında dəfələrlə “hansısa səbəbdən” qərəzli olaraq, mərkəzin ərazisinə daxili olaraq işin gedişatına maneələr yaratmışlar, onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqlarına əsassız cərimələr tətbiq etməklə, fəaliyyətlərinə maneələr yaradaraq onları restoranı bağlamağa məcbur edirlər. 2023-cü ilin sentyabr ayında növbəti dəfə gələrək, obyektdə müəyyən nöqsanların olduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixdə watsapp proqramı üzərindən ona göndərilən təqdim olunmuş sənədlərdən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2023cü il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə 4000 manat məbləğində inzibati cərimə olunduğu ona məlum olmuşdur. Qərarda pozuntu qismində müəssisədə çalışan işçilərin tibbi müayinədən keçmələrinə dair arayışların təqdim edilmədiyi, onların gigiyenik təlimlərə cəlb olunmadığı göstərilmişdir. Qərara əsasən, sözügedən hüquqpozmaların aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilməsinə baxmayaraq agentlik ona 7 gün müddət ərzində pozuntuların aradan qaldırılacağı təqdirdə cərimənin tətbiq edilməyəcəyini bildirmişlər. Həmin qərarı aldıqdan sonra yoxlama aktında və qərarda aradan qalıdırması tələb olunan nöqsanlar aradan qaldırılmışdır. O cümlədən, işçilərin tibbi müayinədən keçməsi üçün X4 müracət olunmuş onlarla müqavilə bağlanaraq 26 nəfər işçi təlimə göndərilmiş və kursu bitirmələri haqqında Sertifikatla təmin olunmuşlar. Lakin buna baxmayaraq, Bölmədən poçt vasitəsi ilə ünvanına cərimənin tətbiq olunmasına dair qərarın qüvvəyə minməsi barədə xx.xx.2023cü il tarixli məktub göndərilmişdir. Həmin məktub xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Ona görə də qərardan şikayət etmə müddəti həmin tarixdən hesab olunmalıdır. Göstərilənlərə əsasən, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli, inzibati işin icraatına xitam verilməlidir. Ona görə də şikayəti təmin edərək, onun Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə 4000 manat məbləğində cərimə olunmasına dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Sumqayıt-Xızı regional bölməsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X6 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respulikası Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin nümayəndəsi X7 bildirmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Abşeron Xızı regional bölməsi tərəfindən "Santo Mare" Hotel-Restoranında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisədə temperaturun monitorinqi və qeydiyyatının aparılmaması, mətbəxdə ölçmə vasitələrinin qanunvericiliyə uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilməməsi, müəssisədə əllərin yuyulması üçün müvafiq qaydada yerləşdirilmiş əlyuma çanaqları gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilməməsi, müəssisənin anbar və qutab hazırlarıma sahəsinin divarlarının bəzi sahələrində tamlığın pozulması, müəssisədə çalışan işçilərin ilkin və dövri tibbi müayinə arayışları təqdim edilməməsi və müəssisədə çalışan işçilərin gigiyenik təlimlərə və proqramlara cəlb edilməməsi aşkar olunmuşdur. Bununla bağlı müvafiq inzibati araşdırma aparılmış və həmin restoranı işlədən X6 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXMnin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd) min manat cərimə edilmişdir. Cərimə şərti tətbiq edilmiş və hüquqpozmanın aradan qaldırılması üçün vaxt müəyyən edilmişdir. Bu müddət ərzində hüquqpozma tam aradan qalxmadığı üçün cərimə qüvvəyə minmişdir. Belə ki, digər hüquqpozma halları aradan qaldırılsa da, işçilərin qida sahəsində gigiyena tələbləri ilə bağlı pozuntular aradan qaldırılmamışdır. X6 həmin qərardan şikayət vermiş, şikayəti Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək hüquqpozmanın aradan qaldırılmasına dair yenidən araşdırma aparılması üçün səlahiyyətli orqan kimi onlara göndərilmişdir. İş üzrə yenidən araşdırma aparılmış və müəyyən edilmişdir ki, “X12” MMC-nin infeksiya xəstəliklərinin yayılmasının qarşısını almaq məqsədi ilə əks-epidemik profilaktik tədbirlərin aparılması və gigiyena üzrə təlimat xarakterli informasiya verilməsi ilə bağlı lisenziyası yoxdur. Ona görə də iş üzrə yeni qərar qəbul edilmiş, X6 yenidən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Cərimə şərti tətbiq edilmiş və hüquqpozmanın aradan qaldırılması üçün 07 gün müddət təyin edilmişdir. Bu müddət ərzində hüquqpozma aradan qaldırılmadığı üçün qərar qüvvəyə minmiş və icraaya yönəldilmişdir. 29 aprel 2024-cü il tarixdə iş üzrə cəlb etmə müddəti də keçəmişdir. Belə İXM-nin 137.3-cü maddəsinə əsasən qərar ləğv edilərək yeni araşdırmaya göndərildikdə inzibati xəta haqqında işə İXM ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Həmçinin bildirmişdir ki, şikayətçinin hazırda məhkəməyə təqdim etdiyi 10 may 2024-cü il tarixli sertifikatlar Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən verilmişdir və bu sertifikatlarla hüquqpozma aradan qaldırılmışdır. Lakin, sertifikatlar sınaq müddətində alınmamış, müddət başa çatdıqdan sonra alınmışdır. xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarın X3 rəsmi formada təqdim edilməsi barədə hər hansı sənəd təqdim edə bilmir. Çünki, gödərilmiş məktublar poçt vasitəsi ilə onlara geri qaytarılmışdır. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Abşeron-Xızı regional bölməsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarında olan KY ********* nömrəli, xx.xx.2023-cü il tarixli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, “Santo Mare” Hotel-Restoranında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plandankənar (növbədənkənar) yoxlama aparılacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Abşeron Xızı regional bölməsi tərəfindən qəbul edilmiş YQ-0347 nömrəli, 1409.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt şəhəri, Sumqayıt-Novxanı şossesi ünvaınıda yerləşən "Santo Mare" Hotel-Restoranında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plandankənar (növbədənkənar) yoxlama aparılacağı qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Abşeron Xızı regional bölməsinin YA-0347 nömrəli, xx.xx.2023-cü il tarixli yoxlama aktından görünür ki, "Sante Mare" Hotel-Restoranında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yoxlama aparılmış, müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmaması, mətbəxdə ölçmə vasitələri qanunvericiliyə uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilməməsi, müəssisədə əllərin yuyulması üçün müvafiq qaydada yerləşdirilmiş əlyuma çanaqları gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilməməsi, müəssisənin anbar və qutab hazırlarıma sahəsinin divarlarının bəzi sahələrində tamlığı pozulması, müəssisədə çalışan işçilərin ilkin və dövri tibbi müayinə arayışları təqdim edilməməsi və müəssisədə çalışan işçilərin gigiyenik təlimlərə və proqramlara cəlb edilməməsi aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN setiyalı, ******* nömrəli protokoldan görünür ki, Sumqayıt şəhəri, Novxanı-Sumqayıt şossesi, “Santo-Mare” restoranında çalışan işçilərin ilkin və dövri tibbi müayinə kitabçaları təqdim edilməmiş, anbarın divarında tamlığı pozulan sahələr aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Abşeron Xızı regional bölməsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, Sumqayıt şəhəri, Novxanı-Sumqayıt şossesi, “Santo-Mare” restoranında çalışan işçilərin ilkin və dövri tibbi müayinə kitabçaları təqdim edilməmiş və müəssisədə çalışan işçilər gigiyenik təlimlərə və proqramlara cəlb edilməmişdir. Ona görə də, vəzifəli şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 (dörd min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Abşeron Xızı regional bölməsinin X3 ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Abşeron-Xızı regional bölməsinin xx.xx.2023-cü il tarixli, YQ0347 nömrəli yoxlamanın aparılması haqqında qərarına və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”-nin xx.xx.2023-cü il tarixli, KY231975308 nömrəli çıxarışı ilə Sumqayıt şəhəri, Novxanı-Sumqayıt şossesi üzərində fəaliyyət göstərən fiziki şəxs X3 məxsus “Santo Mare” restoranhoteldə yoxlama həyata keçirilmişdir. Keçirilmiş yoxlamanın nəticəsi olaraq inzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə əsasən Könül Quliyeva barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul olunmuşdur. Yoxlama nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması haqqında Abşeron-Xızı regional bölməsinə daxil olmuş müraciət əsasında nöqsanların aradan qaldırılma vəziyyətinin yerində yoxlanılması zamanı tam təkildə aradan qaldırılmadığı müəyyən edilmişdir. Bununla da, xx.xx.2023-cü il tarixində tərtib edilmiş MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qüvvəyə minmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(105)-105/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Abşeron Xızı regional bölməsinin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qüvvəyə minmə, hüquqpozmanın aradan qaldırılmasına dair hissədə ləğv edilərək yenidən araşdırma aparılması üçün səlahiyyətli orqana göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Abşeron-Xızı regional bölməsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli nömrəli İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından görünür ki, Sumqayıt şəhəri, Novxanı-Sumqayıt şossesi, “Santo-Mare” restoranında çalışan işçilərin ilkin və dövri tibbi müayinə kitabçaları təqdim edilməmiş və müəssisədə çalışan işçilər gigiyenik təlimlərə və proqramlara cəlb edilməmişdir. Ona görə də, vəzifəli şəxs X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 (dörd min) manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 07 gün müddət müəyyən olunmuşdur. İş materiallarında olan fiziki şəxs X6 ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında başlanmış QKTXM 192/2024 nömrəli, xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu sifarişçinin tapşırığına əsasən qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə seminar və təlimlər həyata keçirir. İş materiallarında olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli sertifikatlardan görünür ki, ayrı-ayrı şəxslər “Qida sahəsində gigiyena tələbləri” mövzusu üzrə təlimdə iştirak etmişdir. Beləliklə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Abşeron Xızı regional bölməsi tərəfindən "Santo Mare" Hotel-Restoranında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək plandankənar (növbədənkənar) yoxlama aparılmışdır. Yoxlama zamanı müəssisədə temperaturun monitorinqi və qeydiyyatının aparılmaması, mətbəxdə ölçmə vasitələrinin qanunvericiliyə uyğun olaraq yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilməməsi, müəssisədə əllərin yuyulması üçün müvafiq qaydada yerləşdirilmiş əlyuma çanaqları gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilməməsi, müəssisənin anbar və qutab hazırlarıma sahəsinin divarlarının bəzi sahələrində tamlığın pozulması, müəssisədə çalışan işçilərin ilkin və dövri tibbi müayinə arayışları təqdim edilməməsi və müəssisədə çalışan işçilərin gigiyenik təlimlərə və proqramlara cəlb edilməməsi aşkar olunmuşdur. Bununla bağlı müvafiq inzibati araşdırma aparılmış və həmin restoranı işlədən X6 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 (dörd) min manat cərimə edilmişdir. Cərimə şərti tətbiq edilmiş və hüquqpozmanın aradan qaldırılması üçün vaxt müəyyən edilmişdir. X6 həmin qərardan şikayət vermiş, şikayət Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 11 mart 2024-cü il tarixli qərarı ilə şikayət qismən təmin edilərək inzibati cərimənin şərti tətbiq edilməsi barədə qərar qüvvəyə minmə, hüquqpozmanın aradan qaldırılmasına dair yenidən araşdırma aparılması üçün səlahiyyətli orqana göndərilmişdir. Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, “səlahiyyətli orqan Qida Təhlükəsizliyi Agentliyinin Abşeron Xızı regional bölməsi tərəfindən xx.xx.2023-cü il tarixli ərizədə qeyd olunan sənədlərin sözügedən inzibati orqanın əməkdaşına (bölmənin işçisi, Lalə Həmidovaya) təqdim olunub-olunmaması, təqdim olunmuşdursa nə zaman təqdim olunması, “X11” MMC-nin infeksiya xəstəliklərinin yayılmasının qarşısını almaq məqsədi ilə əks-epidemik profilaktik tədbirlərin aparılması və gigiyena üzrə təlimat xarakterli informasiya verilməsi ilə bağlı lisenziyası yaxud belə bir fəaliyyətlə məşğul olmaq səlahiyyətinin olub-olmaması müəyyən edilməli, barəsində inzibati xəta haqqında iş aparılan Könül Quliyeva tərəfindən məhkəməyə təqdim edilmiş sübutların həqiqiliyi müəyyən olunaraq işin düzgün həlli üçün əhəmiyyəti olan digər hallar qanunvericiliyin tələbləri baxımından araşdırılmalı, onların mötəbərliliyi yoxlanıldıqdan sonra müvafiq yekun nəticəyə gəlinməlidir.” Bundan sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Abşeron-Xızı regional bölməsində iş üzrə yenidən araşdırma aparılmış və müəyyən edilmişdir ki, “X12” MMC-nin infeksiya xəstəliklərinin yayılmasının qarşısını almaq məqsədi ilə əks-epidemik profilaktik tədbirlərin aparılması və gigiyena üzrə təlimat xarakterli informasiya verilməsi ilə bağlı lisenziyası yoxdur. Ona görə də 29 aprel 2024-cü il tarixdə iş üzrə yeni qərar qəbul edilmiş, X6 yenidən Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində inzibati cərimə edilmişdir. Cərimə şərti tətbiq edilmiş və hüquqpozmanın aradan qaldırılması üçün 07 gün müddət təyin edilmişdir. Bu müddət ərzində hüquqpozma aradan qaldırılmadığı üçün qərar qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Abşeron- Xızı regional bölməsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qəbul edilən zaman iş üzrə 04 (dörd) aylıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Belə ki, işin halları ilə müəyyən edilir ki, inzibati xəta hadisəsi xx.xx.2023-cü ildə törədilsə də, bu xətaya görə tənbeh xx.xx.2024-cü ildə, yəni 07 ay 15 gün sonra tətbiq edilmiş və bununla da iş üzrə məsuliyyətə cəlb etmə müddəti ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İndiki halda göründüyü kimi Azərbaycan Respublikası İXM-nin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar üzrə məsuliyyətə cəlb etmə müddəti qanunvericlikdə 04 ay müddətində müəyyən edilmişdir. Qərarından şikayət verilmiş orqanın nümayəndəsi iş üzrə məsuliyyətə cəlb etmə müddətinin keçmədiyini bildirərək göstərmişdir ki, İXM-nin 137.3-cü maddəsinə əsasən qərar ləğv edilərək yeni araşdırmaya göndərildikdə inzibati xəta haqqında işə İXM ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.3-cü maddəsi inzibati məsuliyyətə cəlb etmə müddətlərini deyil, inzibati xəta haqqında işə baxılması və araşdırmanın aparılması ilə bağlı prosessual müddətləri nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Abşeron-Xızı regional bölməsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Abşeron-Xızı regional bölməsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1157/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1157/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver