Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1158/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X2 katibliyilə, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 və onun nümayəndəsi və vəkili Femida Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Mərkəzi Bankının 19 aprel 2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 nümayəndəsi və vəkili tərəfindən imzalanmış şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X5 nümayəndəsi və vəkili tərəfindən imzalanmış şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində başlanılmış inzibati xətalara dair iş üzrə icraata xitam verilməsini və Azərbaycan Respublikası Mərkəzi Bankının 19 aprel 2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, o, uzun illərdir fərdi sahibkarlıqla məşğuldur (VÖEN:**********). Sahibkar kimi nəqliyyat vasitələri mühərrikləri üçün sürtgü yağlarının topdan və pərakəndə satışını həyata keçirir. Bu məqsədlə də ölkəyə ən keyfiyyətli malların idxalı üçün istehsalçı ölkələrin şirkətləri ilə müqavilələr bağlamışdır. Belə müqavilələrdən birini də xx.xx.2019 tarixində Almaniyanın nüfuzlu “OWS OUR WORK SHOP SYSTEM GmbH and CoKG” şirkəti ilə bağlamışdır. Bu müqavilə ilə son məsələyə qədər həmin şirkətə müxtəlif tarixlərdə 4 dəfə olmaqla 141.000 AVRO məbləğində ödəniş etmiş və malları tam vaxtında göndərilmişdir. Həmin müqavilə əsasında son (5-ci) ödənişi xx.xx.2021 tarixində hesabı olan "xxxx" ASC-nin Xəzər filialından şirkətin hesabına 46,647,48 AVRO məbləğində edilmişdir. Ödəniş müqabilində mallar bir neçə aya tam çatdırılmalı idi. Lakin müqavilə üzrə mallar idxal edılmədikdə o, narahat olmuş və almaniyadakı vəkili ilə əlaqə saxlamışdır. Ona bildirildi ki, həmin şirkət müflis olmuş, bu barədə Kassel Rayon Məhkəməsinin müvafiq qərarı çıxarılmışdır və müvəqqəti İnzibatçı təyin edilməklə iflas prosesi aparılmışdır. Həmin ərəfədə Kassel Rayon Məhkəməsi tərəfindən ona bütün aidiyyatı sənədləri (ərizəyə əlavə edilir) skan versiyada göndərilmişdir. Həmin sənədləri 2023-cü ilin fevral ayında yubanmadan bank filialına təqdim etmiş və bildirmişdir ki, müvafiq qaydada Mərkəzi Banka məlumat verilsin ki, məsuliyyətlə üzləşməsin. Bank Filialı da ona həmin sənədlərin Mərkəzi Banka təqdim edilmək üçün Bankın Baş ofisinə göndərildiyini bildirmiş və o da məsələnin birdəfəlik həll olduğunu düşünmüşdür. X4 əlaqə saxlanılmış və İXM-nin 430.4-cü maddəsinə əsasən (Valyuta tənzimi qaydalarının pozuzlması) İnzibati tənbeh vermə haqqında 4664,75 avro məbləğində cərimə Qərarı çıxarıldığını və cəriməni 10 gün müddətində ödəməli olmağı bildirilmişdir. Buna ciddi etriaz etdikdə isə guya ünvanlarına bildiriş göndərildiyini və telefonla (sonra yanlış nömrə olması bəlli oldu) əlaqə saxladıqlarını bildirilmişdir. Onların tələblərindən sonra xx.xx.2023 tarixində müvafiq qərar ona rəsmi kuryerlə çatdırdılmışdır. Qərarla tanış olduqdan sonra şikayət etmək qərarına gəlmişdir. Mərkəzi Bank onu işin araşdırılmasına cəlb etməmişdir. Halbuki obyektiv araşdırma üçün bunu mütləq etməli idi. Ərizəyə əlavə edilən sənədlərdən (onların tərcümələrindən) görünür ki, Kassel rayon məhkəməsinin xx.xx.2021 tarixli qərarı ilə Şirkət müflisləşmə prosesinə başlamışdır. Yuxarıda göstərilən hallar onun təqsirinin olmamasına birbaşa dəlalət edir və barəsində başlanmış inzibati xətalara dair icraata xitam verilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 15 may 2023-cü il tarixə təyin edilmiş, lakin qərar qəbul edilməsinə əsas olmuş sənəd və materialların məhkəməyə təqdim olunması üçün və qərarından şikayər verilmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən işin baxılması 22 may 2023-cü il tarixə təxirə salınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 və onun nümayəndəsi və vəkili Vəkil şikayətə uyğun izahat verib 19 aprel 2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin və onun nümayəndəsinin və vəkilinin izahatlarını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X5 barəsində 04 aprel 2023-cü il tarixdə EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 19 aprel 2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X5 barəsində İXM-nin 430.4-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4.664,75 Avro məbləğində cərimə olunmuşdur. İş materialında əlavə olunmuş olan xx.xx.2023-cü il tarixdə Şəms Tərcümə Xidmətləri Mərkəzinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzindəki şöbəsində Alman dilindən Azərbaycan dilinə tərcümə edilmiş Kassel Rayon Məhkəməsinin xx.xx.2021 tarixli qərarından görünür ki, müqavilə tərəfi ilan Alman şirkəti müflisləşmə prosesinə başlamışdır. İş materialında əlavə olunmuş olan xx.xx.2023-cü il tarixdə Şəms Tərcümə Xidmətləri Mərkəzinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzindəki şöbəsində Alman dilindən Azərbaycan dilinə tərcümə edilmiş “Müflisləmə prosesində qaldırılan iddialar” sənədindən görünür ki, Faiq Qurbanov şirkətin kreditoru kimi tələbini köçürülən məbləğ həddində qeydiyyata aldırmışdır. İş materialında əlavə olunmuş xx.xx.2023-cü il tarixdə Şəms Tərcümə Xidmətləri Mərkəzinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzindəki şöbəsində Alman dilindən Azərbaycan dilinə tərcümə edilmiş Vəkil müraciəti sənədindən görünür ki, onun Almaniydakı vəkili Andreas Şarrer xx.xx.2021 tarixində kreditor kimi hüquqlarını müdafiəsi üçün şirkətə müraciət etmişdir. İş materialında əlavə olunmuş olan xx.xx.2023-cü il tarixdə Şəms Tərcümə Xidmətləri Mərkəzinin 1 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzindəki şöbəsində Alman dilindən Azərbaycan dilinə tərcümə edilmiş İflas işləri üzrə inzibatçı Andreas Klaynşmidt tərəfindən xx.xx.2021 tarixində kreditor kimi onun vəkilinə ünvanlanmış sənəddən görünür ki, ödənişlə bağlı yekun qərar 2023-cü ilin sonuna qədər verilməsi gözlənilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında aşağdakı hüquqi mövqelər təsbit edilib: - İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi islərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır; - məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. - müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, söm rük nəzarəti və baxışının keçirilməsi və s.). Buna sörə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Məhkəmə inzibati xətalar qanunvericiliyinə əməl etməklə iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma apararaq müəyyən etdi ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Mərkəzi Bankının vəzifəli şəxsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edərkən İXM-nin 100-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən protokol tərtib edilərkən onun iştirakı təmin edilməmiş, izahatı alınmamış, hüquq və vəzifələri izah edilməmiş və protokol X5 tərəfindən imzalanmamışdır. Protokolla bağlı qərar qəbul edilərkən də, X3 iştirakı təmin edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin (hərəkətin) inzibati xəta kimi müəyyən edilməsi valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə cavab verdiyindən, məhkəmələr bu kimi islərin hallarını hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Araşdırma zmanı müəyyən olunmuşdur ki, Kassel Rayon məhkəməsinin xx.xx.2021 tarixli qərarı ilə “OWS OUR WORK SHOP SYSTEM GmbH and CoKG” Şirkət müflisləşmə prosesinə başlamışdır. “Müflisləmə prosesində qaldırılan iddialar” sənədindən Faiq Qurbanov şirkətin kreditoru kimi tələbimi köçürülən məbləğ həddində qeydiyyata aldırmışdır. Göründüyü kimi, X3 təqsiri olmadan, onun iradəsindən asılı olmayan səbəblərdən ödəniş müqabilində mallar müəyyən edilmiş müddətlərdə idxal edilməmişdir. Qərar qəbul edən orqan isə işin faktiki hallarını nəzərə almamışdır. Buna görə də məhkəmə hesab edir ki, 19 aprel 2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunur ki, mübahisələndirilən qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Azərbaycan Respublikası Mərkəzi X1 barəsində qəbul etdiyi 19 aprel 2023-cü il tarixli EP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-1158/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1158/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver